Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Soçi görüşünün yaddaqalan anı: Çətirin altında verilən sətiraltı mesaj – ŞƏRH

By Vüsal Rafiqoğlu
01.11.2022 3 Min Read

Normallaşma prosesi ilə bağlı görüşlər sülh müqaviləsinin imzalanacağı üçün ümidlər yaradır. Bu baxımdan oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş də maraq kəsb edirdi. Qeyd edək ki, bundan əvvəl ilk üçtərəfli görüş 44 günlük müharibənin bitməsi ilə bağlı 2020-ci il noyabrın 10-da keçirilib. Onda Nikol Paşinyan kapitulyasiya aktına imza atmışdı. Sonrakı sammit 2021-ci il yanvarın 11-i və noyabrın 26-da keçirilib.

Yeri gəlmişkən, noyabr ayında Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub. İl ərzində üç dəfə bu formatda görüş keçirilib.

Həm Rusiya, həm də Belçikada keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsi, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi və əsirlərin mübadiləsi kimi məsələlər müzakirə olunub. Qeyd edilən məsələlər üzrə işçi qruplar da yaradılıb. Bir sıra hallarda onların görüş vaxtı və görəcəyi işlərə dair müəyyən gündəliyin tutulduğu da bildirilir. Ancaq hələ də bu istiqamətdə işlərdə irəliləyiş müşahidə olunmur. Ona görə də belə üçtərəfli görüşlər nəzərdə tutulan işlərin görülməsinə təkan verə bilər.

Görüşdən əvvəl Ermənistanda anti-Rusiya ovqatı güclənmişdi. Rəsmi İrəvan Kremlin sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına meydan oxumaqla, hətta bu qurumdan çıxmaqla bağlı çıxışlar edirdi. Müxalifət Paşinyan hökumətini Rusiyadan yayınmaqda qınayır və s. Onun istefası məsələsi isə müxalifətin gündəliyinin başlıca mövzusu olaraq qalır. Ancaq KTMT-nin oktyabrın 28-də keçirilən zirvə toplantısında Ermənistana yerini göstərdilər. Bunun nəticəsi olaraq Soçi görüşündən əvvəl yağışlı havada Vladimir Putinin çətiri altında Nikol Paşinyan da islanmaqdan qorundu. Bu çətiraltı foto həm də sətiraltı məna daşıyır. Onu belə yozmaq olar: Ermənistanı himayə etmək üçün Rusiyanın hələ də gücü, imkanı kifayət qədərdir. Deməli, KTMT-də vurulan zərbədən sonra Paşinyan Putinin çətiri altında poz verərək şəkil çəkdirdi…

Prezident İlham Əliyev də rusiyalı həmkarı ilə həmin havada şəkil çəkdirib. Ancaq hərə öz çətirinin altında durub. Bu, bərabərhüquqlu tərəfdaşlığa işarə ilə yanaşı, həm də hərənin özünü müdafiəetmə qabiliyyətinin olmasının görüntüsü kimi qəbul oluna bilər. Bu baxımdan Azərbaycan Prezidenti görüşdə müzakirə olunacaq məsələlərə dəyişməz mövqeyini müstəqil dövlətin başçısı olaraq bir daha nümayiş etdirib. Dövlət başçısının Vladimir Putinlə ikitərəfli dialoqda verdiyi açıqlamada bunu bir daha təsdiqləyib. O, rəsmi Bakının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün irəli sürdüyü 5 əsas prinsipi xatırladıb:

“Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”. Bu, rəsmi Bakının Soçi və bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı keçiriləcək görüşlər üçün irəli sürdüyü şərtlər və mövqedir.

Görüşün yekunu olaraq, qəbul olunmuş bəyanatda vəziyyətin dəyişməsi istiqamətində elə ciddi müddəa qeyd olunmayıb. Sənəddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2022-ci il oktyabrın 31-də Soçi şəhərindəki görüşdə 2020-ci il noyabrın 10-u, 2021-ci il yanvarın 11-i və noyabrın 26-sı tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə etdiyi vurğulanıb. Ermənistan noyabrın 10-da qəbul edilmiş bəyanatın tələblərini bu günədək tam olaraq həyata keçirməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hələ də Ermənistan hərbçiləri və qanunsuz silahlı birləşmələr mövcuddur. Eləcə də kommunikasiya xətlərinin açılmasında rəsmi İrəvan üzərinə düşən öhdəliyə əməl etmir. Bundan başqa, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan bu il oktyabrın 26-dək minaların partlaması nəticəsində 44 mülki və hərbi qulluqçu ölüb, 250-dən çox mülki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan sərhədlərin müəyyənləşməsində də yaranmış vəziyyəti və şəraiti hələ dəyərləndirmir. Bu kimi səbəblərdən İrəvan regiona, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, ikitərəfli danışıqların aparılmasına kənar müdaxilələr üçün şərait yaradır.

Nəhayət, Soçi görüşü daha çox Nikol Paşinyanın çətiraltı fotosu ilə yadda qalacaq. Yenidən səhv etməmək üçün Ermənistan hökumət başçısının deyəcəklərini üzündən oxuması da xatırlanacaq məqamlardandır. Kim təminat verə bilər ki, oxuduğu mətni ona yazıb verməyiblər? Yaxud həmin mətnin yazıldığı yer kimə məlumdur? Bu baxımdan ehtimal etmək olar ki, Putin onunla keçirdiyi ikitərəfli görüşdə Ermənistanın fəaliyyət və müstəqillik cizgilərini yenidən göstərib.

Beləliklə, Soçi görüşünü yola saldıq, Brüssel zirvəsinə salam olsun! 44 günlük müharibənin tarixə gömdüyü ATƏT-in Minsk qrupunun get-gəli 30 il sürdü, maraqlıdır, Soçi, Brüssel görüşləri nə qədər çəkəcək?

“Report” İnformasiya Agentliyi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

KTMT-nin Ermənistanda keçiriləcək iclasının vaxtı BİLİNDİ

Next

26 zirvəyə bayraq sancan qəhrəmanımız – VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv