Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Kriminal

Artan qətllər, intihar və kriminallar – səbəb…

By Vüsal Rafiqoğlu
02.07.2024 2 Min Read

Ekspert: “Dövlətlər aqressiv tövr nümayiş etdirəndə, bu, nəticədə insanlara da sirayət edir”

Son aylarda ölkədə kriminallar, xüsusilə qətllər və intiharlar artıb. Eyni zamanda insanların davranışlarında aşırı aqressiya müşahidə olunur. Habelə kriminal xronikadan görünür ki,  müəmmalı şəkildə itkin düşən, evdən qaçan adamlar da çoxalıb. Sanki ölkədə bir kütləvi psixoz durum yaranıb.  Səbəblər nədir? Cəmiyyətdəki aqressiyanı azaltmaq mexanizmləri nədir? Dünya təcrübəsində hansı taktikalar tətbiq olunur?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, baş vermiş qətllərin əksəriyyəti tamah motivlidir: “Əlbəttə, hamı istər ki, bu cür qətllərin sayı azalsın. Amma mən məhkəmə-istintaq təcrübəsinin sovet dövrünü götürəndə deyə bilərəm ki, ailə münaqişəsi zəminində cinayətlər az idi. Elə görünməsin ki, sovet dövrünü tərifləyirəm, amma bu, reallıqdır. Çünki bizdə milli dəyərlər, ağsaqqal və qarasaqqal anlayışı var, o halda ailə münaqişəsini qızışmağa qoymurdular. İndi isə texnologiyanın sürətli inkişafı cinayətkarlığa qarşı mübarizəni asanlaşdırsa da, cinayətlərin sayının artmasına təsir edib. Məsələn, kişi qadına deyir ki, səndən şübhələnirəm, kiməsə mesaj yazırsan və ya şəkil yollayırsan. Hətta bir neçə il qabaq Sabunçuda qız oğlanı görüşə çağırmışdı, qardaşları gəlib onu öldürdülər. Bax, müasir texnologiya konfliktli situsiyalara bu şəkildə “stimul” verir. Eyni zamanda qloballaşma gedir, dünyaya açılım var, gediş-gəliş artıb, yeni əlaqələr qurulur və bütün bunlar belə hallara təsir edir. Ümumən cinayətsiz cəmiyyət olmur”.

Natiq Ələsgərov deyib ki,  paralel olaraq maarifçilik işini gücləndirməlidir: “Televiziyalar bu yöndə maarifçiliklə məşğul olmur. Qəzetlər yazır, amma geniş auditoriya üçün televiziyaların müstəsna rolu var. Telekanallarda yayımlanan verilişlər ailə münaqişəsi problemini qızışdırır, tərbiyələndirmir”.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Psixoloq Azad İsazadə baş verən olaylarda qəddarlığın kökünü cəmiyyətdəki aqressivlikdə görür: “Cəmiyyətdə aqressivlik çoxalanda hansısa münaqişələrdə bu aqressivlik özünü daha güclü şəkildə göstərir. Cinayət törədənlər də bu cəmiyyətin üzvləridir. Ona görə də bu cəmiyyətin içində belə hallar baş verir. Ümumilikdə isə bütün dünya hazırda qaynar qazanı xatırladır. Hər yerdə aqressiya artan xətlə gedir. Müharibələrin də çox ciddi təsiri var. Hər gün aqressiv hərəkətlərlə rastlaşırıq deyə aqressiv hərəkətlər bizə normal görünür. Üstəlik, mətbuatda, telekanallarda, sosial şəbəkələrdə aqressivliyin təbliği olan filmlər, xəbərlər, verlişlər davamlı şəkildə diqqətə çatdırılır. Bütün bunlar son nəticədə fərdlərin şüuruna təsir edir, adiləşmiş qəddarlıq fərdin fərdi öldürməsi, ona ölümcül zərbə endirməsi ilə sonunclanır”.

Azad İsazadə deyir ki, hazırda müşahidə olunan aqressivliyin qarşısının alınması üçün konkret reseptlər yoxdur: “Bəzi alimlər aqressivliyin artmasını planetar dəyişikliklərlə izah edirlər. Dünyada müharibə ocaqları artır, qan tökülməsi adi hala çevrilir. Bir müddət belə davam edəndən sonra isə dinc bir periodun olacağı pronozlaşdırılır. Digər bir nəzəriyyəyə görə isə dövlətlərin davranışları ilə bağlıdır. Qeyd olunur ki, dövlətlər aqressiv tövr nümayiş etdirəndə, bu, nəticədə insanlara da sirayət edir. Əks-proses olanda isə əhalidə də sakitləşmə, mülayimləşmə prosesi gedir. Dövlətlərin halı – aqressivliyi artanda cəmiyyətdə də belə bir proses başlayır, cəmiyyətə keçir. Müşahidə etdiyimiz qəddarlıqların kökünü bu istiqamətdə axtarmalıyıq”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fəxrəddin Qoca işdən çıxarıldı

Next

Mikayıl Cabbarov Azərbaycan Polisi Günü ilə bağlı paylaşım edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv