Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakının tələbinə ermənilər referendumda “yox” desə…

By Vüsal Rafiqoğlu
29.03.2024 4 Min Read

Ermənistan rəhbərliyi sülh prosesini pozmaqdan ötrü növbəti manevrlərə əl atır; rəsmi İrəvanın qeyri-konstruktivliyi gərginliyi tətikləyir

Rəsmi İrəvan yekun sülh sənədinin imzalanmasından yayınmaq üçün müxtəlif variantlara əl atmaqdadır. Ölkə hakimiyyəti üzdə sülh tərəfdarı kimi görünməyə çalışsa da, əslində  məqsədi “nə hərb, nə sülh” prosesinin ömrünü maksimum uzatmaqdan ibarətdir.

Ermənistanın baş naziri Nikol Paşinyan həftəsonu Gümrüdə partiya üzvləri ilə görüşündə Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı danışıb. “Anlamadan konstitusiyanın qəbuluna qarşı nümayişlər keçirirlər. Biz bu məsələni ona görə ictimai müzakirəyə təqdim edirik ki, xalqla birlikdə konstitusiya yaradaq. O konstitusiya bu gün yoxdur. Bu gün soruşsan ki, o konstitusiyada nə yazılmalı, nə yazılmamalıdır, məndə bəzi fikirlər ola bilər. Amma  konstitusiya o insanların beynində olmayana qədər mövcud deyil. Çünki əgər insanların beynində deyilsə, 700 min insan gedib buna necə səs verəcək? Yalnız bir halda, o hesab etsə ki, onun sahibidir və onun müəllifidir”, – deyə, Paşinyan vurğulayıb. Konstitusiya İslahatları Şurasının sədri, ədliyyə naziri Qriqor Minasyan isə son olaraq bəyan edib ki, onlar Paşinyanla görüşü gözləyirlər, bundan sonra yeni konstitusiyada hansı dəyişikliklərin nəzərdə tutulduğunu ictimaiyyətə təqdim edəcəklər. O, konstitusiyanın preambulasının müzakirəsinin aparılmadığını qeyd edib. İslahatlar Şurası iki ildir konstitusiya islahatları konsepsiyasının layihəsi üzərində işləyir. Hökumətə göndərilən layihədə istiqlal bəyannaməsi müddəasının çıxarılmasından bəhs edilmir. Ədliyyə nazirinin dediyinə görə, gələcək işləri Paşinyanın təklifi ilə sinxronlaşdırmaq istəyirlər.

Paşinyanı yeni konstitusiyaya məcbur edən müəyyən səbəblər var. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsi və Ermənistan Konstitusiyası “Dağlıq Qarabağa birləşmə haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya” əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin artdığı bir dövrdə təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi labüd sayılır. Ermənistanın digər hüquqi sənədlərində yer alan bəzi maddələr Azərbaycana qarşı ərazi iddiası olduğundan rəsmi Bakı onların dərhal ləğvini tələb edir. Prezident İlham Əliyev bəyan edib ki, İrəvan bu addımları atmazsa, sülh müqaviləsindən danışmaq mümkün deyil. Paşinyanın və ədliyyə nazirinin açıqlamaları arasında ziddiyyət var. Çünki Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinin xatırlanması və ona istinad edilməsi hazırda aparılan sülh danışıqları və imzalanacaq sülh müqaviləsi ilə üst-üstə düşmür. Belə bir maddənin ölkənin əsas qanununda qalması sabah özü üçün beynəlxalq arenada ciddi problemlərə səbəb ola bilər. Paşinyanın konstitusiya dəyişikliyində məsuliyyəti xalqın üzərinə qoyması da bu məsələdə yaxşı perspektiv vəd etmir. Əgər mümkün dəyişikliklərə xalq referendumda “yox” deyərsə, o halda Paşinyanın indiyədək apardığı sülh və yeni Ermənistan qurmaq təbliğatı iflasa uğrayacaq. Bakının tələbinə ermənilər referendumda “yox” desə, hadisələrin gedişi necə ola bilər?

Sahib Məmmədov: "Avropa Şurası Azərbaycanla bağlı qərəzli mövqedədir"

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, Ermənistanda mövcud konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı diskussiyalar davam edir: “Amma konstitusiya islahatları hansı məsələləri əhatə etməlidir, dəyişikliklər nədən ibarət olmalıdır, bununla bağlı heç hökumətin daxilində belə konsensus yoxdur. Bu baxımdan baş nazir Paşinyanla, onun ədliyyə nazirinin dəyişikliklərlə bağlı fərqli fikirlərinin olması da bunun göstəricisidir. Yaxud mövcud hökumətdə fərqli fikirlərin olması imitasiya xarakterlidir və əvvəlcədən razılaşdırılıb. Əslində Ermənistanda gözlənilən konstitusiya dəyişikliyində bizim üçün maraq kəsb edə biləcək məsələ “Ermənistanın Müstəqillik Bəyannaməsi”nin preambulasındakı “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının Qarabağ 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarı” ifadəsi, bəyannamənin 11-ci bəndindəki “Ermənistan Respublikası beynəlxalq səviyyədə 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımının tanınma məsələsini dəstəkləyir” ifadəsi və hazırkı Ermənistan Konstitusiyasının preambulasındakı “Erməni xalqı Ermənistan dövlətçiliyinin fundamental prinsiplərinə və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq…” ifadələridir. Ermənistan tərəfindən qəbul olunmuş “Ermənistanın Müstəqilliyi Bəyannaməsi” və konstitusiyada – hansı ki, Ermənistanda hər iki sənəd ən yüksək hüquqi qüvvəyə malikdir – Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının olduğunu bəyan edir”. S.Məmmədov qeyd etdi ki, Ermənistanın dövlət atributlarında, konkret olaraq gerbində də Türkiyəyə qarşı ərazi iddiasının açıq işarəsi verilir: “Əgər konstitusiya islahatları zamanı Ermənistanın ali qanunlarında Azərbaycana və Türkiyəyə qarşı hüququ baxımdan əks olunmuş ərazi iddiaları aradan qaldırılmayacaqsa, bu zaman o islahatların bizim üçün hər hansı əhəmiyyəti olmayacaq. Hökumətdaxili diskussiyalardan və açıqlamalardan görünən budur ki, bu məsələ ilə bağlı konkret mövqe yoxdur. Ermənistanda olan siyasi qüvvələrin də əksəriyyəti qətiyyətlə belə dəyişikliyin əleyhinədir. Belə olan halda, mümkündür ki, yeni mətnin layihəsində konstitusiyanın preambulasında dəyişiklik ümumiyyətlə nəzərdə tutulmasın, yaxud bu dəyişiklik layihədə əks olunsun, amma referendumda seçicilər tərəfindən dəstəklənməsin”. Ekspert bildirdi ki, variantlardan hər hansı birinin baş verməsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına və sülh prosesinə ciddi zərbə vuracaq və onu mənasız edəcək: “Dövlətə qarşı ərazi iddiası olan başqa bir dövlətlə hansı sülh müqaviləsindən söhbət gedə bilər ki? Mənim qənaətimə görə, bu halda artıq Azərbaycan öz planları ilə getməlidir. Yəni şərti sərhəddə delimitasiya proseslərinin davam edib-etməməsindən asılı olmayaraq, demarkasiya prosesinə başlamalı, sərhəd nişanlarını özünün məqbul bildiyi və beynəlxalq hüququn prinsiplərinə zidd olmayan şəkildə quraşdırmalıdır. Ən azı o hissələrdə ki, Azərbaycan qəti olaraq nə irəli getmək, nə də geri çəkilmək fikrində deyil. Paralel olaraq Azərbaycan Naxçıvanla kommunikasiyanın bərpa olunması istiqamətində işlərini davam etdirməlidir.”

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Politoloq Tural İsmayılov isə bu fikirdədir ki, Ermənistanda konstitusiya dəyişikliyini təkcə revanşistlər yox, Fransa və istismarçı Qərb dairələri də istəmir: “Konstitusiya dəyişikliyi məsələsində də Ermənistan müstəqil siyasi qərarlar almaqda acizdir. Azərbaycanın razılığı alınmadan Ermənistan ərazilərində Aİ mülki missiyası adı altında Qərbin müxtəlif strukturlarını toplayan Ermənistandakı “sorosçu” Paşinyan hakimiyyəti Qərblə əlaqələri dərinləşdirmək adı altında “ikinci Maydan” ssenarisini həyata keçirməyə çalışır. Faktiki olaraq bu gün Qərb Ermənistan ərazilərində Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə yeni kəşfiyyat platsdarmları formalaşdırmağa çalışır. Bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, Ermənistanın inkişafını istəməyən, Ermənistandan ancaq özünün siyasi məqsədləri üçün istifadə etmək istəyən başda Fransa və ABŞ-dakı ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xırdalanda 10-dan çox qumbara tapıldı – FOTO/VİDEO

Next

“Hakimiyyətdə bu qədər qalacağımızı gözləmirdim”

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv