Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Orucun on beşidir, gəldik sizə…

By Vüsal Rafiqoğlu
06.04.2023 4 Min Read

Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bay­ramlarından biri də Ramazan bayramıdır. Bu ay ilin mübarək aylarından olub, insanların qəlbinə sevinc bəxş edir. Ayın əsas xüsusiyyəti ay boyunca oruc tutmaq, xeyir əməllərin sayını artırmaqdır. İslam dininə görə, oruc tutmaq müsəl­manların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ra­mazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dün­yasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Qurani-Kərim Allaha iba­dətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əla­qələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.

Xalq orucluğa həm də İslamın əxlaqi-mənəvi təhcizatı kimi baxmışdır. Həqiqətən, orucluq əsnasında insana, ola bil­­sin ki, dünya həyatının ən mühüm əxlaqi dərsi təlqin edi­lir. Harama aludə olmaqdansa özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır. “Quran oruc tutmağı İslamın müsbət meyarı kimi gö­türmüş, başqa vacib əməllərin yerinə yetirilməsində yol ve­rilmiş xətaların orucluq vasitəsilə bağışlanmasının müm­kün­lüyünü təsbit etmişdir” (Qurani-Kərim, əl-Bəqərə,185).

Folklor materiallarından aydın olur ki, Ordubad şəhəri və onun ətraf kəndlərində Ramazan ayının 15-ci gününü xü­su­si təntənə ilə qeyd edirlər. Ordubadlıların “orucun on beşi” adlandırdıqları bu gündə iftar süfrələri digər günlərlə müqa­yisədə daha zəngin olur. Nişanlı qızların valideynləri oğlan evinə qonaq gəlir, bütün ailə üzvləri, xüsusən də bəy üçün hədiyyələr gətirirlər.

Bu gün, yəni Ramazan ayının 15-ci günü Ordubadda ən çox diqqəti cəlb edən uşaqların şənliyidir. Hər bir məhəl­lənin uşaqları dəstə-dəstə toplaşaraq evlərə gedir, torba atır, “orucun on beşi” paylarını toplayırlar. Bir neçə gün əvvəldən ailələrdə evə gələcək “kiçik qonaqları” qarşılamaq və onları razı salmaq məqsədilə müəyyən şirniyyat növləri hazırlanır. Əvvəllər bunlar evin qadınları tərəfindən hazırlanan şirin çö­rəklər, “cəvizli kükə”, “yağlı kükə”, meyvə qurularından iba­rət olurdusa, indi dükanlardan hazır şirniyyatlar, şirin çörək­lər, biskvitlər və s. alınır, əvvəlcədən evdə hazır sax­lanılır. Bu haqda topladığımız mətnlərin birində deyilir: “Ordu­bad­da oruşlux ayının on beeşində hər üşəx əlinə bir torba alıp qapı-qapı gəzir, oruşluğun sovqatını isdiyir. Unnar pay isdiyəndə hər kəsə belə müraciət edillər:

Orucun on beeyşidir, gəldıx sizə,

Orucun niyazını verin bizə.

Xanım, ayağa dursana,

Boşqabı doldursana.

Ya rəbbi, gəlir, rübba gəlir,

Boşqabı doldurub gəlir.

Verənin oğlu-qızı çox olsun,

Doğduğu oğlan olsun,

Sonbeşiyi qız olsun,

Açılsın sünbül olsun.

Əgər ev əyəsi ayağın sürüyərsə, üşəxləri gözdədərsə, unda uşəxlər bir də oxuyəllər:

Orucun beeyşidir, gəldıx sizə,

Orucun niyazını verin bizə.

Xanım, ayağa dursana,

Boşqabı doldursana.

Ya rəbbi, gəlir, rübba gəlir,

Boşqabı doldurub gəlir.

Verənin oğlu olsun,

Vermiyənin kor qızı olsun,

U da tüşsün təndirə yansın.

Üşəxlər mahnını oxuduxdan soora paylarını alıp ge­dillər. Bəzən üşəxlər oxumullar, bu zaman ev əyəsi üşəxlər oxuyana qədər unnarın payını vermir. Beləliyhnən, oruclux ayının on beeyşində unnar yeməli şeylər topluyullar. Bu nemətdəri bəzən ay bitənə qədər yeyib qutara bilmillər”. Ərazidən topladığımız məlumata əsasən, çox nadir hallarda olar ki, uşaqlar daxil olduqları evdən əliboş çıxarlar. Belə olan halda onlar ev yiyəsindən acıq çıxmaq qərarına gələrlər: həmin evin eşik qapısının ağzını natəmiz vəziyyətə salarlar.

Bir çox tədqiqatçılar bu adətin eyni variantının Türk­mənistanda da olduğunu söyləyirlər. Həmin gün uşaqlar qapı-qapı gəzib pay alırlar. Oxunan parçalar Ordubaddakına çox yaxındır:

Yukarıda bir ay var,

Ucu kızıl yay var.

Peygamberin saçagında

Bize konulmuş pay var.

Çok verenin oğlu olsun,

Az verenin kızı olsun,

Teyzecam, on oğlun olsun” .

M.Təhmasib “Məktəb jurnalında folklora münasibət” məqaləsində orucun 15-ci günü oxunulan mətnlərdən nü­munə vermişdir:

Orucun on beşinə gəldik sizə,

Qazanın qazmağını verin bizə.

Nə verir isəniz, veriniz bizə,

Şilə, şirni, ya da firni,

Bağa da bazardan gəldi.

Orucun on beşinə gəldik sizə,

Orucun niyazını verin bizə,

Xanım, ayağa dursanna!

Boşqabı doldursanna!

Uşağın, oğlun olsun,

Allahı sevər isən,

Bizi yola tez salsana!.

Mətndən göründüyü kimi, uşaqlara vermək üçün oru­cun 15-də evdə şirnilər hazırlanırdı. Xalqın yaddaşında bu günün tarixi ilə əlaqədar bir rəvayət də yaşamaqdadır: ”Mə­həmməd Peyğəmbərin uzun müddət övladı olmurmuş. Oru­cun 15-ci günü onun övladı dünyaya gəlir. Peyğəmbər bu münasibətlə uşaqlara şirniyyat alıb paylayır. Və bundan sonra hər il orucun 15-ci günündə hər bir ordubadlı ailə uşaq­lara şirniyyat paylayır”.

Bu adət bəzi fərqlərlə Azərbaycanın başqa region­la­rında – Şəki ərazisində də izlənməkdədir. Burada isə uşaq­ların pay istəməsi orucluq ayının 30-cu gününə təsadüf edir. Alacaqları pay da yumurtadan ibarət olur. Adəti özündə əks etdirən mətnə diqqət edək:

“Həşərəm, hüşərəm,

Yumurta vermiyənnən küsərəm,

Yumurta verənə oğlan olsun,

Vermiyənə qız olsun,

Adı da Fatma olsun,

Qaşdarı çatma olsun,

Baxtı da qara olsun”.

Qeyd edək ki, Ramazan ayının 15-ci günü Cənubi Azərbaycanın Təbriz şəhərində də qeyd olunur və bu münasibətlə “On beş aşı” adlanan yemək bişirilir.

Ramazan ayının müqəddəsliyi təkcə bu ayda icra olunan dini ayinlərlə kifayətlənmir, həm də milli faktorlar bunlara təsir edərək zənginləşdirir. Hər halda bu müqəddəs ayda icra olunan ayin və rituallar mənəvi-əxlaqi saflığa dəvət xarakteri daşıyır.

Aytən Cəfərova,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Folklorşünaslıq şöbəsi filologiya üzrə fəlsəfə doktoru, dosent

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Müasir Azərbaycanın qurucu Prezidenti, dünya azərbaycanlılarının lideri – Cənab İlham Əliyev

Next

On beşinci günün duası – İmsak və iftar vaxtı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv