Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yolları qana boyayan telefon və dodaq boyası…

By Vüsal Rafiqoğlu
07.03.2024 3 Min Read

Sürücülərin daha bir düşməni şelfidir

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir: “Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki, belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur”.

Təhlükənin miqyasını nəzərə alan qurum maarifləndirici videoçarx da hazırlayaraq təqdim edib.

“İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir. Bildirilir ki, qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir. Bundan əlavə, kişilər qadınlara nisbətən yol qəzalarına daha çox məruz qalırlar. Qəzalarda həyatını itirənlərin təxminən dörddə üçü 25 yaşdan aşağı kişilərdir.

Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti, 93 faizi dünya avtomobillərinin təxminən 60 faizinə sahib olan aşağı və orta gəlirli ölkələrdə baş verir. Yol-nəqliyyat hadisələrinin 26%-i yüksək sürət səbəbindən baş verir. Qəzaların yüzdə 9-u telefondan istifadə kimi diqqəti yayındıran davranışlardan qaynaqlanır.

Avropadakı ən çox yol qəzalarında ölənlər Rumıniyadadır. Onlayn statistika portalının məlumatına görə, 2021-ci ildə Rumıniyada hər 1 milyon nəfərdən 93-ü yol qəzaları nəticəsində dünyasını dəyişib. Bu rəqəm Bolqarıstanda 81, Latviyada 78, Monteneqroda 72, Polşada 59, Yunanıstanda 57 nəfərdir.

ABŞ yüksək gəlirli ölkələr arasında ən çox ölümlə nəticələnən qəzaların baş verdiyi ölkədir. 2022-ci ilin birinci rübündə ölkədə qəza nisbətləri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu ilin ilk 3 ayında ABŞ-da yol qəzalarında ölənlərin sayı ötən illə müqayisədə 7 faiz artaraq 9500-ə çatıb.

Türkiyədə 2023-cü ildə 1 milyon 186 min 353 yol qəzası baş verib, bunun 187 min 963-ü ölüm və yaralanma ilə nəticələnib. Qəzalarda həyatını itirənlərin 47,6 faizini sürücülər, 30,3 faizini sərnişinlər, 22,1 faizini isə piyadalar təşkil edib. Bundan başqa, həyatını itirənlərin 70,5 faizini kişilər, 29,5 faizini isə qadınlar təşkil edib. Hadisələrin 87,1 faizi sürücülərin səhvi ucbatından baş verib.

Sükan arxasında mobil telefondan istifadə Azərbaycanda olduğu kimi bir çox ölkələrdə də qadağandır. Buna baxmayaraq hələ də sürücülərin əksəriyyəti bir əllə avtomobil idarə edərək mobil telefonla danışır. Qaydalara bu tərzdə məhəl qoymamaq qəzalara səbəb olur, xüsusilə piyadaların vurulması ilə nəticələnir.

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

Natiq Ələsgərov 

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov deyir ki, cərimə məbləğləri bu məsələdə təsirli vasitə olsa da, sürücülərin daha məsuliyyətli olması üçün daha ciddi addımlara ehtiyac var: “Əlbəttə ki, məsuliyyətli sürücü sükan arxasında heç vaxt diqqətini yayındıracaq məqamlara əhəmiyyət verməyəcək. Hətta təcili zəng daxil olsa belə zəngi cavabsız qoyacaq və ya avtomobilini yolun kənarında saxlayaraq, gələn zəngə sakit şəraitdə cavab verəcək. Beynəlxalq praktikada telefonla danışa-danışa və ya SMS yaza-yaza avtomobil idarəsi huşsuz idarəetmə adlandırılır. Diqqəti yoldan yayınan sürücü ətrafda olan hərəkət iştirakçıları üçün potensial təhlükədir. Sükan arxasında hər zaman son dərəcə diqqətli olmalıyıq! Yolda sükan arxasında olan xanımlar şokolad yeməyi və ya dodaqlarını boyamağı çox sevirlər. Qadınların törətdiyi yol-nəqliyyat hadisəsinin əsas səbəbkarlarından biri də dodaq boyası olur. Sosial şəbəkələrdə gün keçirən həvəskarları xüsusi olaraq ayrıca qeyd etmək lazımdır. Bir çox sürücünün avtomobilində panel üzərində planşet və ya smartfon var. Onların vasitəsi ilə sürücülər  aktiv şəkildə kimlərləsə yazışır və ya xəbəri oxuyur, bəzən də film izləyirlər. Sürücülərin daha bir düşməni də bu gün geniş  yayılmış selfidir. Bütün bunlar diqqəti yoldan yayındırır və çox ciddi xoşagəlməz hadisələrə səbəb olur. Saniyə kifayət edər ki, avtomobil yol kənarındakı xəndəyə düşsün və ya digər nəqliyyat vasitəsinə çırpılsın. Şəhərlərdəki  sürət həddini nəzərə alaraq, sürücülərin diqqətsizliyi ucbatından yol qəzalarında əzab çəkən insanlar olur”.

Natiq Ələsgərov deyir ki, sükan arxasında telefonla daim kontaktda olmaq istəyənlər xüsusi vasitələrdən istifadə edə bilərlər: “Avtomobil istehsalçıları müasir avtomovbillərin təchizatına telefonların audiosistemə qoşulmasını da daxil edirlər. “Hands free” qarnituru xüsusi olaraq məhz sürücülərin yolda təmassız telefon danışıqları üçün hazırlanıb. Bu zaman sürücünün əli telefonla danışıq zamanı sükanda olur və istənilən manevri də edə bilir. Bununla belə, sükan arxasında istənilən söhbət idarəetməyə təsir edir və yolda sürücüyə diqqətini bir yerə cəmləməyə mane olur. Bu yaxınlarda tanış olduğum bir təhqiqatın nəticələrində qeyd olunurdu ki, avtomobil idarə edən zaman mobil telefonla danışmaq yol-nəqliyyat hadisəsi ehtimalını 4 dəfə artırır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Faydalı axmaqla qonşuluq… – Tək qalmış “bayquş”un SON arzusu

Next

“Palas” sahiblərini milyonçu edən, özü palaz üstündə qalanlar – Toy kimindir?

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv