Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ay Laçın, Can Laçın…

By Vüsal Rafiqoğlu
26.08.2024 3 Min Read

Qarabağ vətəninin gözü, həsrətindən otuz il burnumuzun ucu göynəyən zümrüd meşəli, əzəmətli və əbədi yurdumuz. Laçınım bu yurdun bir parçası, əzəmətli qayaların keşik çəkdiyi təbiət möcüzəsi…

Laçın tək laçınlıların deyil, bütün azərbaycanlıların dağlar qoynundakı ən qiymətli xəzinələrindəndir. Uca Tanrım bu torpağa mineral suları, saf havanı, flora və faunanı, yeraltı və yerüstü sərvətləri bol vermişdir.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də çox təəssüf ki, iqtisadi cəhətdən böhran yaşayan dövlətimizə rəhbərlik edən şəxslərin siyasi bacarıqsızlığı səbəbilə bu dilbər guşə mənfur qonşularımız tərəfindən işğal edildi.

İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 5 musiqi məktəbi, internat məktəbi və s. işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konversiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.Lakin bunun müvəqqəti olduğuna inanır, torpaqlarımıza əbədi qovuşmaq ümidini itirmirdik və nəhayət… Gözəl Laçın yaşıl örpəyi üstündən ağ buludlardan tac qoyan Laçın.

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət və ordumuzun şanlı zəfəri erməniləri kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də qan tökülmədən Laçın şəhəri öz azadlığına qovuşdu.Bundan əvvəl noyabrın 9-u Laçın rayonu Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Soyuq payız günü qəlblərimiz alovlandı,isindi,sözlərlə ifadə oluna bilməyəcək xoşbəxtlik nəsibimiz oldu.

Azad Qabağımızın sevincini bizə bəxş edən canından keçən şəhidlərimizin ruhu şad olsun. Qazilərimizin canı sağ,ömrü uzun və firavan olsun.

2022-ci ilin avqustun 26-da Laçın şəhəri Zabıx və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərinizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlət başçısı Güləbid Su Elektrik Stansiyasının açılışını edib. Laçın Beynəlxalq Hava Limanını,Kəlbəcə-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi kompleksinin təmələni qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğaldan azad edəndən sonra mən demişdim ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur.”

Bəli Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş fərdi evlərə üstünlük verilib. Bununla yanaşı çoxmənzilli binaların tikilməsi təklif edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər Muzeyinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələr, peşə məktəbləri, mədəniyyət və turizm obyektləri yaradılacaq.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidenti 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub. Mayıb 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri öz sakinlərinə qucaq açıb.

Yenidən müasir şəkildə qurulan, gözəlləşən Laçın şəhəri cənnətə çevrilir. Beynəlxalq hava limanı tikilir. Kəlbəcər – Laçın avtomobil yolu, “Həkəriçay” su anbarı, mebel fabriki, məktəblər, bayraq meydanı inşa olunur. Bütün bunlar Laçında, Qarabağda həyatın canlanmasıdır.

Dövlət başçısı Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi “Laçın şəhəri” günü kimi qeyd olunur. Bu günü laçınlılar 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Hə bir də Beynəlxalq Hava Limanından hər il minlərlə uçuş həyata keçiriləcək. Ən əsası da bu təyyarələr bütün dünyaya azad Laçının nəğməsini, haqqın səsini daşıyacaq.

Ruhəngiz Hüseynova,
221 saylı məktəbin tarix müəllimi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mehriban Əliyevanın doğum günüdür

Next

Şəmkir sakinini ildırım vuraraq öldürüb

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv