Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İcbari tibbi sığortadan yararlana bilirikmi?

By Vüsal Rafiqoğlu
20.06.2023 3 Min Read

6 il əvvəl bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta artıq 2021-ci ildən bütün ölkə ərazisində tətbiq edilir. Bu gün ölkənin bütün ərazisində tibbi xidmətlər hər kəs üçün əlçatandır. Əlbəttə, insanlar dövlətin vətəndaşlar üçün yaratdığı bu imkanlardan razı olduqlarını bildirirlər. Amma vətəndaşlar xəstəxanalarda, poliklinikalarda saatlarla növbələrdə gözlədiklərini, eləcə də süründürməçiliklə rastlaşdığını deyirlər.

Vəziyyət həqiqətən də belədirmi? Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı göstərilən xidmətlərdən yararlana bilirlərmi?

Musavat.com-un əməkdaşı olaraq tibb müəssisələrində olub, vəziyyəti öyrənməyə çalışdıq.

26 pol (1).jpeg (105 KB)

İlk olaraq 26 saylı şəhər poliklinikasına yollandıq. İçəri daxil olduğumuzda xeyli insanın növbədə dayandığını görürük. Bir əsəbi, yaşlı qadın ucadan, “gedin baxın, o qapıdan soruşun, oradan növbə götürün. Hamımız gözləyirik, siz də gözləyin” deyə səsləndi. Açığı, qadının üstümə bu tonda səslənməsindən sonra bir anlıq niyə gəldiyimi də unuduram. “Yox, mən bu həkim üçün gəlməmişəm deyib, gözləyəcəyəm”, dedim. “Siz bura sığorta ilə gəlmisiniz?” deyə həkim gözləyənlərdən soruşuram. Qolu gipsdə olan bir yaşlı kişi uzaqdan dillənir: “Bura hamı sığorta ilə gəlir, şükür razıyıq, yaxşı ki, bu sistem var, bu poliklinikadan da, həkimdən də razıyam”.

“Hamının adından danışmayın” deyə, bir orta yaşlı qadın yaxınlaşaraq cavab verdi. “Mən özümə söz vermişəm ki, bir də tibbi sığorta ilə heç bir həkimin qəbuluna getməyəcəm. Keçən dəfə 5 nömrəli xəstəxanaya elə bir vəziyyətdə getdim ki, ayaq üstə dayana bilmirdim. Saat 9-dan saat 3-ə kimi növbədə dayandım. Sonra da dedilər limit bitdi, 3-ə kimi idi.

Təsəvvür edirsiniz, neçə dəfə ağrıkəsici qəbul etdim, ağrılara dözdüm, axırda da bu cavabı verdilər”, – deyə o əlavə etdi.

Növbə gözləyən başqa bir qadın da söhbətə qoşuldu. O da dedi ki, sığorta ilə hara müraciət edibsə, imtina alıb: “Siz təsəvvür edin, buradan kolonoskopiyaya görə “5 nömrəli” xəstəxanaya göndərildim. Növbədə dayandım, mənə növbə çatanda dedilər ki, indicə kolonoskopya xarab oldu. Oradan sonra göndərişlə “Neftçilər” xəstəxanasına göndərdilər. Dedilər 15 gün sonraya var, gələrsiniz. 15 gün sonra da zəng vurub dedilər ki, səhər gəlin. Elə hazırlaşırdım ki, gedəm, zəng gəldi. Burada da dedilər ki, kolonoskopiya aparatı xarab oldu. Sonradan maraqlandım, mənim hər iki xəstəxanada tanışım çalışır, dedilər ki, kolonoskopiya aparatı xarab olmayıb. Deməli, sığorta ilə gəldiyimi bildiklərinə görə imtina ediblər. Sonra başqa adla da zəng vurub soruşdum ki, ”xanım sizdə kolonoskopia işləyir?”, dedilər, bəli, işləyir, qiyməti də 185 manat. Ona görə də mən sığorta ilə heç yerə getmirəm, inanmıram ki, bizdə doğru işləsinlər”.

ehali.jpeg (63 KB)

Həkim növbəsini gözləyən digər xəstələr də icbari tibbi sığorta ilə bağlı üzləşdikləri problemləri sadaladılar. “Mən də o gün kardioloq yanına getmişdim, 16-cı idim növbədə, həkim müayinə etdi, həkim də məni müayinələrə göndərdi. Orada da 120-ci düşdüm. Təsəvvür eləyin, onsuz da əsəblərim tarıma çəkilib, bu istidə nə qədər gözləmək olar. Bilmirsən həkimin, yoxsa müayinələrin növbəsini gözləyəsən. İş adamıyam, hər dəfə icazə almaq olmur. Şənbə də saat 2-yə qədər işləyirlər. Növbəmiz çatmamış iş saatları bitir. Bax belə zülm verirlər adamlara” deyə bir yaşlı kişi dilləndi.

“Demək olar ki, bütün xəstəxanalarda vəziyyət belədir. Mən özüm Cəlilabaddan gəlmişəm, səhər “Respublika” klinikasında bir həkim var, onun yanına getmək üçün növbə götürmüşdüm. O qədər adam var idi ki, çata bilmədim. Saat 3 oldu, bağlandı. Bilmədim nə edim, hara gedim, axır uzaq qohumuma zəngə vurdum, onun evində qaldım. Bu gün artıq ora getmədim, bura gəldim. Amma burada da növbə gözləyirik. Yenə dünənki qədər deyil, inşallah çatarıq. Çünki bu gün artıq rayona qayıtmalıyam”.

Buradan ayrılıb yaxınlıqda 26 saylı şəhər poliklinikasının qadın məsləhətxanasına da daxil oluruq. İçəri daxil olar-olmaz həkimlərdən biri yaxınlaşıb kimin yanına gəldiyimi soruşdu. Jurnalist olduğumu, icbari tibbi sığorta ilə bağlı maraqlandığımı bildirdim. “Əvvəllər sığorta ilə müraciət edənlər az idi, indi isə çoxdur. İndi bu gün burada xəstə azdır, görürsünüz. Amma səhər saatlarında burada adam əlindən tərpənmək olmur”, deyə həkim bildirdi. Həkimdən ayrılıb, uturacaqlarda həkim növbəsi gözləyən bir neçə pasiyentə yaxınlaşırıq. Həqiqətən də məsləhətxanada olduqca az sayda xəstə görmək mümkün idi. Fürsətdən istifadə edib onlardan icbari tibbi sığorta göndərişi ilə gəlib-gəlmədiklərini soruşuruq. Cavabında isə həkimi əvvəldən tanıdıqlarını və sığorta ilə gəlmədiklərini bildirirlər.

sığortaa.jpeg (166 KB)

Qeyd edək ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə suallarımızı ünvanladıq. Cavab olduğu təqdirdə yayımlayacağıq.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

I və IV qruplar üzrə qəbul imtahanının yekunları açıqlandı: Səkkiz nəfərin nəticəsi ləğv olunub

Next

57 yaşlı müəllim imtahanda maksimum balı topladı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv