Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Bölgə

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB – YENİLƏNİB

By Vüsal Rafiqoğlu
27.05.2023 3 Min Read

“14 yaşlı qızın itkin düşməsi ilə bağlı yaxınları tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə edilən müraciət əsasında dərhal onun axtarışlarına başlanılıb və elə həmin gün yetkinlik yaşına çatmayan qız birlikdə getdiyi rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə şöbəyə gəliblər”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Atasının da iştirakı ilə yeniyetmənin izahatı alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Yeniyetmə ifadəsində ailə qurmaq məqsədilə rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə getdiyini və ona qarşı hər hansısa bir zorakılıq edilmədiyini bildirib. Bundan başqa onların arasında əvvəldən sevgi münasibətlərinin olması və H.H-nın könüllü şəkildə S.Ələkbərovla getməsi digər sübutlarla da öz təsdiqini tapıb. Ekspertizanın rəyinə və aparılan araşdırmanın da nəticəsinə əsasən əməldə cinayət tərkibi qeydə alınmayıb.

Nimət Hacıyevin müraciətində göstərilən xüsusatlarla bağlı yenidən izahatının alınmasının zəruriliyi həmin şəxsə izah olunsa da, o və qızı bundan imtina ediblər. Hazırda qeyd olunan xüsusatlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir”, – deyə M.Məsimov bildirib.

13:24

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlayan şəxslər heç bir cəza almayıblar.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına rayon sakini Nimət Hacıyev şikayət ünvanlayıb. O qeyd edib ki, qızı, 2008-ci il təvəllüdlü Həvva Hacıyevanı evlənmək məqsədilə oğurlayan şəxslər barəsində polisə və digər qurumlara dəfələrlə müraciət ünvanladığı halda heç bir tədbir görülməyib. Müraciəti olduğu kimi təqdim edirik:

“Mən, Hacıyev Nimət Qəhrəman oğlu, Ağdaş rayonu Dəhnəxəlil kənd sakiniyəm. 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan qızım Həvvanın oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarının səhlənkarlığından şikayətçiyəm. 16 fevral 2023-cü il tarixdə saat 19:30-da qızım evdən nənəsigilə getmək üçün çıxıb, lakin getdiyi yerə çatmayıb. Dəfələrlə zəng etdik və ən yaxın əraziləri axtardıq, qızımı tapa bilmədik, onun oğurlandığı aydın oldu.

Hüquq-mühafizə orqanları qızımın oğurlanması faktı ilə bağlı cinayət işinin başlandığını bildirsələr də, oğurlayan şəxs, yəni digər kənd sakini olan 20 yaşlı Səid Ələkbərovun əməli qanunsuz hesab edilmədi. Bundan öncə, qızımın harada olması müəyyənləşdiriləndə, polis işçisi elçi rolunda çıxış edərək, bizə qızı oğurlayanların üzük gətirmək istədiklərini və şərtlərini çatdırdı. Mən bu addımı görən kimi dərhal Ağdaş Rayon Polis Bölməsinə müraciət etdim, həmçinin hadisə barədə “102” qaynar xəttinə məlumat verdim. Sabahı gün məni polis bölməsinə çağırıb dedilər ki, qızım onu oğurlayan şəxslərlə birlikdə Ağcayazı kəndindədir. Qızımı geri qaytardım, uzun müddət dindirmə prosesi oldu. Oğlanın atası qızıma yalvarıb ki, bütün nəslimizi həbsə atacaqlar, şikayət etmə. Həmçinin ailə qızımı təhdid də edib, şikayət edəcəyi təqdirdə bunun pis hadisələrlə nəticələnəcəyini deyib. Ona görə qızım ərizə yazdı, öz istəyi ilə getdiyini bildirdi. Lakin sonradan bizim qızımla söhbətlərimizdən aydın oldu ki, uşağımı qorxudublar. Onu dörd nəfər başına torba keçirərək, zorla qaçırıb. Əvvəl başqa rayona aparsalar da, oğlanın oradakı qohumları qəbul etməyiblər.

Mən bir ata kimi xahiş edirəm, qızımın oğurlanmasında əli olan şəxslərin əməlləri layiqli cəzasını alsın. 14 yaşlı qızı oğurlayan şəxslərin heç bir cəza almaması normaldırmı? Xüsusilə, Daxili İşlər Nazirliyindən istintaq hərəkətlərinin aparılması üçün səlahiyyətli müstəntiq təyin edilməsini rica edirəm. Oğurlayanların kimliyi məlum olduğu halda Ağdaş rayonunun müstəntiqi Afiq Abışov və hüquq-mühafizə orqanları fəaliyyətsizdir. Günahkar azad, cəzasız gəzir. Dəfələrlə yuxarı instansiyalara müraciət etsəm də, addım atılmır.

Cinayətkar Səid Ələkbərov, onun qardaşı və iki dostu, prosesdə şəxsə kömək edən valideynləri, bibisi və əmisi haqqında heç bir tədbir görülməyib.

Qızımı qaçırarkən əvvəlcə Şor Dəhnə kəndinə, oradan Ağdaş şəhərinə, daha sonra isə Göyçay rayonuna aparıblar. Bu ərazilərdə müraciət etdikləri şəxslər qəbul etmədiklərinə görə Ağcayazı kəndinə gətiriblər. Mənim altı uşağım var, həmin qızımdan böyük iki gənc oğlum var. Onların bacısına ziyan vuran şəxsə xəsarət yetirəcəyindən nigaranam. Həmin adam mənim azyaşlı qızımı qaçırmaqla bütün rayonda adımızın ləkələnməsinə səbəb olub. Qızımın gələcəyini məhv edib. Qanun çərçivəsində adam oğurlayan şəxs barəsində addım atılmaması bütün ailəmizin töhmət altında qalmasına gətirib çıxarır. Bir ata kimi bunu qəbul edə bilmirəm”.

Şikayətçi Nimət Hacıyev onu da qeyd edib ki, qızı yetkinlik yaşına çatmamasına baxmayaraq, başına gələn hadisədən sonra nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, nə də Ağdaş Rayon İcra Hakimiyyəti  yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbədən psixoloji dəstək alıb:

“Polisin göstərişi ilə ekspertiza təyin edilib, 14 yaşlı qızı iki dəfə müayinəyə aparmalı olmuşuq. Bu vəziyyət onun psixologiyasına da təsir edib. Amma heç bir psixoloji dəstək göstərən, addım atan qurum görməmişəm. Halbuki bütün qurumlara şikayətlər, müraciətlər yazaraq, məsələdən xəbərdar etmişik. Addım atılmasını xahiş etmişik. Qapımızı açan, qızıma hansısa dəstək göstərmək istəyən, cinayətkarların cəzalandırılması üçün addım atan olmayıb. Bu nə qədər düzgündür ki, 14 yaşlı uşağı oğurlayıb, günlərlə kənd-kənd, rayon-rayon sürükləyirlər, amma heç bir cəza almırlar? Bu cür adamlar cəzasız qaldıqca çox uşağın başına belə hadisələr gələcək”.

Aysel Aslan

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin” – VİDEO

Next

Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir: SƏBƏBLƏR – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv