Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan hakimiyyətdən GEDƏ BİLƏR – Partiyası isə…

By Vüsal Rafiqoğlu
13.09.2024 3 Min Read

Baş nazir dəyişsə belə, onun partiyası hakimiyyətdə qala bilər

Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana alternativi yoxdur. Bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Erməni Legionu”nun üzvü Albert Bazeyan deyib.

“Hazırda parlamentdə Paşinyanın impiçmenti məsələsinin müzakirəsini mənasız hesab edirik. Çünki “Vətəndaş Müqaviləsi” Partiyası orada mütləq çoxluğa malikdir. Bu durumda partiyası Paşinyana etimad göstərməyə bilər, amma onun yerinə baş nazir kimi Papikyan, Simonyan və ya Mirzoyanı seçəcəklər”, – siyasətçi qeyd edib.

Bazeyanın fikrincə, rəhbərlik etdiyi revanşist “Vətən naminə Tavuş” hərəkatının yeni aksiyalarını elan edən yepiskop Baqrat Qalstanyan Paşinyanı devirə bilməyəcək: “Xalq yepiskopun çağırışı ilə getməyəcək, çünki alternativi yoxdur, insanlar ona qarşı alternativ görmürlər. Yepiskopun dəstəkçiləri kimlərdir: Robert Köçəryanın ”Ermənistan” bloku, Serj Sərkisyanın “Şərəfim Var” alyansı. Camaat onları görür – eyni simalar, eyni adamlar”.

Keçmiş vitse-spikerin sözlərinə görə, Ermənistan cəmiyyəti yenidən Köçəryan və ya Sərkisyanı hakimiyyətdə görmək istəmir.

Paşinyan özbaşına deyil və müstəqil siyasət də yürütmür. Onu həmin posta gətirən ayrı-ayrı Qərb dövlətləri və institutları qarşısında konkret öhdəlikləri var. Ən vacib öhdəlik isə Rusiyanın regiondan tədricən də olsa sıxışdırılıb çıxarılmasından ibarətdir. Həmin öhdəliklər hələ yerinə yetirilməyib, bu isə o deməkdir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun istefasında maraqlı deyillər və buna da heç bir halda imkan verməzlər.

Rusiya da Paşinyana əvəz axtarmağa həvəsli ola bilər. Amma bu, elə namizəd olmalıdır ki, həm xalq tərəfindən qəbul edilsin, həm də Qərbə arxa çevirə biləcək gücdə olsun. Bu isə çox müşkül məsələdir və indiki halda faktiki olaraq mümkün deyil. Lakin bir şey aydındır ki, istər Paşinyan, istərsə də hakimiyyətdə onu əvəzləyəcək hər hansı bir şəxsin artıq gedən prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur.

Paşinyanın “üç badam, bir qoz…” (zatən onlar da Qərbin kadrlarıdır və prinsipcə, siyasətdə heç nə dəyişməyəcək)  siyasətinin perspektivi varmı?

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

 Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, erməni siyasətçi Albert Bazeyan əslində Ermənistan siyasi palitrasının, cəmiyyətinin durumunu  olduğu kimi ifadə edib: “Bu gün Ermənistanda hakimiyyət komandasından kənarda Nikol Paşinyanı əvəz edə biləcək, cəmiyyət tərəfindən dəstək qazanacaq siyasi lider yoxdur. Hərbi canilər Robert Köçəryan və Serj Sərkisyan cütlüyü hakimiyyətdə uzun müddət olduqları dövrdə  cinayətə bulaşıblar. Onlar öz xalqlarına qarşı da cinayətlərə yol veriblər, ölkəni bataqlığa salıblar və ölkə hələ də məhz həmin canilərin onu saldığı bataqlıqdan qurtula bilmir. Robert Köçəryan son üç ildə bir neçə dəfə Nikol Paşinyanı devirməyə cəhdlər elədi. Lakin xalq Köçəryan və ona bağlı olan qüvvələrə etimad göstərmədiyi üçün Paşinyanı yıxmaq planları puça çıxdı. Paşinyan hakimiyyətinə müxalifətdə olan həmin qüvvələr Ermənistan cəmiyyətində o qədər nüfuzdan düşüb ki, müharibədə məğlub olmuş Paşinyanın partiyası müharibədən sonra keçirilən seçkilərdə qalib gəldi. Bu, dünya tarixində analoqu olmayan hadisə idi. Bu ona görə baş verdi ki, erməni cəmiyyəti ən pislə nisbətən pis arasında seçim etmək vəziyyəti ilə üz-üzə qaldı. Nəticə isə bəllidir. Keşiş Baqrat Qalstyan son bir ilə yaxın müddətdə çox çalışdı ki, Paşinyan iqtidarının ciddi müxalifətinə çevrilsin və xalqı ayağa qaldırıb hakimiyyəti dəyişsin. Ancaq Baqratın da arxasında Köçəryan və Sərkisyan cütlüyünün dayandığını görən xalq onun təşkil etdiyi mitinqlərə, yürüşlərə qoşulmadı. Keşiş Baqrat hakimiyyəti yıxacaq səviyyədə aksiyalar təşkil edə bilmədi. Beləliklə, Nikol Paşinyanın əslində bəxti ondan gətirib ki, ona qarşı olan müxalifətə xalq inanmır. Bunu hətta bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıq etiraf etmişdi. Simonyan deyib ki, bu cür müxalifətin olması bizim şansımızdır”.

Politoloq qeyd etdi ki, Nikol Paşinyanın komandasının əsas simalarının da  Qərbin yetirmələri olduğu bəllidir: “Paşinyanı hakimiyyətə gətirən və onun hakimiyyətini qoruyan böyük güclər elə bir siyasət işləyiblər ki, sabah Paşinyan hər hansı səbəbdən baş nazir vəzifəsindən gedəsi olsa, hakimiyyət dəyişməyəcək, onun partiyası yenə hakimiyyətdə qalacaq, sadəcə, baş nazir böyük ehtimalla  Papikyan, Simonyan və ya Mirzoyan olacaq. Paşinyanın qurduğu bu sistemin uzun müddət dayanıqlı olub-olmayacağı isə həm Rusiyanın mövqeyindən, həm də Qərbin ona bundan sonra da hansı həddə qədər dəstək verib-verməyəcəyindən, ortaya xalqın etimadını qazana biləcək siyasi liderin çıxıb-çıxmayacağından asılı olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putin-Ərdoğan görüşünün alınmamasının gerçək səbəbi

Next

Toylarla bağlı yeni qadağa – Bundan sonra…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv