Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Beş il əvvəlki avqust…

By Vüsal Rafiqoğlu
31.08.2024 3 Min Read

Avqust ayında üç rayonun işğal tarixləri vardı. Cəmi 5 il əvvəl, 2019-cu ilin avqust ayının 30-da kimə desəydin ki, “görərsiz, 2024-cü ildə Xankəndində bir erməni də qalmayacaq, özümüz orada oturub samovar çayı içəcəyik” , adama havalı kimi baxıb, “Füzuli və Cəbrayılın işğal günləri keçdi, sabah da (avqustun 31-də) Qubadlının işğal günüdür” deyərdilər.

Daha bir qaramat isə “sentyabrın 2-də ermənilər yenə Stepanakerdə yığışıb bayram edəcəklər, Ermənistanda da gələcəklər, bayaq radioda eşitdim” deyib, adamın “ xəyal qanadını” qırardı. Məhz bu təsvirdəki kimi olmayıbsa, belə arzular çox eşitmişik, amma inanmışıqmı? Bu bir inamsızlıq da deyildi, sanki bizim kəndirimizi kəsib bir quyuyun dibinə salmışdılar. Quyunun dibi bəlkə də heç o bənzətmə də deyildi, çünki orada su da var. Bizi ermənilər və onun dəstəkçiləri millət olaraq deyəsən, “dəfn etmişdilər”, heç inanmırdılar ki, biz yenidən o “dəmir tabutun” içərisindən çıxa, dünyanı başlarına dar edə bilərik. Xüsusilə Sərkisyanın hakimiyyəti illərində bu qudurğanlar hər fürsətində üzümüzə vururmuşlar ki, “nə qədər çalışsanız da torpaqları geri almağa gücünüz çatmayacaq”, “daha Qarabağ torpaqlarını görməyəcəksiniz…” Həqiqətən də görməyənlər çox oldu, həm də lap çox…

Screenshot_7.png (828 KB)

Bəs, niyə özlərinə buna inandırmışdılar? Səbəbləri çox deyildi, sülh danışıqları uzanırdı, arxalandıqları dairələr, dövlətlər var idi, amma nəsə bu bir başqa hal idi, keyimişdilər bu boyda torpaqları ələ keçirməyin həzzindən. 2016-cı ilin aprelində bir az qorxuya düşdülər, amma tezliklə “dayı” ları, “ayı”ları araya girdilər, yenə eyforiyaya qapıldılar.

1988-2018-ci ili “ermənilərin yeni qızıl dövrü” adlandırırlar, tarixi nöqteyi-nəzərdən haqlıdırlar da. Bu “qızıl dövrdə” Xocalı qırğını da var, günahsız insanların qanı da, işğal olunmuş şəhər-kəndlərimiz də, “müstəqil Artsax” da. Niyə də “qızıl dövr olmasın?” Xatırlayaq:1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. 1992-ci il fevralın 26-na keçən gecə Xocalı, mayın 8-də Şuşa, mayın 17-də Laçın şəhərləri işğal olunur. 1993-cü il də bizim üçün qara gəlir . Aprelin 2-də Kəlbəcər, iyulun 23-də Ağdam düşmən tapdağına düşür. Nəhayət, avqust… Ayın 23-də Füzuli və Cəbrayıl, avqustun 31-də Qubadlı əldən gedir. İki ay keçmir, Zəngilan da işğal siyahısına düşür.
Bəlkə də bunları bir daha xatırlayıb, o acı günlərə qayıtmaya da bilərdik, amma o yaralar unudulmayıb ki, unudulmaz ki… Üstəlik, 4 minə yaxın şəhid verdik. O da dərddir, o da yaradır. Şəhid anaları-atalarının vəfat xəbərləri artıb, dərd öldürür onları. Oğul verib əvəzində vətən torpağı aldıq, onların dərdlərini isə ala bilmərik.

Ermənini bağışlamaq olmaz, heç vaxt, heç bir dəhliz, heç bir koridor, yol, onların düşmənçiliklərindən heç nəyi azaltmır. Bizə ölkə, millət olaraq vurduqları yaraların sağalması uzun illər mümkün deyil…

Screenshot_6.png (439 KB)

2 sentyabr ərəfəsi isə “qızıl teştə” qan qusmalarının bədələni Paşinyan hakimiyyətinin üzərinə atırlar. Guya əvvəlcə Serj Sərkisyanın danışıqlardakı sərt mövqeyindən imtina edib, danışıqlara “sıfır nöqtəsindən” başlayıb, sonra “ Qarabağ Ermənistandır, nöqtə” deyib müharibəyə səbəb olub, nəticədə isə “Artsax”ı itiriblər. Yəni bunlar hələ də düşünürlər ki, Paşinyanın inqilabı olmasaydı, Sərkisyan postunda qalsaydı, hələ işğal davam edəcəkdi. Sərkisyan 44 günlük müharibədə Qarabağa tərəf gəlməyə risk etmədi. Hakimiyyətdə o da qalsaydı, Azərbaycan artıq “bıçağın sümüyə dirənən” yerində idi. Prezident Əliyev Azərbaycanı son ilyarımda savaşa hazırlayırdı, ifadələri ehtiyatlı, olsa da, Vətən müharibəsi artıq qaçılmaz idi. Azərbaycan üçün o qədər riskli qərar idi ki, hər şey daha da pis ola bilərdi. Hər şey daha da yaxşı oldu. Prezidentin ağıllı siyasəti, şəhid və qazilərimiz bizi o quyudan, o lal tabutdan çıxardı. Hiss etdik ki, yaşayırıq, həm də öz torpaqlarımızda…

4ea20b99-1d14-3eb4-82ff-b6dd290e0641_850.jpeg (122 KB)

Paşinyan bu müharibəyə səbəb olmadı, sadəcə, bəlkə də bəxti gətirmədi ki, Azərbaycanın səbrinin kəsildiyi zaman o da cəsarətləndi, bunun cəzasını da hələ uzun illər çəkəcək.

Zefer-01-01.jpg (69 KB)

Sentyabrın 1-də ilk dəfə olaraq işğaldan azad torpaqlarda da deputat seçkisi olacaq. Sonra sentyabrın 2-si olacaq. Xankəndində samovar çayı içəcəyik. Kimə 5 il əvvəl desəydin ki, 2024-cü ilin avqustunda…

Nazim SABİROĞLU
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan AES-də qəza

Next

Tədris mərkəzindən 77 tələbə qovuldu, rəhbərlik işdən çıxarıldı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv