Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Novruz fəlsəfəsi

By Vüsal Rafiqoğlu
20.03.2024 3 Min Read

Novruz gəlir. Bu iki söz səsləndiyi an insanlar müstəsna olaraq xoş hisslər yaşayırlar. Ömrümdə Novruzun gəlişindən nəinki kədərlənən, hətta ona biganə qalan bircə adam da görmədim. Deməli, bu sözlər həyatımıza xoş hisslər qatan, hər birimizi pozitiv emosiyalara yükləyən, birmənalı olaraq hamını sevindirən bir xəbərdir. İlin hadisələri içində müxtəlif məzmunlu sevindirici xəbərlər nə qədər çox olsa da Novruzun gəlişi həmişə eyni xoş niyyətləri yaşatmaq və təzələmək baxımından unikal bir mədəniyyət hadisəsidir. Novruz bayramının mahiyyətində təbiətlə insanı birləşdirən, insana təbiətin bir parçası olduğunu daim andıran bir fəlsəfə yaşayır. Bu, insanlar arasında səmimiyyət, dostluq, həmrəylik və xoş məramlılıq fəlsəfəsidir. Təsadüfi deyil ki, Novruz bayramı dünyanın ən seçkin mədəni nailiyyətlərini qeydə alan və onu ümumbəşəri mədəniyyət nümunəsi kimi bütün dünyaya aşılayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Deməli, belə bir fəlsəfəni hamılıqla qəbul edən xalqlar dünyanın ən mədəni, eləcə də sülh və həmrəylik kimi humanist xüsusiyyətlərin daşıyıcıları olan xalqlardır. Belə bir xalqın təmsilçisi olmaq nə qədər qürurverici bir hissdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Feyziyev söyləyib. Deputat qeyd edib ki, hər bir xalqın təqvimində dövlətlər tərəfindən istirahət günü kimi elan edilən və konkret bir günlə bağlı olan çoxsaylı bayramlar var. Novruz bayramı onlardan fərqlidir. Novruz həmişə hamının bayramı olub. Hətta dövlət səviyyəsində bu bayramın qadağan olunduğu zamanlarda belə xalqlar Novruz ənənələrinə sadiq qalaraq onunla bağlı ayinləri və adətləri yaşadıblar. Ulu Öndər Heydər Əliyev Novruz bayramının mahiyyətini və dəyərini belə ifadə etmişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Deputat qeyd edib ki, Bu bayram insanlığa doğma və təbii olan adət-ənənələrin, əcdadlarımızın əqidəsinə və mədəni irsinə sədaqətin təzahürü kimi minilliklər ərzində xalqımızın ruhunda və qəlbində yaşadıb-yaratdığı yüksək mənəvi dəyərdir. Bu dəyəri müdrik Şərq və onun təmsilçilərindən biri kimi bizim əcdadlarımız yaratdı və ağı qaradan yaxşı seçən Zaman onu bütün İnsanlıq üçün bəşəri dəyərə çevirdi. Əsrlər boyu xalqımız ən xoş ümidlərini Novruza bağlayıb, səadəti, firavanlığı və xoşbəxtliyi Novruzdan gözləyib. Son onilliklər ərzində hər Novruz bayramında növbəti Novruzu azad olunmuş yurd yerlərimizdə qarşılamağı və qeyd etməyi arzuladığımız hamının yadındadır. Məhz bu Novruz arzuları xalqımızın ümidlərini doğrultdu. Artıq dördüncü ildir ki, uzun müddət həsrət qaldığımız Vətən torpaqlarında Novruz tonqalları qalanır. Yaxın keçmişin ağrı-acıları bu tonqalların alovları içərisində yandırılıb külə çevrilir. İnsanlıq öz həyatını bir zaman dayandığı yerdən yenidən başlayır. Novruz sözünün əsl mənası öz əksini real həyatda tapır – hər bir insanın, xalqın, sivilizasiyanın həyatında yeni gün başlayır. Bax, budur Novruz fəlsəfəsinin təntənəsi. Bu təntənəni Prezident İlham Əliyev azad Şuşada bayram tonqalını alovlandıran zaman belə ifadə etmişdi. ‘‘Həmin gün gəldi… Bu gün Novruz bayramını ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi.”

“Belə bir əziz gündə – dostluq, həmrəylik, yenilik, mənəvi təmizlik və ruhi oyanış günündə Novruz ənənələrinə sadiq olan bütün insanların xoşbəxtliyinə sevinirəm. Sevinirəm ki, hər kəs özünü xoşbəxt hiss edir. Sevinirəm ki, hər kəs gələcəyə ümidlə baxır, hər kəs özünün xoş arzularına qovuşmaq üçün xoş niyyətlər tutur və bu niyyətlərin həyata keçməsi üçün yalnız və yalnız insanlığa xoş olacaq addımlar atmaq haqqında düşünür. Yalnız xoş niyyətlər və xoş arzular insanlığı səadətə qovuşdura bilər. Ona görə bu gün ən xoş arzularımı bütün insanlığa çatdırıram. Bəşəriyyətə və onun ən mədəni parçası olan xalqımıza ən xoş arzularımı çatdırıram”, – deyə deputat Cavanşir Feyziyev fikrini yekunlaşdırıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“O kənd bizim kəndimizdir” – səbrimiz bitir, ya savaş…

Next

Oruc ruhun qidası olduğu kimi, dua da ibadətin ruhudur – İlahiyyatçı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv