Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

«Kişi qırığı»

By Vüsal Rafiqoğlu
08.03.2024 3 Min Read

Cırtdan Paşinyanın təpəgöz Makrona div məhəbbəti

Vətən müharibəsindəki məğlubiyyətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kölgəsində gizlətməyə, ələklə su gətirməyə salışan Ermənistanın baş naziri hələ də tələyə salındığını anlamır

Kiçik yaşlı oğlanların qeyri-adi hərəkətlərini görənlər «kişi qırığıdır» deyərdilər. Həmişə başqalarının sözü ilə idarə olunan, yəni hələ də «böyüməyən» Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxa çevirməklə bağlı iddiası elə «kişi qırığı» sayaq bənzətmədir. Rəsmi İrəvanın Müdafiə Nazirliyinin KTMT-nin təlimlərinin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığı barədəki «xəbərdarlığı» ilə başlayan proses Nikol Paşinyanın boyundan yuxarı tullanmaq cəhdidir. Onun Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını fransızsayaq tənqid, hətta təhdid etməsi, daha irəli gedərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətiriliməsi təklifi toyuğun yuxuda darı görməsidir.

Adı müstəqil olsa da böhran bataqlığında çabalayan iqtisadiyyatı, sayı barmaqla sayılan sənaye müəssisələri, enerji təchizatı rəsmi Moskvanın nəzarətində olan , sərhədləri, hava limanları belə Rusiya hərbçiləri tərəfindən qorunan Ermənistanın Qərbə üz tutmasını erməni ekspertləri də tənqid edirlər.

İdarə olunan siyasətini «yerdəyişmə qanunlarına», çoxvektorlu prinsiplər əsasında quran Ermənistana Rusiyanın tanınmış rəsmiləri tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də fransız sevgisi gözünü tutan Nikol «priveti» « bonjurla « əvəzləməkdə israrlıdır. Qərblə tərəfdaşlığını çıxış yolu hesab edən Hayastanın Ukraynanın məhkum olduğu taleyi yaşayacağı qaçılmazdır. İrəvanın anti-Rusiya siyasətinin işğalçı ölkədə yaşadacağı acı nəticələri təhlil etməyi belə düşünmək istəməyən, Fransa Prezidenti Emmanuel Makronun şirnikləndirici vədlərinə aldanan Paşinyanın KTMT-ni tərk etməyi çıxış yolu seçməsi də sərsəmlikdir.

III Antalya Diplomatik Forumunda iştirak edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı Qərb platformalarının nümayəndələri, AvroAtlantik dairəsinin rəsmiləri ilə söhbətlər aparsa da rusiyalı həmkarı Sergey Lavrovla görüşməyə «ehtiyac duymayıb.» Daha çox bağlı qapılar arxasında keçirilən görüşlər təbii ki, mənfur niyyətlərə xidmət edir. Geosiyasi, təbii sərvətləri, hərbi-strateji əhəmiyyəti ilə çoxlarının diqqətini cəlb edən Cənubi Qafqazda sabitliyin yaranmasını istəməyən qüvvələrin poliqon kimi seçdikləri Ermənistanı yenidən müharibəyə hazırlamalarının açıqlaması bəllidir. Fransanı, Hindistanı və Yunanıstanı bölgəyə cəlb etməklə Rusiyanın təsir dairəsindən çıxacağını zənn edən, Vətən müharibəsinin nəticələrindən dərs almayan Hayastanın məkrli çanağı yenə də öz başında çatlayacaq.

Qərəzli oyunlar hələ ki, Fransa-Ermənistan-Gürcüstan-Yunanıstan şərti məntiqi ilə cərəyan edən zəncirvari proseslərlə davam etdirilir. Yunanıstanla Fransanın hərbi-texniki əməkdaşlığının region üçün tördəcəyi təhlükələr bəllidir. Ermənistanın son vaxtlar genişmiqyaslı təxribatlara hazırlaşacağı sərsəmləmələri də vəziyyətin kritik həddə çatdığını göstərir. Paşinyanın Yunanıstana işgüzar səfəri, Ermənistanın Afinadakı səfirinin bu ölkənin müdafiə nazirini qəbul etməsi, görüşlərdə hərbi-texniki məsələlərin müzakirəsi, Gürcüstan ərazisindən logistika məqsədilə istifadə planlarının hər biri regional təhlükəsizliyə təhdiddir. Qeyd edək ki, Ermənistanı hərbi sursatlarla təmin edən Makronun Hayastana hərbi kontingent göndərmək vədi Fransa ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Makronun bu «təcrübəsi»nin İkinci Qarabağ müharibəsində özünü doğrulmadığını xatırlatmaqla belə bir əminlik yaranır ki, Fransanın haylara «dəstəyi» islamobiyadan, türkcülüyə nifrətdən qaynaqlanır.

Vəziyyəti daha da gərginləşdirmək üçün yollar axtaran Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətinin dondurması barədəki «ideyası» siyasi manipulyasiya, Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməkdir. Ermənistanın rəsmi dairələri yaxşı başa düşürlər ki, KTMT-nin nizamnaməsində hər hansı bir üzv dövlətin fəaliyyətinin dondurulması məsələsi əks olunmayıb. Quruma üzv dövlət təşkilatdan çıxa və yaxud fəaliyyətini davam etdirə bilər.

Göründüyü kimi, məğlubiyyətini KTMT-nin arxasında gizlətməyə çalışan Paşinyan təşkilatla vidalaşmaq niyyətini reallaşdırmaqda israrlıdır. Qərbə sığınaraq anti- Azərbaycan qüvvələri Cənubi Qafqaza cəlb etmək, yeni müharibə ocağı yaratmaq istəyən Paşinyan sadəcə olaraq başqalarının bildiklərini görüb dərk etmək ağılda deyil. Paşinyanın və komanda üzvlərinin KTMT-yə üzv dövlətlərə təşkilatın işində Ermənistanın iştirak etməyəcəyini bildirmələri Rusiya başda olmaqla, digər üzv dövlətlərə qarşı münasibətin müəmmalı açıqlamasıdır. Başqa sözlə, «troyka»ların təzyiq yolu ilə Azərbaycanı sülh müqaviləsini imzalamağa məcbur etmək xəyalları köpəyin ulduza baxıb hürmələrindən başqa bir şey deyildir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hava haqqında məlumat

Next

Qərb həm təhrik edir, həm qorxudur…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv