Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərbin hegemonluğu bitdi, yoxsa… – Orbanla Lavrovun eyni açıqlamasının sirri

By Vüsal Rafiqoğlu
07.03.2024 3 Min Read

Macarıstanın baş naziri ilə Rusiyanın baş diplomatı o qənaətdədir ki, Qərb bir daha heç vaxt dominantlıq etməyəcək; ekspertin fikrincə, təqsirkar elə ABŞ və Avropa liderləridir

Qərblə Rusiya arasında illərlə getmiş “soyuq müharibə”, iki ildən artıq müddətdə isə Ukrayna üzərindən aparılan qanlı müharibənin yeni dünya düzəninə təsirlərinin hansı formada olacağını birmənalı söyləmək mümkün deyil. 

Qərbin məqsədi Rusiyanı nəinki dünyada, hətta yerləşdiyi coğrafiyada belə zəiflətmək, imkanlarını minimuma salmaqdır. Ancaq heç şübhəsiz ki, prosesdə Qərb özü də ciddi zərbələr alıb. Artıq Rusiya ilə yanaşı, Avropa coğrafiyasında olan ölkələrin rəhbərləri də Qərblə bağlı oxşar açıqlamalar verirlər. “Qərbin hegemonluğu sona çatdı və yeni dünya nizamı yaranır”. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Macarıstan səfirlərinin illik toplantısında Xarici İşlər Nazirliyində çıxış edən siyasətçi bildirib: “Yeni dünya düzəni yaranır və vəziyyət daim qiymətləndirilməli və təhlil edilməlidir”.

Macarıstanın baş nazirinin sözlərinə görə, bu gün heç kim Qərbin hegemonluğunun sona çatmasına şübhə etmir. Bundan əvvəl Orban bildirib ki, Ukraynadakı hərbi vəziyyət indi Rusiyanın maraqlarına uyğundur, zaman Qərbin tərəfində deyil. O vurğulayıb ki, münaqişəni Qərb qazanmayacaq və yalnız bir həll yolu var: sülh danışıqları gec-tez başlamalıdır. Macarıstanın baş naziri əlavə edib ki, bu, nə qədər tez baş verərsə, hamı üçün bir o qədər yaxşı olar. Maraqlıdır ki, oxşar açıqlamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrov da Orbandan bir gün əvvəl deyib. Sitat: “Qərb bir daha heç vaxt dominantlıq etməyəcək. Hər bir dövlətin dünya məsələlərində çəkisini ədalətli şəkildə əks etdirəcək formalar axtarmaq lazımdır. Qərb bunu bəlkə də başa düşür, lakin o, ya çoxqütblü dünyanın formalaşması prosesinin qarşısını almağa, ya da onu mümkün qədər çətinləşdirməyə çalışır”.

İddialar nə dərəcədə əsaslıdır? Qərbin hegemonluğu doğrudanmı başa çatır, yoxsa bu, yeni – təbliğatla nüfuzdansalma kampaniyasının startıdır? Orbanı da Rusiya ilə yaxşı əlaqələri olan AB-də yeganə ölkənin lideri hesab etsək, onun bu mövqedən çıxış etməsini anlamaq olar. Macarıstanın baş naziri ilk gündən hesab edir ki, bu savaş kollektiv Qərbin güclənməsinə gətirib çıxarmayacaq. O, hətta rus qazını rublla almağa da razılaşıb. AB-nin Kiyevə 50 milyard avro yardım layihəsini də təsdiqləmək istəməyən yeganə lider Orban idi, lakin sonda 27 dövlət rəhbərləri razılaşdılar. Amma onun və Lavrovun fikirlərində həqiqət payı varmı? Bu strateji savaşdan kim güclü çıxacaq? Rusiyanın dediyi kimi – Putin anqlosaksonların istədiyi təkqütblü dünyanın yaranmasına əngəl ola bilirmi?

Prezidentin Ankaradan verdiyi mesajlar - hamı öz payına düşəni götürdü...

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu fikirlərlə razılaşmaq olar, amma səbəb müharibə deyil: “Səbəbi çağırışlara cavab verən ciddi liderlərin olmamasında görürəm. Qərb deyəndə ilk növbədə ABŞ ağıla gəlir. Bu ölkənin lideri isə adekvat reaksiyalar verməyən bir siyasətçi kimi özünü sübut edib. Bayden hakimiyyətə gələndə bəlli idi ki, Birləşmiş Ştatlar qarşısında çağırışları nəzərə almadan siyasət yürüdəcək. O, uydurma hadisələri yada salıb qondarma soyqırımı haqda danışanda göstərdi ki, Ağ Ev sahibi dünyadakı prosesləri, ABŞ-ın bu hadisələrdə rolunu anlamır. Nəticədə Əfqanıstandan çıxdılar, HƏMAS-ın İsrailə hücumu oldu, Qırmızı dənizdə husilərlə toqquşmalar baş verdi, hətta Yəmən üsyançılarının kabelləri sıradan çıxarmasına görə iki sosial media platforması çökdü və o cümlədən Ukrayna münaqişəsi…”

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Ekspertə görə, Fransa, Almaniya kimi Avropa nəhənglərində də liderlərin çağırışları uğurlu olmur: “Kiyevə lazımi dəstəyi vaxtında versələr, bu müharibə Rusiya üçün faciə ilə yekunlaşacaq. Amma liderlərin qorxaqlığından, yaxud hansısa səbəblərdən adekvat dəstəyi vermirlər və nəticədə Lavrovun bu sözləri dilə gətirməsinə səbəb olur”.

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, elə bundan sonra Rusiya da əvvəlki olmayacaq və hegemonluq edə bilməyəcək: “Bu münaqişələr geostrateji və geoiqtisadi mahiyyət daşıyır. Qərb və Şərq hər yerdə döyüşür – Ukraynada, Qəzzada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Tayvanda, Qırmızı dənizdə… Ona görə təkcə Ukraynada gedən müharibənin nəticələrinə baxmağın tərəfdarı deyiləm. Bu geopolitik qarşıdurma yeni dünya nizamı yaratmaqla Rusiyanın yerini müəyyən edəcək. Bunu Lavrov da açıqlamışdı. Rusiyalı nazir bilir ki, yeni siyasi xəritədə Rusiyanın strateji olaraq mövqeyi zəif vəziyyətə gəlib çıxacaq. Ona görə Ukraynada münaqişədən qalib çıxmaqla Qərbə “göz dağı” vermək istəyirlər”. Təhlilçinin fikrincə, ABŞ yox, amma Avropa bu müharibədən uduşlu çıxmayacaq: “Təbii ki, Qərb dövlətlərinə iqtisadi təsirləri var. Onlar büdcəsindən Kiyevin müdafiəsinə maliyyə ayırır, iqtisadi sanksiyalar özlərinə də təsir edir, inflyasiya baş verir. Yəni Avropa Birliyi ABŞ və Böyük Britaniyanın yürütdüyü siyasətə qoşulmaq məcburiyyətindədir. Onlar NATO ölkələri olaraq həmrəylik nümayiş etdirirlər, əslində atəşkəsin olmasını çoxdan istəyirlər. Bu mənada Qərb rusların “dişlərini çəkməsə”, onlar üçün də çətin olacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbi qulluqçuların uşaqlarına aylıq nə qədər müavinət verilməlidir? – FOTO

Next

Əsgərimizin qaytarılması etimad mühiti yarada bilərmi – təkrar olunmaması üçün nə etməli…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv