Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Aprel şəhidinin yoldaşı: “Son danışığımızda dedi ki, “balama yaxşı bax, gələcəyəm” – MÜSAHİBƏ + FOTO

By Vüsal Rafiqoğlu
04.04.2023 4 Min Read

Aprel döyüşlərindən 7 il ötür. Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub. Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canından keçən igidlərimizdən biri də Seymur Baxışovdur.

Seymur Qulamhüseyn oğlu Baxışov 1987-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub. Əslən Masallı rayonundan olub. 1994-2002-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə həmin məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirdiyinə görə, Sumqayıt şəhərində yerləşən Təfəkkür liseyinə daxil olub və 11-ci sinfə qədər orada təhsil alıb.

Daha sonra Seymur ən böyuk arzusunu – Xüsusi Təyinatlı Qüvvələrin üzvü olmaq üçün hərbi xidmətə yola düşüb. Altı ay Beyləqan rayonunda xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin kursuna qoşulub. Bu çətin kursda 790 nəfər iştirak etsə də, sonda kursu cəmi 12 nəfər uğurla başa vurub. 2006-ci ildən etibarən gizir rütbəsi alıb və XTQ istehkamçısı vəzifəsində xidmətə başlayıb.

2006-cı ildən 2014-cü ilə qədər Yaşmada xidmət edib. Daha sonra isə 2014-cü ildə Şubanıda xidmətini davam etdirib. 2015-ci ildə təlim vaxtı diz bağlarından zədə aldığı üçün MTT taborunun poliqon rəisi vəzifəsinə təyin edilib. 6 ay xidmət edib. Daha sonra 2015-ci ildə yenidən döyüş qrupuna qayıdıb. Döyüş yoldaşları onu Baxış ləqəbi ilə çağırıblar.

Gizir Seymur Baxışov 2016-cı ilin aprel ayının 2-dən 3-ə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalıb. Aprelin 19-da onun meyiti təmas xəttindən götürülüb. Aprelin 20-də isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Seymur Baxışov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında, xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Seymur Baxışov 2009-cu ildə Aynur xanımla ailə həyatı qurub. Amin adında bir oğlu yadigar qalıb.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Aynur Baxışova ilə danışıb.

– Aynur xanım, həyat yoldaşınızla bağlı xatirələrinizdən danışmağınızı istərdim.

– O, hərbçi ailəsində dünyaya göz açıb. Atası Qulamhüseyn Baxışov 25 il gizir olaraq xidmət edib. Anası Zemfira Baxışova isə hərbi idarədə dövlət qulluqçusu vəzifəsində çalışıb. Böyük qardaşı Samir də hərbçidir. Seymur 11 il XTQ-də xidmət edib.

O, çox savadlı idi. Riyaziyyatçı olub. Ali məktəbə imtahan verib. Qəbul olub. Lakin pullu bölməyə düşdüyü üçün oxumayıb. Seymur ailəsinə çox bağlı idi. Seymurgil ailədə 3 uşaq olublar. İki qardaş, bir bacı olublar. Evin ən balacası Seymur olub. Şəhid olanda onun 28 yaşı var idi. Seymur hərbiyə də evdən gizlin gedib. Evdə razı olmayıblar. Əsgərlikdə olanda oradan yazılıb və gedib.

– Sonuncu dəfə Seymuru nə zaman gördünüz?

– Mart ayında evə gəldi. Martın 30-da onu yola saldım. Lakin mənə Qubaya təlimə getdiyini dedi. Müharibəyə getdiyini bizə demədi. Sonuncu danışığımız mart ayının 31-də oldu. Hər şeyin yaxşı olduğunu dedi. Daha sonra uşağı soruşdu. Dedi ki, “balama yaxşı bax, gələcəyəm”. Seymuru yola salanda dedim ki, “mənə söz ver ki, mütləq qayıdacaqsan”, o isə – “əlbəttə”, – söylədi. Yoldan mənə mesaj da göndərdi. Biz onda hərbi şəhərcikdə qalırdıq. Müharibənin başlamasını qonşuluqda yaşayan hərbçi ailələrdən xəbər tutdum.

O, ailəsinə bağlı insan idi. Övladını çox sevirdi. Övladımız Aminin 1-ci sinfə getməsini çox həvəslə gözləyirdi. Amma heç birini görmək qismət olmadı.

– Oğlunuz Amin atasını xatırlayırmı?

– Amin atası şəhid olanda 4 yaşı var idi. Hazırda 11 yaşı var. Atasını az da olsa, xatırlayır. Lakin Amin Şəhidlər Xiyabanına getmək istəmir. Düzdür, atası şəhid olanda onun 4 yaşı var idi. Amma çox hadisələr var ki, onları çox gözəl xatırlayır. Amin atasının yoxluğunu qəbul etmir.

– Torpaqların düşmən tapdağından azad olunma xəbərini necə qarşıladınız?

– Bu xəbəri həmişə gözləmişəm. Lakin tezliklə olacağını düşünmürdüm. Düşünürdüm ki, bəlkə də o günü görmək bizə qismət olmaz. Lakin torpaqlarımızın düşmən tapdağından azad olunmasını görmək çox möhtəşəmdir. Sözlə ifadə edə bilmərəm. Seymurun qisası alındı. Ürəyimizə su səpildi.

– Seymurun döyüş yoldaşına vəsiyyət etdiyini dediniz.

– Seymur öz döyüş yoldaşına son vəsiyyətini edib. Deyib ki, “əgər mən bu yoldan qayıtmasam, dediyim sözlərin hər birini ailəmə deyərsiniz. Oğlum Amini vətənə, xalqa layiqli bir övlad kimi yetişdirərsiniz. Mənə görə pis olmasınlar. Əgər qismətim şəhidlik olsa, bilin ki, mən ən uca zirvədə olacağam. O zirvə hər kəsə nəsib olmur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İranın Azərbaycandakı casus şəbəkəsinin terror planları – VİDEO

Next

Dünya bazarlarında buğda qıtlığı yarana bilər

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv