Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Şah İsmayıl kürddür” deyənlərin məqsədi nədir? – professordan ilginc açıqlama

By Vüsal Rafiqoğlu
27.06.2022 3 Min Read

Türkiyədə bir sıra KİV Səfəvi hökmdarı, Azərbaycan türkü Şah İsmayıl Xətaini kürd kökənli təqdim etməyə çalışır. Onlar israrla vurğulayırlar ki, Şah İsmayılın özündən əvvəlki 13-cü babası kürddür.

Bu iddiaların əsası varmı? Xətai kimdir? Niyə onun Azərbaycan türkü olması zaman-zaman ən müxtəlif bəhanələrlə inkar edilir?
Tarixçilər qeyd edirlər ki, Şah İsmayıl və əcdadlarının kürd olduğuna dair məlumata yalnız bir əsərdə, Şah İsmayılın əcdadlarından olan Şeyx Sədrəddinin ardıcıllarından İbn Bəzzazın “Səfvət əs-səfa” əsərində rast gəlmək mümkündür. Əsərin bir çox nüsxələri var. Bəzi nüsxələrin tarixi bəlli deyil. Araşdırmaçılar bir çox tarixi əsərlərdə olduğu kimi, “Səfvət əs-səfa”nın nüsxələri arasında da ciddi fərqlər olduğunu bildirirlər.Ən qədim nüsxədə (1491-ci ilə aid)dəyişikliklərin, ən azı əlavələrin olduğu qeyd edilir. Burada Şah İsmayılın on dördüncü nəsil babası olan Firuzun kürd olduğu yazılıb. “Şah İsmayıl kürddür” fikri də buradan qaynaqlanır. Lakin digər nüsxələrdə belə məlumat yoxdur. Hətta Firuzun adı çəkilmir. Səfəvilər haqqında onlarla mənbə var, lakin heç birində bununla bağlı qeyd yoxdur.

ALİ RIZA ÖZDEMİR - ŞAH TV - YouTube

Yazıçı Ali Rıza Özdemir məqalələrindən birində qeyd edib ki, Türkiyə tarixşünaslığında təəssüf ki, bəzən təhriflər edilib, siyasi, xanədan və məzhəb qayğıları elm və əxlaqdan üstün olub: “Bunların ən parlaq nümunələrindən birini Şah İsmayılın timsalında görürük. Şah İsmayıl haqqında açıq-aydın faktlar gizlədilir, təhrif uydurma məlumatlar əsasında həyata keçirilir. Onlardan birinə görə sanki Şah İsmayılın əcdadları türk deyil, kürddür(müş)! Şah İsmayıl da, onun əcdadları da türk olub” – deyə, o yazıb.

Yazarın “Türk xaqanı Şah İsmayıl” kitabına ön söz yazan Türkiyənin Kastamonu Universitetinin professoru Namiq Musalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyədə son zamanlarda dərc edilən bəzi nəşrlərdə Səfəvi sülaləsinin kürd mənşəli göstərilməsinin başlıca səbəbi ifrat məzhəb təəssübkeşliyidir: “Bununla yanaşı, bəzi təşkilatlar tərəfindən Türkiyədəki etnik kürdlər arasında təbliğatı aparılan separatçılıq meyllərinin də bu prosesə təsiri var. Yəni Səfəvilərin türklüyü inkar olunaraq, bu sülalənin kürd mənşəli elan edilməsi tendensiyası elmi əsaslara söykənməyən, tamamilə məzhəbi və siyasi faktorlardan irəli gələn bir məsələdir. Həm də bu kimi cəfəng iddiaları ortaya atanların böyük əksəriyyəti heç bir elmi dərəcə daşımayan, hətta ixtisasca tarixçi olmayan, mənbəşünaslıq tədqiqatı aparmaq üçün yetərli potensialı çatışmayan qeyri-peşəkar şəxslərdir. Xüsusi qeyd etmək istərdim ki, son 20 il ərzində Türkiyədə Səfəvi tarixi ilə bağlı həyata keçirilən araşdırmaların kəmiyyəti və keyfiyyəti artmaqdadır. Nəticə etibarilə, Səfəvi dövlətinin bir türk dövləti hesab edilməsi konsepsiyası da Türkiyə tarixşünaslığında özünə getdikcə daha çox yer tutmaqdadır. Lakin bu proses müəyyən dairələri, xüsusilə bəzi məzhəbçi və separatçı ünsürləri bərk narahat edir. Məhz bu amil sözügedən dairələrdə narahatlıq yaratdığı üçün Səfəviləri türk tarixindən qoparmağa yönələn müxtəlif cəhdlərə şahid oluruq. Məqsəd isə ortaq türk tarix şüurunun formalaşmasına əngəl törətməkdir. Ancaq sevindirici haldır ki, Türkiyədə Səfəvi tarixi sahəsində ixtisaslaşmış peşəkar tarixçilərinin əksəriyyəti bu iddiaları qəbul etmir. Tarixi mənbələrə nəzər yetirdyimiz zaman İbn Bəzzazın “Səfvətüs-səfa”, İbrahim Əmininin “Fütuhati-şahi”, Bicənin “Cahangüşayi-xaqani-sahibqiran”, İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi”, Məhəmməd Yusif Valeh İsfahaninin “Xüldi-bərin”, Şeyx Hüseyn Zahidinin “Silsilətün-nəsəbi-Səfəviyyə”, Mehmed Zəimin “Cameüt-təvarix”, anonim müəllifin “Tarixi-aləmarayi-Şah İsmayıl” adlı əsərlərində, Nişatinin həyata keçirdiyi “Şeyx Səfi təzkirəsi” tərcüməsində və orta əsrlərə dair bir çox digər qaynaqlarda Səfəvi sülaləsinin ulu əcdadı olan Şeyx Səfiəddin Ərdəbili türk kimi təqdim olunmuşdur. Dədə Sailin “Qütbnamə” mənzuməsində isə Şah İsmayıl Xətai “Türküstanın piri” deyə səciyyələndirilib”.

Professor Səfəvi xanədanının türklüyünün həm orta əsr mənbələri, həm də müasir tədqiqatlar vasitəsilə isbat edilməkdə olduğunu vurğuladı: “Azərbaycanlı alimlərdən Oqtay Əfəndiyev, Mirzə Abbaslı, Əhməd Cəfəroğlu, Tofiq Nəcəfli, Bilal Dədəyev və digərləri Türkiyədə nəşr etdirdikləri əsərlərində Səfəvi xanədanının türk mənşəli olduğuna xüsusi diqqət çəkmişlər. Həmçinin Türkiyənin ən məşhur tədqiqatçılarından Mehmed Fuad Köprülü, İsmail Hakkı Uzunçarşılı, Rıza Nur, Yılmaz Öztuna, Erol Güngör, Turan Yazgan, Yusuf Küçükdağ, Kenan Ziya Taş, Fehamettin Başar, Ali Rıza Özdemir və başqaları Səfəvilərin bir türk sülaləsi olduğunu dönə-dönə vurğulamışlar. Bir çox əcnəbi şərqşünaslar (Vasili Vladimiroviç Bartold, Aqafangel Yefimoviç Krımski, İlya Pavloviç Petruşevski, Vsevolod Mixayloviç Zummer, Yan Ripka, David Ayalon, Con R. Uolş, Xavier de Planhol, Hamid Algar, Bernard Luis, Jan Luis Bake Qramon və digərləri) da apardıqları tədqiqatlar nəticəsində Səfəvilərin türk olduqları qənaətinə gəliblər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Möcüzələr diyarı Özbəkistan – FOTO

Next

Hökumət daxili borclanmanı niyə artırır?- təhlil

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv