Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Novruz işğaldan azad edilən ərazilərimizdə təntənə ilə qeyd edilir

By Vüsal Rafiqoğlu
19.03.2024 3 Min Read

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan xalqı zəngin mədəni irsə malikdir. Xalqımızın qədim adət və ənənələrini özündə birləşdirən Novruz bayramı da məhz mədəni irsimizin zənginliyindən xəbər verir. Yazın ilk günü qeyd olunan Novruz bayramının fəlsəfəsi təbətin oyanmasını və həyatı özündə simvolizə edir.  Novruz adətlərinə nəzər yetirdikdə görmək olur ki, birlik, həmrəylik, sülh şəraitində yaşamaq xalqımızın öz adət-ənənələrində də öz təcəssümünü tapır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Novruza qədər 4 çərşənbə qeyd olunur ki, bu çərşənbələrdə də müxtəlif ayin və inanclar həyata keçirilir. Su, Od, Yel və Torpaq adlandırılan Novruz çərşənbələrinin fəlsəfəsi də həyat əlaməti olan 4 ünsürü özündə ehtiva edir.  Sonuncu Torpaq çərçənbəsi xalq arasında həmçinin İlaxır çərşənbə də adlandırılır ki, bu çərşənbə xalqımız tərəfindən daha böyük coşqu ilə qeyd edilir. Uşaqlar və gənclər tərəfindən böyük sevinc və maraqla qeyd edilən “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə təcəssüm etdirir.

Novruzda aşıqların, xanəndələrin, xalq müğənnilərin, kəndirbazlar, pəhləvanlar, folklor birliklərinin, həmçinin Novruz personajları olan Kosa, Keçəl və Bahar qızın iştirakı ilə  ölkəmizin hər bir bölgəsində keçirilən kütləvi bayram şənliklərinin mahiyyətində xalqın birlik və həmrəyliyi dayanır. Sovetlər dövründə rəsmi bayram kimi qeyd olunmasa da xalqımız öz qədim bayramı olan Novruzu və onun çoxsaylı adətlərini qoruyub saxlamağı və sonrakı nəsillərə ötürməyi bacarmışdır. Xalqımız müstəqillik əldə etdikdən və ən əsası da  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başladı.  Novruz bayramı münasibətilə xalqa təbriklərinin birində  Ümummilli Lider Heydər Əliyev Novruzu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin  xalqımızın milli bayramı olan Novruza özünəməxsus münasibəti vardır. Cənab Prezidentin hər il xalqa bayram təbriki ünvanlaması, keçirilən bayram şənliklərində iştirak etməsi və 2007-ci ildən Novruzun 5 gün bayram olaraq qeyd olunması dövlətimizin Novruz bayramına olan özünəməxsus münasibətindən xəbər verir. Çox hörmətli Birinci vitse-preidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bundan əlavə, 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli  nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bütün bunlar Azərbaycan mədəni irsini dünyada təbliğ edən Mehriban xanım Əliyevanın həyata keçirdiyi misilsiz işlərin bariz nəticəsidir. Həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Belə ki, 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulmuşdur.

Hər zaman Azərbaycanı çiçəklənən, güclü, xalqımzı isə firavan görmək istəyən və ömrünü bu müqəddəs missiyaya həsr edən Ulu Öndər Heydər Əliyev 20 mart 1998-ci ildə Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində çıxışı zamanı qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Artıq xalqımız həmin günləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və Novruz bayramı artıq həmin ərazilərdə qeyd edilir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xankəndidən verilən qətiyyətli sülh mesajı

Next

Laçında 32 ildən sonra İlaxır çərşənbənin tonqalı qalanıb – FOTO/VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv