Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir: SƏBƏBLƏR – FOTO

By Vüsal Rafiqoğlu
27.05.2023 4 Min Read

Bakıda son illərdə kirayə mənzil bazarında tək qalan insanların normal qiymətə ev tapması çətinləşib. Ev sahiblərinin yalnız ailə və ya tələbə qızlar tələbi bu kateqoriya insanları daha bahalı evlərə üz tutmağa məcbur edir. Ekspertlər mövcud vəziyyəti bir sıra səbəblərlə əlaqələndirirlər.

Kirayə mənzil elanlarına baxdıqda görürük ki, ev sahiblərinin tələblərindən birincisi ailədir. Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir. Əgər mənzillər yalnız ailəli insanlara verilirsə, subay şəxslər harada qalmalıdır? Problemin həlli yolu varmı?

“Kaspi” qəzeti bugünkü məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.

Subaylıq məsuliyyətdən kənar həyat tərzi hesab olunur

Sosioloq Sahib Altay dedi ki, əksər hallarda ev sahibləri subay adamlara ev vermək istəmir, daha çox ailəvi qalacaq kirayəçi axtarışında olurlar. Bu məsələdə əsas 3 səbəbi diqqət mərkəzində saxlamalıyıq: “Birinci səbəb evin səliqəsidir. Ev sahibləri subay adamların evi səliqəsiz saxlayacağı düşüncəsindədir. Bu, daha çox kişilərə aiddir. Bizim toplumsal düşüncəmizdə subaylıq evliliklə müqayisədə məsuliyyətdən kənar həyat tərzi hesab olunur. Amma unutmaq olmaz ki, insandan-insana xarakter fərqi var”.

Polis ev sahibini məsul şəxs hesab edir

S.Altay bildirdi ki, ikinci səbəb ictimai asayişdir: “Subay insanın evi kirayə götürməsi, şəhərdə yaşayan dost-tanışını evə yığıb, səs-küy salacağı düşüncəsini formalaşdırır. Bir çox hallarda bu, baş verir. İctimai sakitliyin pozulmasından narahat olan qonşular ya birbaşa ev sahibinə, ya da polisə şikayətlənir. Polis də ev sahibini bu məsələdə məsul şəxs hesab edir”.

Ailənin cəmiyyətdə mənəvi, rəsmi statusu var

Sosioloqun sözlərinə görə, əsas səbəblərdən biri də cəmiyyətin fikirləridir: “Ev sahibləri qarşı tərəfdən ona görə evlilik tələb edir ki, ailənin yaşadığı evə ailə fərdlərindən kənar adam gəlmir. Gəlsə də, ailənin qonağı qismində olur. Bir evdən hər gün eyni ailənin üzvlərinin çıxması ətrafda narahatlıq yaratmır. Çünki ailənin cəmiyyətdə həm mənəvi, həm də hüquqi-rəsmi statusu var. Ancaq bir evdə subay adamın yaşaması, o evə yad adamların gələcəyi düşüncəsini doğurur. İnsanların kütləvi, kompakt yaşadığı ərazilərdə kütlə düşüncəsi təzyiq yaradır. Ev sahibi də kütlənin bir üzvü olduğu üçün həm özünün, həm də ətrafın mental təfəkküründən dolayı buna razı olmur. Bu məsələdə əsas rol oynayan təsir gücü mentalitetdir. Bizim kimi ölkələrdə mentalitet hüququ üstələyir. Mövcud hala qarşı hüquqi öhdəlik formalaşdırmaq çətindir”.

Toplumun təfəkkürünü dəyişmək lazımdır

S.Altay qeyd etdi ki, problemin həlli üçün insanların düşüncələri dəyişdirilməlidir: “Ev kirayə götürülürsə, ictimai asayişi pozmamaq və evin təhvil verildiyi kimi qorunmaq öhdəliyindən başqa, kirayəçi o evdə tək də yaşaya bilər, rəsmi nikahda olduğu və ya olmadığı şəxslə birlikdə də. Hər bir halda ev, sahibinin şəxsi mülküdür. O, evini istədiyi şəxsə kirayə verməkdə sərbəstdir”.

“Xanımlarla bağlı çox az hallarda problem olur”

Əmlakçı Mülkədar Rüstəmovun fikrincə, ev sahibləri fikirlərində haqlıdırlar: “Şərt qoyur ki, ancaq ailəyə və tələbə xanımlara üstünlük verilir. Tələbə oğlanlar və tək insanlara ev vermirik. Xüsusən də kişilərə ev vermirlər. Müşahidə edirik ki,  xanımlar evi təmiz saxlayır, problemlər az olur, necə təhvil alırlarsa, elə də geri verirlər. Məsələnin 70 faizində ev sahiblərinin iradları həqiqətən haqlıdır. Tək insanlara, yaxud tələbə oğlanlara ev verirlər və problemlər yaranır. Tez-tez yerlərini dəyişən insanlar var ki, 3 ay bir yerdə, 5 ay başqa yerdə qalır”. M.Rüstəmov bildirdi ki, bu məsələdə ən çox əziyyət çəkən tələbələrdir: “Tələbələr müraciət edəndə onlara fərdi evlər yox, bir həyətdə 5-6 ədəd olan evləri məsləhət görürük”.

Əmlakçının sözlərinə görə, xanımlarla bağlı çox az hallarda problem olur: “Ayrılmış insanlar var ki, övladı ilə qalır və yaxud işgüzar xanımdır. Belə məsələlər olur. Amma o qədər də qabarıq deyil. O insanlara da mənzil tapıb yerləşdiririk. Bakının hansısa ərazisində belə problemlər olsa da, kütləvi deyil”.

Qanun kirayə verənlərin yanındadır

Hüquqşünas Turan Abdullazadə dedi ki, mülkiyyət hüququna görə şəxs ona mənsub əmlaka (əşyaya) istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa sahibdir: “Yəni, kirayə müqaviləsi digər mülki müqavilələr kimi tərəflərin iradə sərbəstliyinə əsaslandığından kirayə verənin qarşısına hər hansı şərt qoyula bilməz ki, mənzilini evli və ya subay şəxslərə versin. Kirayəyə verən əmlak üzərində mülkiyyət hüququna sahibdirsə, həmin əmlak üzərində sərbəst sərəncam vermək hüququna da malikdir. Bu baxımdan, qanunvericiliyin müddəaları mənzilini, evini kirayəyə verənlərin yanındadır”.

Boşanmış qadınlar və ya subay kişilər…

T.Abdullazadə qeyd etdi ki, bu məsələnin həlli üçün maarifləndirmə işləri aparılmalıdır: “Təəssüf ki, bu qəbildən olan vətəndaşlarımızın kirayə mənzil tapmaqda çətinlik çəkməsi günümüzün reallığıdır. Məsələnin həlli üçün insanların baxış bucağı dəyişilməli, boşanmış qadınlar və ya subay kişilər barəsində ictimai qınaq olmamalıdır. Bunun üçün isə daimi maarifləndirmə işləri aparılmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB – YENİLƏNİB

Next

Bakı sakinindən külli miqdarda narkotik götürülüb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv