Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Haqq yolumuz…

By Vüsal Rafiqoğlu
02.12.2023 3 Min Read

Biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq!

Qərbin ədalətsiz, qərəzli, ikili standartlara əsaslanan yanaşmalarına rəğmən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar bizə 30 ilə yaxın davam edən erməni işğalına son qoymaqla yanaşı, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti bərpa etmək imkanı yaradıb. Bu gün artıq ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, ölkəmizin inkişafının yeni mərhələsi başlayıb. Şübhəsiz, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş bərpa-quruculuq işləri, Böyük Qayıdışın başlanması Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycanın daha da güclənməsinə, iqtisadiyyatının böyüməsinə, siyasi nüfuzunun artmasına zəmin yaradacaq. Bütün bunlar isə dövlətimiz və xalqımız üçün növbəti hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Təbii ki, bu hədəflərindən biri də vaxtilə indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızdan zorla qovulmuş Qərbi azərbaycanlıların pozulan hüquqlarının tanınmasına nail olmaqla onları əzəli yurdlarına qaytarmaqdır. Əslində, insan haqları ilə bağlı bütün beynəlxalq qanunlar, konvensiyalar ata-baba yurdlarından minbir müsibətlərlə deportasiya edilmiş yüz minlərlə soydaşımızın öz tarixi Vətənlərinə qayıdış hüququnu təsdiq edir. Ancaq işğalçı Ermənistanı cəzalandırmaq əvəzinə silahlandıran, onun nazı ilə oynayan, Qarabağda qanunsuz məskunlaşdırılmış və öz istəkləri ilə Azərbaycan ərazilərini tərk etmiş bir ovuc ermənini əllərində “bayraq” edib əleyhimizə qərəzli hədyanlar yağdıran “demokratik” Qərb həmin qanunların, konvensiyaların tətbiqi istiqamətində bir dəfə də olsun əməli addım atmayıb. Deməli, soydaşlarımızın pozulmuş hüquqlarını bərpa etmək, Qərbi Azərbaycana qayıdışına nail olmaq naminə növbəti hədəfimizi də yenə özümüz reallaşdırmalı olacağıq…

Hadisələrin sonrakı inkişafı göstərdi ki, ötən əsrin 1905-ci, 1918-1920-ci, 1948-1953-cü və 1980-ci illərində Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyası və doğma yurdlarından qovulması daha sonra Qarabağın və digər ərazilərimizin də işğalının hazırlıq mərhələləri olub. Rəsmi statistik məlumatlara və arxiv sənədlərinə görə, sözügedən illərdə indiki Ermənistan ərazisində yaşayan bir milyon yarımdan artıq azərbaycanlı tarixi torpaqlarından qovulmaqla erməni vəhşiliyinin qurbanına çevrilib. Yəni, otuz ildir üç milyona çata bilməyən Ermənistan əhalisinin yarısı qədər. Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir ki, təkcə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdundan kütləvi surətdə və zorakılıqla sürgün edilib. Minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.1988-1992-ci illər ərzində də qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib. Belə ki, Ermənistan hökuməti, bədnam “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə məruz qoyulub. Hadisələr zamanı 216 azərbaycanlıya qarşı soyqırımı aktı həyata keçirilib, onlar erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər. Bəs niyə başqa vaxt insan haqlarından, demokratiyadan, qanunların aliliyindən dəm vuran ABŞ, bəzi Qərb dövlətləri bu faktlara bir dəfə də münasibət bildirməyib, Ermənistandan hesab sormayıblar?

Daha bir fakt. Hayastanda Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Ali Sovetinin qərarı ilə azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib, toponimlərimizi, tarixi irsimizi məhvetmə əməliyyatı soydaşlarımız ata yurdlarından tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə sonuncu 91 azərbaycanlı yaşayış məntəqəsinin də adı dəyişdirilərək erməniləşdirilib. Məlumdur ki, deportasiyadan sonra atılan bu addımlar tarixi torpaqlarımızdan azərbaycanlıların izlərini tamamilə silmək məqsədi daşıyırdı və bütün bu proseslərin gedişində beynəlxalq aləm xalqımızın üzləşdiyi bu cinayətlərə həmişəki kimi biganə qalmışdır.

Ancaq nə ikili standartlar, nə ədalətsiz və qərəzli yanaşmalar, nə də ki əsassız təzyiqlər bizi öz haqq yolumuzdan, böyük hədəflərimizdən döndərə bilməz. Çünki bizim hər zaman Qərbi azərbaycanlıların problemlərinə həssaslıqla yanaşan onların öz tarixi torpaqlarına qayıdışının hüquqi əsaslandırılmasının təmin edilməsini diqqətdə saxlayan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Məhz dövlət başçımızın diqqəti və konseptual tövsiyələri əsasında Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amillərə çevrilib. Bütün bunlar sarsılmaz inam yaradır ki, Qərbi Azərbaycana qayıdış hərəkatının əsaslı nəticələri özünü ən yaxın zamanda göstərəcək. Biz o torpaqlara da qayıdacağıq! Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi!..

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünyada turizm pandemiyadan əvvəlki səviyyəyə çatır – bəs Azərbaycanda?

Next

Heydər Əliyevin zəngin dövlətçilik irsi milli sərvətimizdir

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv