Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı – SİYAHI

By Vüsal Rafiqoğlu
20.07.2023 2 Min Read

“Kükü və bəzi digər yeməklər əsəbləri gücləndirmək üçün yaxşı təsir göstərir”.

Bu barədə rusiyalı nevroloq Almira Gimranova sinir sisteminin sağlamlığı üçün yeməklər barədə danışarkən bildirib.

Həkimin sözlərinə görə, sinir sistemi daimi dəstək tələb edir, çünki bədənin digər sistemlərinin necə işləyəcəyi ondan asılıdır.

O, əsəbləri sakitləşdirmək və sinir sistemini gücləndirmək üçün faydalı məhsullardan müxtəlif menyu hazırlamağı tövsiyə edib.

Təzə tərəvəz salatı

Həkim bildirib ki, pomidor, xiyar, bibər, qoz-fındıq, müxtəlif tumlar, göyərti, bitki yağı və limon suyu əlavə edilmiş salat orqanizmi “C”, “E”, “B” vitaminləri və maqnezium, kalsium, kalium, fosfor kimi sinir sistemini gücləndirən mikroelementlərlə doyuracaq, həmçinin əhvali-ruhiyyəni yaxşılaşdıracaq.

Kükü

Mütəxəssisin sözlərinə görə, bərk pendirli, göyərtili omlet beynin, həmçinin sinirlərin fəaliyyətinə töhfə verən protein, “B” vitaminləri və kalsiumla zəngindir.

Kartof və yerkökü ilə balıq şorbası

Nevroloq balığın tərkibində yaddaş və düşüncəni yaxşılaşdıran fosfor, yod və doymamış yağ turşuları olduğunu xatırladıb, həmçinin kartof və yerkökünün bədəni beyin üçün əsas enerji mənbəyi olan qlükoza ilə təmin etdiyini vurğulayıb.

Süd və ya kefir ilə qarabaşaq yarması sıyığı

Gimranova bildirib ki, qarabaşaq yarmasının tərkibində əzələ və sinirləri rahatlaşdıran maqnezium, fosfor və “B” vitaminləri var. Süddə də, kefirdə də qalxanvari vəzinin, həmçinin sinir sisteminin işini tənzimləyən kalsium və yod var.

Sinir sistemi üçün zərərli yeməklər

Həkim xəbərdarlıq edib ki, bəzi qidalar sinir sisteminə mənfi təsir edərək qıcıqlanma, oyanma və ya depressiyaya səbəb ola bilər. Mütəxəssis bu məhsulların arasında kofeinin adını çəkərək bildirib ki, o, orqanizmdə adrenalin və noradrenalin – stres hormonlarının istehsalını artırır.

“Həddindən artıq kofein qəbulu narahatlıq, təlaş, yuxusuzluq, başağrısı və ürək döyüntüsünə səbəb ola bilər. Kofein təkcə qəhvədə deyil, çay, kola, enerji içkiləri və şokoladda da var”.

Onun sözlərinə görə, sinir sistemi alkoqol (reseptorların fəaliyyətini pozur), nikotin (zövq hormonlarının, sonra isə stres hormonlarının istehsalını artırır), şəkər (qan qlükozasında sıçrayışlar sinirlərə zərər verən iltihablı proseslərin inkişafına səbəb olur) tərəfindən zədələnir.

“Yağlı və qızardılmış qidalar sinir sisteminə mənfi təsir göstərir. Belə məhsullar orqanizm tərəfindən çətin həzm olunur və disbakterioz, qəbizlik, həmçinin zəhərlənməyə səbəb ola bilər. Bütün bunlar sinir sisteminin işinə zərər verir, çünki bağırsaqlarla beyin arasında sıx əlaqə var. Bundan əlavə, yağlı və qızardılmış qidaların tərkibində trans yağlar var ki, bu da qanda xolesterinin səviyyəsini artırır və beyinə qan tədarükünü pisləşdirir”, – deyə Gimranova xəbərdarlıq edib.

Xatırladaq ki, bundan əvvəl kolbasa və sosis kimi emal edilmiş ət istehlakının orqanizm üçün zərərsiz dozası barədə məlumat yayılıb.

Mənbə: Lenta.ru

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Salyan sakininin xəbəri olmadan adına əmək müqaviləsi açılıb – VİDEO

Next

Naxçıvanda diabetli uşaqların sayı açıqlanıb

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv