Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

İnkluziv Platforma

By Vüsal Rafiqoğlu
23.06.2024 3 Min Read

Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik.
Prezident İlham Əliyevin “Euronews”a verdiyi və Azərbaycanın yaşıl gündəliyini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur.
Ümumiyyətlə reallıqdır ki, Azərbaycan özünün ənənəvi qazıntı resursları ilə qlobal enerji təhlükəsizliyinin mühüm oyunçularındandır. Ölkə Prezidentinin ritorikasının da əks olunduğu cari situasiya isə göstərir ki, Azərbaycan artıq alternativ enerji üzrə də qlobal mövqeyə sahiblənməkdədir. Hətta ənənəvi resurslara əsaslanan inklüziv platforma olan Bakı Enerji Həftəsinin belə mahiyyətində yaşıl enerji amilinin rolu xüsusi qabarmaqdadır. Təbii ki, həyata keçirilən bu uğurlu siyasət, eyni zamanda, elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması ilə müşahidə olunur və eyni zamanda, iqlim dəyişikliklərinə təsir edən amil kimi çıxış edir. Bildiyiniz kimi, bu istiqamətdə artıq real konfiqurasiya mövcuddur və hələ 2022-ci ilin dekabrında Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıb. Bu özlüyündə vacib nüansdır, çünki Azərbaycanın özünə mövcud potensialın vəd etdiyi qədər bərpaolunan enerji lazım olmadığı üçün Bakının əsas hədəfi ixracdır.
Azərbaycan özünün yaşıl gündəliyi ilə istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində qlobal səylərə mühüm töhfə verməkdədir. Lakin aydındır ki, yaşıl gündəlik yalnız dövlətlərin vədlərindən və götürdüyü iddialı öhdəliklərindən ibarət deyil, ciddi səy tələb edir. Aydındır ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Lakin ötən dövrün təcrübəsinə nəzər salsaq, Azərbaycan özünün inkişaf strategiyasında hələ çox-çox əvvəldən, 2004-cü ildən etibarən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqinə əhəmiyyətli yer verməkdədir. Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir.
Bundan başqa qazıntı yanacağı ilə zəngin olmasına baxmayaraq Azərbaycanın ənənəvi enerji sənayesinin özünün beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, tədricən bərpaolunan enerjiyə transformasiyasında əldə etdiyi uğurlar qətiyyətli fəaliyyətin real nəticəsidir. Təbii ki, bu amil yeni baxış rakursuna malik qlobal sərmayədarlar üçün özlüyündə ən azı Azərbaycanın bərpaolunan enerji mənbələri sayılan əlverişli iqlim resursları qədər cəlbedicidir. “Masdar”, “ACWA Power” və “BP” kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir. Nəticə etibarilə ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, Bakı enerji həftəsi çərçivəsində 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir. Üstəlik Azərbaycan Prezidentinin cari müsahibəsində də ifadə etdiyi kimi, “Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq”.
Proseslərin bu cür inkişafı daha bir reallığı – Azərbaycanda yaxşı sərmayə mühitinin olmasını meydana çıxarır ki, müsahibədə Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət çəkir. Nəticədə, neft və qaz istehsalçısı qismində olduğu kimi Azərbaycan qlobal miqyasda bərpaolunan enerji sahəsində strateji tərəfdaş kimi özünü təsdiq edə bilməkdədir.
Elnarə Cəfərova – N. Nərimanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlı məşhur cütlük ayrıldı

Next

Azərbaycanda silahlı insident: Üç polis əməkdaşı və bir mülki şəxs qətlə yetirildi

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv