Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan “marşrut”dan çıxa biləcəkmi?

By Vüsal Rafiqoğlu
15.03.2024 3 Min Read

Hazırda Qazax rayonunun 7 (Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli), Naxçıvan Muxtar Respublikasının 1 kəndi (Kərki) Ermənistanın işğalı altındadır. Bu fakt təcavüzkar ölkənin Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkmədiyinin göstəricisidir. Rəsmi Bakı həmin anklav (Kərki və Qazağın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) və qeyri-anklav (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) kəndlərin azad edilməsi istiqamətində əməli addımlar atmaqda davam edir. Amma Qərbdən, xüsusilə Fransadan təlimatlar alan Hayastan bu məsələdə hələ də nala- mıxa vurmaqdadır. Belə ki, öz ölkəsinə sahiblik edə bilməyən Nikol Paşinyan anklavlarla bağlı bir-birinə zidd açıqlamalar verir. O, martın 12-də keçirdiyi  mətbuat konfransında bildirib ki, Almatı  Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütöv­lüyünün tanınması üçün əsasdır. Söhbət o Bə­yannamədən gedir ki, 1991-ci il dekabrın 21-də imzalanmışdı və keçmiş müt­təfiq respublikaların bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanı­dıqlarını rəhbər tuturdu. Paşinyan vurğulayıb ki, delimitasiya prosesində biz de-yure bu “reallıq”dan çıxış etməliyik: “Ermənistanda olan Ermənis­tanındır, Ermənistanda olmayan Ermənista­nın deyil”.

Göründüyü kimi, rəsmi İrəvan özünün xeyrinə olduğu üçün Almatı Bəyannaməsini əsas götürür. Halbuki, Nikol özü bir müddət öncə işğal altında saxla­dıqları Azərbaycanın 8 kəndinin Ermənis­tanın ərazisinə daxil olmadığını, bu kəndlərin Azərbaycana məxsusluğunu etiraf etmişdi. Bununla da Paşinyan Azərbaycana qaytarılma­yan Qazaxın 7 və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi­nin ölkəmizin ərazisi kimi tanıdığını rəsmən bildirmişdi.

Nikol Paşinyan, həmçinin sözügedən mətbuat konfransında hazırda işğal altındakı 8 kənddən anklav olmayan 4 kəndlə bağlı fikirlər də söyləyib. O, “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə 4 kəndin – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de-yure Ermənistan ərazisində olmadığını etiraf etməli olub. Şübhəsiz, Paşinyan bu sözlərlə həm də özünü sığortalamağa çalışıb. Yəni, dolayısı ilə erməni ictimaiyyətinə mesaj ötürüb ki, ermənilərin o adlarda kəndləri yoxdur. Hansısa mərhələdə sözügedən kəndlərin öz sahibinə qaytarılması Ermənistanda ciddi ajiotaj yaratmamalı və ərazi itkisi hesab olunmamalır. Hazırda Hayastanda qərar qəbul etmək Paşinyanlıq deyil. Yəni, onun  bu məsələdə öz havadarlarının müəyyənləşdirdikləri “marşrut”dan çıxa biləcəyi sual altındadır.

Azərbaycan isə işğal altındakı bütün    kəndlərin qaytarılmasında israrlıdır. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində demişdir ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”. Yəni, dövlətimizin başçısı bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, o birilərinin isə müzakirə olunacağını bildirmişdir. Göründüyü kimi, rəsmi Bakı işğal altında qalan 8 kəndin beynəlxalq hüquq normaları çərçivəsində qaytarılması ilə bağlı “mərhələli həll” variantından çıxış edib. Dövlətimizin başçısı, həmçinin vurğulamışdı ki, bizim mövqeyimiz çox ədalətli və məntiqlidir: ”Ya siyasi metodologiya əsas götürülmə­lidir, ya xronologiya götürülməlidir, ya da biz, bütövlükdə, heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yara­dılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək döv­lət sərhədinin delimitasiyası üzrə yaradılmış hökumətlərarası işçi qrupun 7 görüşü keçirilib. Martın 7-də keçirilmiş sonuncu görüşdə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlanılıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələri müzakirə edilib.

Azərbaycan öz torpaqlarının işğalda olması faktı ilə heç vaxt barışmayıb və barışmayacaq. Bunu Paşinyan da yaxşı bilir. Artıq bu,  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırılan 44 günlük Vətən müharibəsi, eləcə də ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbiri ilə öz təsdiqini tapıb. Bu prosesdə Prezident İlham Əliyevin “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda bildirdiyi kimi, güclü hərbi imkanlar və xalqın birliyi önəmli rol oynayıb. Bu gün xalqımız vaxtilə işğal altındakı 20 faiz ərazisinin azad olunması məsələ­sində həmrəy olduğu kimi, 8 kəndinin əsarətdən qurtulmasında da yekdil mövqedədir. Şübhəsiz, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlətimizin başçısı düşünülmüş siyasəti ilə bu problemi də tezliklə həll edəcək və bununla  Azərbaycanın nələrə  qadir olduğunu bir daha ermənipərəst dairələrə göstərəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qlobal geosiyasi fikir mərkəzi

Next

Fransada Natəvana münasibət: Dünən və bu gün…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv