Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Möcüzələr diyarı Özbəkistan – FOTO

By Vüsal Rafiqoğlu
27.06.2022 4 Min Read

Şakir Eminbəyli yazır…

Mənə Özbəkistanı tərif et, desən, duyğumu iki sözlə ifadə edərəm – möcüzələr ölkəsi! Cəmi 11 gün ərzində nağıllar diyarı Özbəkistanda olduq və bu müddət ərzində kitablarda, jurnallarda, filmlərdə gördüklərimlə üz-üzə, göz-gözə dayanmaq bəxtəvərliyini yaşadım. Ən çox gözlədiyim səfərlərdən biri oldu Özbəkistan səyahəti.

Hər şey Özbəkistanın Turizm və Mədəni irs nazirliyinin və Azərbaycan Dövlət Turizm Agentliyi ilə birgə çox maraqlı layihəsinə start verilməsi ilə başladı. Özbəklərin göstərdiyi təşəbbüsə qoşulan Azərbaycanlı həmkarları hər iki ölkənin turizm potensialını öz xalqına çatdırmaq məqsədi ilə rəssam və fotoqraflardan ibarət yaradıcı insanları qardaş ölkəyə ezam etmişdi.

Azərbaycan heyəti “Art Zone” layihəsində ənənəvi iştirak edən adlı-sanlı rəssamlardan təşkil olunmuşdu. Uzun müddət bizimlə uğurla əməkdaşlıq edən Dövlət Turizm Agentliyinin bu məsuliyyətli tapşırığı məhz “Art Zone”a həvalə etməsi əslində təəccüblü deyil. Hər zaman bizim təşəbbüslərə onlar dəstək olub. Bu dəfə isə biz onların təşəbbüsünə qoşulduq və bircə həftəyə hazırlaşıb yola düşdük!

Nə qədər qəribə olsa da, Moskvadan fərqli olaraq, Bakıdan Daşkənddə uçuş cəmi 2 saat təşkil edir. Yaxınıq, çox yaxınıq! Daşkəndə çatar-çatmaz ilk ziyarətimiz, təbii ki muzeylər oldu. Ümumiyyətlə, səfər müddətində rəssamlarımız iki məntəqədə qərar tuturdular – bizə ayrılan işlədiyimiz emalatxanada və qapıları taybatay üzünüzə açılan muzeylərdə.

Daşkənd Dövlət İncəsənət muzeyində qorunaraq nümayiş etdirilən möhtəşəm rəsm əsərləri, ipək parçalardan hazırlanmış milli geyimlər, baş örtükləri, tətbiqi sənət nümunələri, tarixin dərin qatlarından bu günümüzə qədər gəlib çıxmış saxsı, mis və gümüş qablar, qızıl-zinət əşyaları, milli naxışlarla işlənmiş taxta qapılara tamaşa etməkdən gözümüz doymurdu. Qeyd edim ki, muzeydəki təsviri sənət əsərlərinin arasında özbək rəssamlarının əl işləri ilə bərabər 18-19-cu əsr Avropa və rus fırça ustalarının işləri də adamı heyran edir. Eksponatlar möhtəşəmdir! Mən hələ Səmərqənddəki Gur-e-Amiri Registanı, Bibixanımı, Uluqbeki, Xivənin “İçən Qala”sının içindəki möcüzələri demirəm!

Ona görə demirəm ki, əsas mövzu yaddan çıxmasın.

Əsas mövzu isə iki dövlətin mədəni irsini öyrənməklə ölkələrimiz arasında turizm potensialının inkişafına təkan verməkdən ibarət idi. Bu xüsusda rəssamların üzərinə düşən əsas öhdəlik qonağı olduğu ölkənin havasından udub, suyundan içib gördüklərini öz baxış bucağından keçirərək kətana köçürmək idi.

Hər addımında Əmir Teymurun ruhu dolaşan Səmərqənd, bu günə qədər ilkin yaranışını qoruyub saxlayan qədim Xivənin göz bəbəyi “İçən Qala”ya ayaq basan istənilən insan övladını valeh edər, o ki qala rəssam ola… Sanki nağıllar aləminə düşürsən…

Rəssam demişkən, Azərbaycanın adlı-sanlı rəssamları Eliyar Alimirzoyev, Rafail Aliyev, Müseyib Əmirov, Mir Azər Abdullayev, gənc, lakin öz imzası ilə tanınan rəssamlar Cavid Məmmədov, Məhərrəm Əliyev və Bəhruz Kəngərlidən ibarət “yeddi oğul” yekunda möhtəşəm əsərlər ərsəyə gətirdilər.

O qədər möhtəşəm ki, tarixi Xivə şəhərinə Dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, və onu müşayiət edən Özbəkistan Prezidenti, Şövkət Mirziyoyev bu əsərləri seyr etməyə təşrif buyurdular.

Sərginin keçirildiyi tarixi “Nurullaboy” Muzey – Qoruq kompleksində Azərbaycana səfər etmiş özbək qardaşlarımızın da əl işləri nümayiş etdirilirdi. Əslində bizim layihə Dövlət Başçımızın Özbəkistana səfəri çərçivəsində mədəniyyət yönümlü tədbirlərin tərkib hissəsi idi. Bu isə qeyd olunduğu kimi, öz növbəsində hər bir şəxsin məsuliyyət hissini daha da artırırdı. Məlumatlı mənbələrdən sızan xəbərlərə əsaslanıb deyə bilərəm ki, işlərimiz dövlət başçılarının zövqünü oxşayıb.

Daha vacib bir məqam ondan ibarətdir ki, bu gözəl sənət nümunələrini il boyu əvvəlcə Özbəkistanda, sonra isə Azərbaycanda sərgiləmək tövsiyə edilib! Kimlər edib, yəqin ki, anladınız…

Qardaş Özbəkistan Respublikasında keçirilən Simpozium “Art Zone” üçün ilk beynəlxalq tədbir oldu. Doğrudur, Özbəkistana “xarici ölkə” deməyə heç adamın dili də gəlmir – dili bir, dini bir, düşüncəsi bir qardaş xalq olduğumuzu burada hər addımında hiss edirsən. Sanki uzun müddət gəlmədiyin öz doğma yurduna, tarixinə, mədəniyyətinə geri dönmüsən. Burdakılar da sənə öz doğması kimi baxır. Özbəkistanda Azərbaycana, Azərbaycanlıya qarşı qardaş, mehriban, qayğıkeş münasibət hərdən elə həddə çatır ki, sən qonaq olduğunu unudursan.

Layihənin icrasına cəlb edilib, belə gözəl anlar yaşadığımız üçün etibarlı tərəfdaşımız – Dövlət Turizm Agentliyinə təşəkkürüm sonsuzdur. Dövlət Başçılarının iştirakı ilə keçirilən istənilən tədbir böyük məsuliyyət tələb edir və bu işin bizə həvalə edilməsi “Art Zone”a olan inam, güvən və peşəkarlıqdan irəli gəlir, məncə.

Əminəm ki, biz də partnyor olaraq dövlət qurumunun ümidlərini yüksək səviyyədə doğrulda bildik.

Kadr arxasında daha nə qaldı?

Hər nə yaddan çıxıbsa, anbaan, günbəgün çəkdiyimiz fotolar, videolar, selfilər hər şeyi yenidən bizə xatırladar.

Biz üzərimizə düşən missiyanı yerinə yetirdik. Gözəl Özbəkistanı gəzdik, gördük, sevdik. Sevgimizi kətana köçürdük. Bu gözəlliyi bizi kimi hər kəsin gəlib, gəzib, görüb sevməsi üçün…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kömür qiymətləri fantastik həddə çatıb

Next

“Şah İsmayıl kürddür” deyənlərin məqsədi nədir? – professordan ilginc açıqlama

Xəbər lenti

  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv