Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türkiyə – Qırğızıstan yaxınlaşması regiona nə vəd edir?

By Vüsal Rafiqoğlu
12.06.2022 4 Min Read

Ukraynada baş verənlər neytral, hətta Kremlə loyal olan dövlətləri belə təşvişə salıb. Bu dövlətlər sırasında Mərkəzi Asiyanın bir qədər müstəqil xarici siyasət yeridən ölkələri də var. Və məhz bu fonda Türkiyəyə ehtiyac və maraq güclənir. Rusiya-Türkiyə münasibətlərinin strateji önəm kəsb etdiyini nəzərə alan bu dövlətlər Ankaranı Rusiyanı durduracaq qüvvə kimi görürlər.

Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazda mövqelərini gücləndirən Türkiyə əminliklə demək olar ki, güc mərkəzinə çevrilib. Regional, hətta qlobal məsələlərin həllində onun mövqeyi nəzərə alınır, fövqəldövlətlərin toplantısına dəvətlər alır. Son vaxtlar Türkiyənin diqqət yetirdiyi bölgələr sırasına Mərkəzi Asiya da daxil olmağa başlayıb. Qarşılıqlı səfərlər, ikitərəfli münasibətlər günbəgün güclənir, strateji önəm kəsb edir. Bəlli olduğu kimi, bölgə dövlətləri SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra da Türkiyə ilə münasibətləri inkişaf etdirməkdən çəkinir, daha çox mədəni, humanitar əlaqələrə üstünlük verirdilər. Rusiya xofu onlarda o qədər güclü idi ki, hətta sammitlərdə iştirakdan belə boyun qaçırır, tədbirlərə qatılmaqdan çəkinirdilər. Türkdilli ölkələrin sammitlərinə bəzən qatılır, bəzən də müxtəlif  bəhanələrlə ikinci, üçüncü ranqlı məmurlarla təmsil olunmağa çalışırdılar. Və bu proses illər uzunu davam etdi. Lakin 44 günlük İkinci Qarabağ zəfəri sanki bu dövlətləri qəflət yuxusundan oyatdı, yeni bir siyasi reallıq yaratdı. Mərkəzi Asiya dövlətləri də gördülər ki, artıq Türkiyənin iştirakı olmadan hər hansı bir problemin həlli mümkünsüzdür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Mərkəzi Asiyaya çıxışda mühüm yol

Yeri gəlmişkən, Qarabağın işğaldan azad olunmasının ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadır ki, bu da Ankaranın Mərkəzi Asiyaya yol açmasında mühüm rol oynaya bilər. Ermənistanla sərhədlərin açılması ilə Türkiyə Mərkəzi Asiya ilə daha sərfəli nəqliyyat dəhlizi quracaq ki, bu da  həm Ankaraya, həm də bölgəyə mühüm töhfə vermiş olacaq. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ayın sonu Qırğızıstana səfərini də bu aspektlərdən nəzərdən keçirmək gərəkdir.

Ankara Pekin və Moskvanı sıxışdırmağa müvəffəq olacaq?

Başqa bir məsələ də odur ki, Rusiya-Ukrayna müharibəsi  tək bölgədə deyil, bütövlükdə dünyada fərqli münasibətlərə yol açıb. Belə ki, Rusiyanın bütün beynəlxalq hüquq normaları və prinsiplərini pozaraq başqa bir dövlətin ərazisinə müdaxiləsi postsovet məkanında ona olan münasibəti dəyişib. Ara-sıra dünya mediası, ekspert dairələrində Rusiyanın növbəti hədəfi barədə ən müxtəlif versiya və ehtimallar səslənir. Bu ehtimallardan ən güclüsü odur ki, Ukrayna təcrübəsi ən neytral, hətta Kremlə loyal olan dövlətləri belə təşvişə salıb. Bu dövlətlər sırasında Mərkəzi Asiyanın bir qədər müstəqil xarici siyasət yeridən ölkələri də var. Və məhz bu fonda Türkiyəyə ehtiyac və maraq güclənir. Rusiya-Türkiyə münasibətlərinin strateji önəm kəsb etdiyini nəzərə alan bu dövlətlər Ankaranı Rusiyanı durduracaq qüvvə kimi nəzərdən keçirirlər. Elə bu səbəbdəndir ki, Mərkəzi Asiya Türkiyə rəsmilərinin son vaxtlar ən çox səfər etdikləri bölgələrdən birinə çevrilir. Mərkəzi Asiyanın qarışıq, yoxsul ölkəsi statusuna malik Qırğızıstan iqtisadi cəhətdən ağır günlərini yaşayır. Və Türkiyə prezidentinin bu səfərindən daha çox iqtisadi mənfəət güdür. Qeyd edək ki, Ərdoğan Qırğızıstanla Strateji Əməkdaşlıq üzrə Ali Şuranın sammitinin keçirilməsi üçün Bişkekə gələcək. Qırğızıstanın paytaxtında Türkdilli Dövlətlərin Parlament Assambleyasının sessiyası da keçiriləcək. Bəllidir ki, Çin və Rusiyanın bu ölkədə iqtisadi rıçaqları çox güclüdür. Türkiyə isə bu rıçaqları zəiflətməyə çalışır. Təsadüfi deyil ki, Rusiya mediası bu səfəri Türkiyənin Moskva və Pekini bölgədən sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib.

Strateji məqsəd 

Onu da qeyd edək ki, Ərdoğanın səfəri zamanı ən mühüm məsələ Qırğızıstan-Türkiyə İnkişaf Fondunun yaradılması olacaq. İki ölkənin rəsmi nümayəndələri xatırladırlar ki, “strateji məqsəd” – ölkələr arasında ticarət dövriyyəsini ildə 1 milyard dollara çatdırmaqdır. Türkiyənin vitse-prezidenti Fuat Oktay keçən il demişdi ki, 1 milyard yalnız ilk hədəfdir: “Bundan sonra biz 5 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq üçün çalışmalıyıq”. İxracda əsas pay pambıq, kənd təsərrüfatı məhsulları, filizlər və qiymətli metal konsentratlarının üzərinə düşür. Bunun müqabilində Türkiyədən paltar, ayaqqabı, mebel gəlir. Amma ən diqqət çəkən sövdələşmə məşhur “Bayraktar” pilotsuz təyyarələrinin alınması olub. Rəsmilər Rusiya PUA-larının da alındığını vurğulasalar da, əsas diqqət Türkiyənin məhsulundadır. Federal Gömrük Xidmətinin məlumatına görə, ötən il Rusiya ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Eyni zamanda, Qırğızıstandan ixrac 38 faiz – 240 milyon dollardan çox artıb. Qırğızıstanın Milli Statistika Komitəsinin (MTK) məlumatına görə, 2017-ci ildə xarici investisiyalı 3000 müəssisənin 22,1 faizi Rusiya ilə birgə müəssisələr, 13,5 faizi isə Türkiyə şirkətlərinin payına düşüb. Çinin payına 18,5, Qazaxıstana isə 14 faiz düşüb. İki ölkə arasında əməkdaşlığın əsas aspekti əmək miqrasiyasıdır.

Ruslar Türkiyəni təhlükə kimi görmür?

Maraqlıdır ki, Rusiyada Türkiyənin Mərkəzi Asiyaya daxil olmasını xüsusi risk hesab etməyən ekspertlər çoxluq təşkil edir. Politoloq Andrey Suzdaltsev bildirib ki, Türkiyə Orta Asiyada hərbi bazaları olan Rusiyaya geosiyasi müqavimət göstərməyə çalışmır. İqtisadi sahədə də Türkiyənin təsiri əhəmiyyətsizdir, bir sıra kiçik layihələrlə məhdudlaşır.  Onu da qeyd edək ki, Türkiyə Qırğızıstanın sabitliyinə və inkişafına böyük üstünlük verir. Və Ərdoğanın səfəri də bu işlərə böyük töhfə verəcək. Bir zəruri məsələ də var. Bəllidir ki, FETÖ-nun Mərkəzi Asiyada ən aktiv fəaliyyəti məhz Qırğızıstandadır. Türkiyə də bu fəaliyyətin qarşısının alınmasını arzu edir. Çox güman ki, Türkiyə prezidenti bu məsələni də qarşı tərəflə müzakirə edəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Toyuğun ən ziyanlı hissələri. Yeməyin!

Next

Gənc Müəllimlərin II Forumu keçirilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv