Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərbi Azərbaycan xronikası”: Bir əsrdə üç dəfə didərgin salınan Daşkənd tarixi ilmələrdə – VİDEO

By Vüsal Rafiqoğlu
14.06.2023 3 Min Read

“Qərbi Azərbaycan xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında Baku TV-də “Daşkəndin daşdan ilməyə köçən yaddaşı: xalçaların sirləri” adlı veriliş efirə gedib.

Verilişdə Göyçə mahalında fərqli təbiəti ilə seçilən, qayalıqların arasında yerləşən Daşkənd kəndindən söz açılır:

“Daşkənd qədimdən oğuz-türk yurdu hesab olunur. Elə oradakı məhəllə, yer-yurd adları da bizə məxsus olduğunu, orada Azərbaycan türklərinin məskunlaşdıqlarını göstərir. Daşkəndin unikal təbiəti, unikal insanları və çox qəribə, fərqli məhəllə, yer-yurd adları bir daha onu göstərir ki, qədimdən Azərbaycan türkləri burada məskunlaşıblar. 1918-ci il hadisələri bu kənddən yan keçməyib. Daşkəndin əsas faciələrindən biri elə 1948-53-cü il köçürülməsi zamanı başlayıb. Daşkəndlilər 1953-cü ildə ermənilər tərəfindən öz doğma yurdlarından qovularaq, Bərdənin indiki “Daşkənd” adlandırılan kəndinə gəliblər.  Həmin vaxt o kənd yox idi, cəmi yeddi çinardan ibarət boşluq sahə idi. Bu yeddi çinarın altında daşkəndlilər öz kəndlərini yaratmalı idilər. Fərqli təbiət, fərqli hava şəraiti bu insanların səhhətinə, həyat tərzinə də təsir elədi”.

Verilişdə bildirilir ki, Daşkənd kəndinin xalçaları özünün unikallığı ilə seçilir:

“Daşkənd kəndinin məhəllə adlarına baxanda biz orada Qarabağla, Qazaxla, Gəncə ilə bağlı adları görürük. Bütün bunlar onların xalçalarına da təsir edib. Bu gün Daşkənd xalçalarından danışanda cəsarətlə demək olar ki, bu xalçalarda Azərbaycanın müxtəlif bölgələrinin elementləri fəal iştirak edir. Misal üçün, Qazax və ya Qarabağ xalçaları fəal şəkildə özünü Daşkənd xalçalarının bədii həllində göstərir.

Ümumiyyətlə, Göyçə xalçaçılıq məktəbi özünün üstün cəhətləri ilə seçilir. Burada qədim türk inanclarının əyani şəkildə ifadəsi cəsarətlə verilir. Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçalardakı elementlərdən burada da fəal istifadə olunub. İstər keçidlər, istər həndəsi quruluş, istər rəng kompozisiya həlli bizim inanclarımızın ifadəsidir. Bu xalçalarda bizim əsl keçmişimiz yatır. Türklüyümüz, mahiyyətimiz, bizim sülhməramlı, qurucu olmağımız bu mənzərədə açıq görünür. Buradakı elementlərdə təbiət hadisələrinə bağlılığımız, təbiət hadisələrinin mifoloji, mistik, real təqdimatı öz əksini tapıb. Bu xalçalarda rənglərin simfoniyasını, təbiətin stilizə olunmuş formada təqdimatını görürük. Mifoloji elementlərin real həyatla uyğunluğu və inanclarımız – səma, ağac, daş, torpaq, odla bağlı etiqadlar  bütövlükdə bu xalçalarda öz əksini tapır. Xalça həm də böyük mistikanın, böyük bir mifoloji dünyanın daşıyıcısıdır”.

Sonda diqqətə çatdırılır ki, bu gün o deportasiyanın, yeni Daşkəndin salınmasının 70 ili tamam olur:

“Bu illər ərzində, əlbəttə, insanlar bu təbiətə dözmədilər, dünyasını dəyişənlər çox oldu. Amma bu Daşkənddə Göyçənin Daşkəndinin adət-ənənələri yaşayır. Əlbəttə, Azərbaycanın, hətta dünyanın müxtəlif bölgələrinə səpələnən daşkəndlilərin hər birinin içində Vətənə, Göyçədəki Daşkəndə qayıtmaq eşqi var. Bu eşq, bu ruh həm də milli kimlik, yurda bağlılıq, Vətənə bağlılıq məsələsidir. Göyçə həsrəti, Basarkeçər həsrəti hər bir daşkəndlinin ürəyində var. Yeni Daşkəndin əsasının qoyulmasının 70 illiyi ilə bağlı tədbirdə də biz bunun şahidi olduq. Bütün bu istəklər, arzular yeni toxunan xalçalarda da öz əksini tapır. Bu ənənə davam edir, nənələr öz nəvələrinə, tələbələrinə ötürürlər bu məlumatları. Bu məlumatların hər birində məhz Göyçə xalça məktəbinin və ayrılıqda götürsək, elə Daşkənd xalçalarının içində olan bizim inanclarımız, ümidlərimiz və arzularımız əks olunur. Bundan sonra toxunan xalçaların hər birində həm də bir qayıdış istəyi olacaq və bu qayıdış istəyi xalçaçılıqda bir naxış yaradacaq”.

Xatırladaq ki, “Qərbi Azərbaycan xronikası” layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələrinin – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların – üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi: “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin verilişini təqdim edirik:

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan: “Hələ ki Paşinyan geri addım atmayıb”

Next

BQXK nümayəndələri Ermənistanda əsir saxlanılan iki əsgərimizə baş çəkib

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv