Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Tehranın Bakı “planı” puç oldu – amma onlar sakitləşən deyil

By Vüsal Rafiqoğlu
20.10.2021 4 Min Read

Cəmi bir neçə ay əvvəl İran İslam Respublikasının prezidenti ölkənin məhkəmə sisteminə rəhbərlik etdiyi dönəmlərdəki qərarlarına görə “Cənab Edam” kimi tanınan İbrahim Rəisi oldu.

O zaman bəlli oldu ki, İranın siyasi isteblişmenti və hakimiyyət elitaları “islahatçılar”ı tam məğlub edərək daha radikal, daha sərt siyasət yürütməyə başlayacaq.

Belə də oldu.

Tehrandakı teokratik rejim Yaxın Şərqdə və Fars Körfəzi ölkələrində proksi qüvvələri, “yumşaq gücü” vasitəsilə apardığı əməliyyatları daha da aktivləşdirdi.

44 günlük Vətən Müharibəsi zamanı və sonra Azərbaycanla bağlı yumşaq desək, həddən ziyadə mücərrəd və yarıtmaz mövqe tutan Tehran sonradan regionda mövqelərini bərpa etmək üçün Bakı ilə ultimativ dildə danışmağa başladı.

Əvvəl Ərdəbilinq imam cüməsi ayətulla Amuli ünvanımıza sərsəm bəyanatlar səsləndirib “Şirin quyruğu ilə oynamayın” dedi, sonra iranlı siyasətçilər, generallar, nazirlər, deputatlar, hətta bələdiyyə sədrləri sıraya qatılaraq hədyanlar söylədilər.

Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər başladı, “Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə yol verməyəcəyik” ifadəsi mantra kimi təkrarlandı.

Rəsmi Tehranın ritorikası tam absurd həddini belə keçərək, marazmatik fantasmaqoriya səviyyəsinə enmişdi.

Klerikal rejim güvəndiyi və əldə etməyət çalışdıqlarının heç birinə nail olmadı.

Tehran indi Bakı ilə münasibətləri normallaşdırmağa çalışır, “aramızdakı problemlər diplomatik yollarla çözülməlidir” deyir.

İranın yeni rəhbərliyinin yürütdüyü xarici siyasət tək Azərbaycanla münasibətləri yox, bütün qonşu ölkələrdə və bölgə dövlətləri ilə təmasları gərib.

Tehranın illərdən bəri yaratmaq istədiyi, nəzarətdə saxlamağa çalışdığı “qurşaq” dağılmaqdadır.

İlk əvvəl Cənubi Qafqaza nəzər salaq.

İranda və Ermənistanda az qala eyni vaxtda keçirilən seçkilərdə İbrahim Rəisi ilə Nikol Paşinyan qalib gələndən sonra Tehran baş verənlərdən dürüst nəticə çıxarmalı idi.

İrandakı klerikal rejim üçün Ermənistanda keçirilmiş parlament seçkilərində iqtisadi inkişaf və Ermənistanın girdabdan çıxarılmasına yox, yeni savaşa can atacaq şəxsin qələbəsi gərəkdi. Tehran Ermənistanın sabiq prezidenti, terrorçu Robert Köçəryanın qələbəsini az qala dördgözlə gözləyirdi.

Erməni cəmiyyətində Türkiyəyə və Azərbaycana qarşı olan mövqeləri nəzərə alsaq, Tehranın planları çox idi. Daha dəqiq olsaq, İran Ermənistandan vasitə və alət qismində yararlanmağa davam etmək istəyir.

Seçkilərdə Nikol Paşinyan qalib gəldi, Tehran dərhal, təcili olaraq ritorikasını dəyişib “Ermənistanla dost və qardaşıq” deyərək İrəvandakı hakimiyyəti ələ almaq üçün bütün vasitələrə əl atdı.

Tehranın İrəvanla gerçəkdən də çox sıx, aktiv və intensiv təmasları, əlaqələri və münasibətləri bəlli məsələdir, Polişinel sirridir.

İranı idarə edən klerikal rejimin son vaxtlarda Bakı ilə təmaslardakı kulbitləri daha maraqlıdır.

Belə ki, Azərbaycanın cənub sərhədlərində təlimlər keçirəndən sonra rəsmi Tehran xarici işlər naziri Hüseyn Əmir Abdullahian vasitəsilə Bakının ünvanına əvvəlcə sarsaq hədyanlar səsləndirdi, sonra ultimatumlar sıralandı, daha sonra Abdullahian Moskvaya yollanıb Rusiyadan dəstək istədi, arzuları puç olandan sonra isə “Bakı ilə aramızdakı kiçik anlaşılmazlıqları danışıqlar və müzakirələrlə aradan qaldıra bilərik” dedi.

İlk baxışdan rəsmi Tehran Bakıya ünvanlanmış ritorikasını yumşaldıb, konstruktiv mövqe tutmaq niyyətindədir.

Lakin gerçəkdən də, belədirmi?

Əsla.

Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilmiş ərazidə erməni snayperin açdığı atəş nəticəsində 19 yaşlı hərbçimiz şəhid oldu. Ailənin tək oğlu Vətən üçün canından keçdi. Düşmənin bu rəzilliyi bölgədə situasiyanın yenidən gərginləşməsinə səbəb oldu, çünki Azərbaycan ordusu ermənilərin bu alçaqlığını cavabsız qoya bilməzdi.

Gərginlik indi azalıb, lakin Azərbaycan cəmiyyətində erməni terrorçuların ən ağır şəkildə cəzalandırılması tələbi ilə yanaşı, İranın hakimiyyət dairələrinə olan antipatiya hədsiz dərəcədə artıb.

İranın yaşanan olaylarda rolu istisna deyil.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasına və demarkasiyasnıa başlamaq, regional kommunikasiyaları və nəqliyyat marşrutlarını bərpa etmək niyyətində olduğunu deyib, hətta Zəngəzur dəhlizi ilə bağlı danışıqlara da hazırlığını vurğulayıb.

Paşinyan yeni savaş istəmir. Çünki yeni savaş onun parlament seçkilərindəki proqramının və indiki fəaliyyət strategiyasının əsas məqamı deyil. Məhz bu səbəbdən Ermənistandakı revanşist qüvvələrlə xarici ölkələrdəki erməni diasporu Paşinyanı “türklərlə razılığa gəlmək istəyi”ndə suçlayırlar.

Ancaq Paşinyanın istəyi heç də o demək deyil ki, Ermənistanın baş nazirinə məramlarını asanlıqla reallaşdırmağa imkan verəcəklər.

Qarabağda erməni snayperinin açdığı atəş göstərdi ki, bütün danışıqlar və sülhməramlı, adekvat qərarlar bir anda arxa plana düşərək hərbi əməliyyatların bərpası ehtimalını ön plana çıxara bilər.

Tehran isteblişmentindəki radikallara və müşafihzəkarlara Zəngəzur dəhlizinin işə düşməsi əsla gərək deyil. Ermənistanla Azərbaycan və Türkiyə arasındakı danışıqlarla müzakirələr intensivləşərsə, dəhlizin mümkün qədər tez gerçəkləşməsi qaçılmazdır.

Məhz bu səbəbdən Tehrandakı teokratik rejim bölgədə yeni savaşa nail olmasa da, situasiyanı ifrat gərginlikdə saxlamağa çalışır.

Ermənistanda İranın təsir imkanlarını, xüsusilə də erməni silahlı qüvvələrində sayları az olmayan daşnakların mənsub olduqları Erməni İnqilabi Federasiyaı-Daşnaksutyunla Tehrandakı bəlli dövlət qurumları və xüsusilə də təhlükəsizlik-kəşfiyyat strukturları arasında onillərdən bəri davam edən sıx təmasları nəzərə alsaq, daşnakların Ermənistandakı fəaliyyətlərini İran kəşfiyyatı ilə koordinasiyası ehtimalını birmənalı şəkildə istisna etmək olmaz.

Belədirsə, İran bölgədə itirilmiş mövqelərini qismən də olsa, bərpa etmək üçün hələ çox provokasiyalara əl atacaq.

Diqqətli və sayıq olmalıyıq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Elnur Əşrəfoğlu dəfn olundu

Next

Bərdədə küçədən azyaşlı uşaq tapılıb – VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv