Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan qədər də olmayan Bay Kamalın saxta demokratlığı

By Vüsal Rafiqoğlu
29.05.2023 3 Min Read

Türkiyə tarixində ən həyəcanlı, ən dramatik seçkilər arxada qaldı. Qardaş ölkənin müdrik xalqı yenə “Ərdoğanla yola davam” dedi. Kritik tarixi məqamda yeganə doğru olanı elədi və Cümhuriyyətin 100 illiyinə öz “möhür”ünü basdı. Yaxşı mənada təbii ki.

Düzdür, elektoratın çox mühüm bir kəsimi – təqribən yarıdan bir qədər azı müxalifətin vahid namizədini dəstəklədi. Bu, Ərdoğanın qələbəsinə mane olmasa da, onun növbəti müddətdə narazılar da daxil, bütün cəmiyyəti daha bərk-bərk qucaqlamalı olduğunu diktə edir. Zatən, Türkiyə lideri ötən gecə bunun anonsunu verdi…

AKP rəhbəri sözsüz ki, cəmiyyətin irili-xırdalı, köhnə-təzə problemlərinin sürətli çözümü üçün yeni, daha effektli və daha çevik “yol xəritəsi” hazırlamalı, daha işlək komanda qurmalı olacaq. Özü də bunu mövcud xarici amillər və təhdidlər, mürəkkəb regional və qlobal şərtlər fonunda reallaşdırmalıdır. Ərdoğanın xarizmasını və təcrübəli bir dövlət adamı olduğunu, siyasi və intellektual bacarığını, strateji düşüncə qabiliyyətini nəzərə alsaq, əminik ki, belə də olacaq.

Son seçkilər şübhə yox ki, həm də Türkiyənin beynəlxalq miqyasda demokratik, azad seçkilərin keçirildiyi dövlət imicini əhəmiyyətıi şəkildə möhkəmlətdi. Bu da az önəm kəsb eləmir və qardaş ölkə liderinin uğurlu xarici siyasət aparmasında onun əlini gücləndirəcək. 28 may seçkiləri eyni zamanda, Türk dünyası üçün bənzərsiz örnək rolundadır. Qardaş məmləkət demokratiya, azad seçkilər məsələsində də “lokomotiv” statusunu isbatladı…

Artıq dünyanın dörd bir yanından, həmçinin Qərb dünyasından Ərdoğana təbrik məktubları və zəngləri gəlir. Onların arasında az qala ona nifrət edən Qərb liderləri də var – Emmanuel Makron, Co Bayden kimi. Nə edəsən, əlahəzrət fakt, halal qələbə, sərt gerçəklik başqa şeydir.

Türkiyənin yeni prezidentini ölkə müxalifətini təmsil edən ayrı-ayrı partiya sədrləri (M. Akşənər, M.İncə ) də təbrik edib. Əfsus ki qanqaraldıcı məqamlar da yox deyil. Biri və birincisi Kamal Kılıçdaroğlunun özündə cəsarət tapıb hələ də Ərdoğanı təbrik eləməməsidir. Halbuki rəsmi nəticələr gözlənilmədən ilk təbrik məhz Bay Kamaldan gəlməli idi, Azərbaycan Prezidenti İlham Əliyevdən yox. Zira, bu bir etiket qaydası, demokratiya, seçki yarışı mədəniyyətinin, elementar siyasi mədəniyyətin diktə elədiyi bir davranış. Hətta idman mübarizəsində də məğlub qalibin əlini sıxır…

Kılıçdaroğlu isə nə yazıq ki, hətta qalibi təbrik edənlərin ilk sırasında yer alan Nikol Paşinyan qədər də olmadı. Bunu etməyə nəinki özündə cəsarət tapmadı, üstəlik, utanmazcasına seçkinin nəticələrini dolayısıyla şübhə altına alıb milli iradəni aşağıladı, ölkədə qarışıqlıq yaratmağa cəhd elədi. 28 may seçkilərini “ölkə tarixinin ən ədalətsiz dönəmlərindən biri” adlandırmaqla!

Niyə? Mütləq sən qalib olmalıydın ki, nəticələr ədalətli sayılsın? Gərək siyasət adamı kimi nə qədər kiçilib cılızlaşasan ki, öz məğlubiyyətini bu cür “maskirovka” eləyəsən. Belə çıxır, bütün dünya, Türkiyə bir yanadır, Bay Kamal və onun “ədaləti” bir yana.

Ancaq partiyadaşlarının onun mövqeyini bölüşdüyünə inanmırıq. Bunu CHP üzvlərinin Kılıçdaroğlunun istefasını tələb eləməyə başlaması da sübut edir. Əslində, Bay Kamalda bir azca ləyaqət hissi olsaydı, ahıl yaşını və indiyədək girdiyi bütün seçkiləri uduzan uğursuz lider olmasını ciddiyə alıb da məğlubiyyətdən sonra sədrlikdən dərhal istefa verərdi. Beləcə, partiyada daha perspektivli, gənc və enerjili simaların yolunu açardı, daha istefa tələbləri ilə üzləşməzdi.

Onsuz da uzağı növbəti və ya növbədənkənar qurultayda CHP üzvləri onu təzədən partiya başqanı seçməyəcək. Bay Kamal bunu da proqnoz edə bilmirsə, növbəti yanlışıdır. Demək, onu daha bir rüsvayçılıq gözləyir. Çünki idman kimi, siyasətdən də vaxtında çəkilmək lazımdır. Urvatlı, üzüsulu şəkildə. Nəinki qovulmağını gözləmək…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tunisdə iki turist təyyarəsi toqquşdu: Ölənlər var

Next

TÜRKSOY-un baş katibi Azərbaycan Prezidentini təbrik etdi

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv