Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Hakim Əvəz Zeynallıya zaldan çıxarılacağını DEDİ: “Aclıq edəcəm”

By Vüsal Rafiqoğlu
09.06.2023 3 Min Read

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruslan Vəliyev ifadə verib.

O, Elnur Şükürovdan şikayətçi olmadığını bildirib:

“Sabunçu rayonunda yaşadığım evin qarşısında torpaq sahəsi vardı. Atam həmişə orda mağaza tikməyi arzulasa da, məsul qurumlardan icazəni ala bilməmişdi. Mən tikinti aparmağıma icazə verilməsi üçün dostlarımla məsləhətləşirdim. Bunu Elnur Şükürova da dedim. Elnuru 10 ildən çoxdur ki, tanıyıram. Onun satıcı işlədiyi maşın ehtiyatları mağazasından alış-veriş edirdim. Elə tanışlığımız da uzun illər əvvəl belə başlayıb. Elnur mənə danışıb həll edəcəyini dedi. Amma kimlə, necə danışdığını bilmirəm.

Məsələ həll olunduqdan sonra Elnur Şükürova 7 min manat pul verdim. Mən Elnur Şükürovdan şikayətçi deyiləm”.

Onun sözlərinə görə, şikayətçi olmadığı halda istintaqdakı ifadəsinə şikayətçi kimi yazılıb və prosedurun belə olduğu deyilib:

“Məni ifadə verməyim üçün prokurorluğa çağırdılar. İfadə bitdikdən sonra imza çəkəndə şikayətçi olmadığımı dedim amma şikayətçi kimi yazdılar. Prosedurun belə olmalı olduğunu dedilər”.

Prokuror zərərçəkmişə Əvəz Zeynallını tanıması barədə sual ünvanladı. Ruslan Vəliyev isə Əvəz Zeynallını yalnız mediadan tanıdığını dedi:

“Əvəzlə şəxsi əlaqəm yoxdu. Onun yalnız mediada adını eşitmişəm”.

Əvəz Zeynallı zərərçəkmişin sözünü kəsərək məcburi ifadə alındığını dedi:

“Məcburi belə ifadə alırsınız ki, mənim adımı çəksinlər. Bütün prosedurları səhv aparırsınız”.

Hakim Əvəz Zeynallının prosesi pozması ilə bağlı xəbərdarlıq etsə də, o, buna məhəl qoymadı:

“İstəyirsiniz 10 dəfə xəbərdarlıq edin. Mən bu yalan ifadələrə dözə bilmirəm”.

Prokuror hakimdən Əvəz Zeynallının zərərçəkmişə təsir etdiyini və ona növbəti xəbərdarlığın edilməsini istədi.

Əvəz Zeynallı xəbərdarlıqlara baxmayaraq, prosesi yenidən pozaraq “Əgər düzgün qayda ilə aparmayacaqsızsa, təxirə salın”, deyə qışqırdı.

Hakim növbəti pozğunluqda Əvəz Zeynallının zaldan çıxarılacağını elan etdi.

Əvəz Zeynallı bildirdi ki, zaldan bir də çıxarılsa, aclıq elan edəcək:

“Əgər mən zaldan çıxarılsam, bir də prosesə gəlməyəcəm. Və məni məcbur getirsələr, aclıq elan edəcəm”.

Prokuror vəsatət qaldıraraq zərərçəkmiş  istintaqın prosesində verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadədə ziddiyətlər olduğunu bildirib. Və zərərçəkmişin istintaqdakı ifadəsinin elan olunmasını istəyib.

Hakim yerində müşavirə keçirərək zərərçəkən Ruslan Vəliyevin istintaqdakı ifadəsini elan etməyi qərar verib.

İstintaqdakı ifadədə deyilir:

“Mən Elnur Şükürovu 2009-cu ildə işlədiyi maşın ehtiyatları mağazasından tanıyıram. Mağaza tikmək üçün dövlət qurumlarından icazə ala bilmədim deyə Elnura müraciət etdim. Elnur Əvəz Zeynallıya deyəcəyini dedi. Çünki Əvəz Zeynallının tanışları var idi. Bir neçə müddət sonra Elnur mənə zəng edib dedi ki, 7 min ver Əvəz Zeynallı aparıb, həmin tanışlarına verəcək. Mən də verdim. Bundan sonra tikinti üçün icazə verildi. Tikintiyə başladım. Bir neçə müddət sonra sahə müvəkkili gəlib tikintiyə icazə olmadığını dedi. Elnur Əvəz Zeynallı ilə yenidən danışdı və hər şey həll olundu”.

Daha sonra hakim Elnur Şükürovdan ifadə verməsini istəyib.

Elnur Şükürovun vəkili vəsatət qaldırıb. O, mediada məlumatların düzgün yayılması üçün jurnalistlərin çəkiliş etməsinə icazə verilməsini istəyib.

Hakim yerində müşavirə apararaq vəsatəti təmin etmədi.

Elnur Şükürovun ifadəsi:

“Mən 12 mülki şəxs tərəfindən Nərimanov parkında oğurlanmışam. Heç bir məhkəmə icazəsi olmadan maşınıma soxulub axtarış aparıblar. Əvəz Zeynallının sənədini axtarırdılar. Mənim qarşıma şərt qoydular. Ya həbs olunacam, ya da Əvəz Zeynallının yalandan üzünə duracam. Heç biri ilə razılaşmadım”.

Məhkəmə iclası iyunun 16-a təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib. Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Baş prokuror Hacıqabul rayonunda vətəndaşları qəbul edib – FOTO

Next

Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv