Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Böyük Qayıdışın Zəfər yürüşü

By Vüsal Rafiqoğlu
31.03.2023 4 Min Read

Aparılan bərpa-quruculuq işləri ilə xarici görkəmi dəyişən, memarlıq nöqteyi-nəzərindən daha müasir, gözəl olan rayonlarımızda infrastruktur layihələri, investiya proqramları uğurla icra edilir

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini diqqət mərkəzində saxlayan, infrastruktur layihələrinin nəzərdə tutulduğu müddətdə həyata keçirilib başa çatdırılması üçün tapşırıqlarını verən Prezident İlham Əliyev rayonların Baş planlarının təsdiqini Böyük Qayıdışın tərkib hissəsi adlandırır. Zəngilanda «ağıllı kənd» layihəsinin həyata keçirilməsi ilə keçmiş məcburi köçkünlərin mərhələlər üzrə doğma yurdlarına qayıtması, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Ağdam və digər rayonlarda yol- nəqliyyat infrastrukturunun yenilənməsi, «yaşıl enerji» layihəsinə diqqətin artırılması davamlı prosesdir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin əsaslı təmiri, yolların və tunellərin çəkilməsi, Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də Qarabağın digər ərazilərində mühüm investisiya proqramlarının icrası Ermənistanın işğalından azad edilən torpaqlarımıza yeni nəfəs, həyat bəxş edir.

Strateji əhəmiyyətə malik Naftalanın Talış və Suqovuşanla birləşdirilməsi, Zəfər yolunun Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Horadiz–Ağbənd, Zəngilan–Qubadlı-Laçın yolları kimi digər rayonlarda da yol infrastrukturunun yenilənməsi aparılan bərpa-quruculuq işlərinin tərkib hissəsidir. Xəbər verildiyi kimi, Zəngəzur dəhlizində tikinti işlərinin 73 faizinin tamamlanması isə xüsusilə əhəmiyyətlidir. Mədəniyyət mərkəzimiz Şuşada davam etdirilən quruculuq işləri buraya gələnləri heyrətləndirir.

Bu günlərdə Tərtər rayonunun Talış kəndində aparılan bərpa-quruculuq işləri ilə maraqlanan Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Dövlət başçımız bildirib ki, kənddə daha 178 ev tikiləcək. İlkin mərhələdə Bakıda, Bərdədə, Tərtərdə, Samuxda, Goranboyda müvəqqəti məskunlaşan keçmiş köçkünlər fərdi evlərlə təmin olunacaqlar. İşğaldan azad olunan Suqovuşana da səfər edən Prezident İlham Əliyev burada yeni yaşayış məhəlləsinin təməlini qoyub.

Hazırda bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi rayonlardan biri də Laçındır. Laçın rayonunun işğaldan azad edilməsinin ölkəmiz üçün əhəmiyyətini «Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər. Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq» sözləri ilə bildirən Prezident İlham Əliyevin vədi artıq reallaşır.

Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Laçın rayonuna xüsusi nümayəndə təyin olunan Məsim Məmmədovu qəbul edən Prezident İlham Əliyevin əminliklə söylədiyi sözlər yurd həsrətli laçınlıları sevindirib. İşğaldan azad olunan Laçın ermənilərin qanunsuz məskunlaşdırıldığı rayon olduğu üçün burada görüləcək işlər daha çox, vacib və əhəmiyyətlidir. Respublikamızın ən böyük rayonlarından olan Laçın iqtisadi, turizm, təbii ehtiyatlar baxımından böyük potensiala, zəngin meşə fonduna malikdir.

Xatırladaq ki, Şuşanın işğalından bir neçə gün sonra o dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi üzündən Kəlbəcərin, Laçının düşmənin nəzarətinə keçməsi Azərbaycanda çox ciddi siyasi böhran yaratmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantını asanlaşdırdı. Buna görə də Ermənistan Laçın rayonunu boşaltmaq istəmirdi. Laçının döyüş meydanında və siyasi yollarla qaytarılması xalqımızın, Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfəri idi.

Hazırda laçınlıların doğma evlərinə qayıtması, əhalinin təhlükəsizliyinin qorunması üçün rayon ərazisində aparılan bərpa-quruculuq işləri sürətlənir. Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri yekunlaşır. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası, eyni zamanda hərbi mövqelərə istiqamətlənən yollar salınır.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra rayonda alternativ yol çəkildi. Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərin çıxarılması ilə rayonunun yenidən bərpası üçün müəyyənləşdirilən yenidənqurma işləri planauyğun davam etdirilir. 2025-ci ildə istifadəyə veriləcək Laçın Beynəlxalq Hava Limanı inşa edilir. Kəlbəcər-Laçın yolu yenidən qurulur.

«Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir» söyləyən Prezident İlham Əliyev bildirdi ki, laçınlıların evlərinə qayıtması üçün şəhərdə çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur. 30-dan çox ictimai bina, Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

Laçın şəhəri ilə birgə rayonun Zabux və Sus kəndlərinin də siması dəyişir. Zabuxda 1000-dən, Susdə isə 300-dən çox sakinin yerləşdirilməsi nəzərdə tutulur. Rayonun Güləbird və Qorçu kəndlərinin Baş planları də təsdiqlənib.

Siması memarlıq üslubunda daha da gözəlləşəcək şəhərin infrastrukturu yenilənir. Su , kanalizasiya xətləri çəkilir, yollar yenidən qurulur. Rayonda birinci mərhələdə bərpa ediləcək kəndlər müəyyənləşdirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bu sahədə qabaqcıl təcrübədən istifadə ilə səmərəli məskunlaşma prosesinə nail olunacağını bildirdi: «Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq.» Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə ilə yaradılacanq yeni mənbələr hesabına bölgənini enerji təchizatı təmin ediləcək. Artıq Laçın, Kəlbəcər, Zəngilan və digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlənib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Satqınlara və düşmənə gözdağı…

Next

Aprel döyüşləri: Tarixi Zəfərə aparan yol

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv