Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq

By Vüsal Rafiqoğlu
17.12.2024 3 Min Read

“Ermənistanla davam edən münaqişə fonunda Azərbaycan üçüncü bir ölkə vasitəsilə Hindistana silah almaq istəyini çatdırıb”.

Belə bir qəribə iddia ilə Hindistanın “The Print” nəşri çıxış edib. Lakin həmin dost ölkə vasitəsilə (adı çəkilmir) daxil olan bu müraciəti Hindistanın nəzərə almadığı deyilir. İddiaya əsasən, Yeni Dehli dost ölkəyə açıq şəkildə bildirib ki, Hindistan öz ikitərəfli əlaqələrini və prioritetlərini özü müəyyənləşdirir və heç bir ölkənin vasitəçi olmasını istəmir.

Vəziyyətlə tanış olan mənbələrə görə, rəsmi Bakı bu məsələni heç vaxt birbaşa Yeni Dehli ilə müzakirə etməyib. Əvəzində Hindistana üçüncü bir ölkə müraciət edərək bildirib ki, əgər Yeni Dehli öz silahlarını ixrac etmək və uzunmüddətli tərəfdaş axtarmaq istəyirsə, diqqətini Azərbaycana yönəldə bilər. Həmin mənbələr guya Bakının hərbi sazişlər bağlamağa hazır olduğunu deyib…

Sirr deyil ki, Fransa ilə sıx əlaqələrə malik Ermənistan Hindistandan ötrü yalnız silah alıcısı yox, eyni zamanda regionda yeni siyasi tərəfdaş qismində qiymətləndirilir. Öz növbəsində İrəvan Hindistanın Cammu və Kəşmir məsələsindəki mövqeyini qəti şəkildə dəstəkləyir. Hindistan, Fransa və Yunanıstan “üçlüyü” Ermənistanın təhlükəsizlik imkanlarını artırmağa çalışır.

Amma kimə qarşı? Bakı və Ankara dəfələrlə bıyan edib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində gözü yoxdur. Əksinə, Ermənistan Konstitusiyasında qonşu Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları (üst-üstə 191 min kv km!) əks olunub və İrəvan onu dəyişməyə tələsmir…

O da məlumdur ki, 2017-ci ildən Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirir. Bu ilin iyul ayında üç ölkənin liderləri Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində üçtərəfli zirvə görüşü keçirib.

Rəsmi Bakı habelə İslamabadın Cammu və Kəşmir məsələsindəki mövqeyini dəstəkləyir. Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycan bu məsələdə beynəlxalq hüquqdan və BMT qətnamələrindən kənara çıxmır…

Yeri gəlmişkən, başqa bir Hindistan qəzeti “The Economic Times” qəzeti yazıb ki, Kəşmir məsələsində Yeni Dehlini dəstəkləyən Suriya diktatoru Bəşər Əsədin istefası İslam dünyasında Hindistana da zərbə olacaq.

“Suriyada Əsəd rejiminin süqutu və müxalif qüvvələrin güclənməsi İslam dünyasında Hindistana zərbədir. Əsədin dövründə Suriya Hindistanın Kəşmirlə bağlı mövqeyini, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında ardıcıl şəkildə dəstəkləyib. Bu dəyişiklik Hindistanın təhlükəsizliyinə təhdid yaradır”, – nəşr qeyd edib.

Ardınca bildirilir ki, “Suriya Pakistanla məhdud əlaqələri qoruyub və Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla daha sıx siyasi əlaqələrə malik olub”. Məqalədə həmçinin deyilir ki, İslamabad Kəşmir məsələsində Əsəd dövründə Suriyadan kifayət qədər dəstək almayıb.

Əsəd rejiminin Azərbaycana düşmən münasibəti də ki, məlum…

Amma Suriyada, bütövlükdə islam dünyasında indi məhz Türkiyənin, deməli ki, həm də Azərbaycanın mövqeyi güclənib. Odur ki, əslində rəsmi Dehli Bakı ilə əlaqələri normal saxlamaqda ən çox maraqlı olmalıdır. Daha bir səbəbə: Ermənistan regionun dənizə çıxışı olmayan bir dalan ölkəsi, “kor bağırsağı”dır. Hindistanın böyüyən iqtisadiyyatı həm də tranzit ölkə, ən uğurlu logistika kimi Azərbaycana üstünlük vermək zorunda – xüsusən də Suriyada hakimiyyət dəyişikliyindən sonra.

Başqa yandan, Bakı-Ankara-İslamabad hərbi-siyasi ittifaqı (üçlüyü) hər hansı 4-cü ölkəyə, o cümlədən Hindistana qarşı yönəlməyib. Yəni Azərbaycan-Hindistan əlaqələrinin inkişafına faktiki ciddi əngəl yoxdur…

O ki qaldı Bakının Hindistan silahları üçün 3-cü ölkəyə minnətçi düşməsi iddiasına, hərbi ekspertlər daha yaxşı bilər, ancaq bu daha çox həmin silahlarıın piar (PR) kampaniyasına oxşayır. Əvvəla, Yeni Dehlinin minnəti olsun ki, Azərbaycan ondan silah almaq istəyir. Çünki Azərbaycanın öz hərbi arsenalımızı daha müasir və döyüş sınaqlarından uğurla çıxmış (5-ci nəsil) silah-sistemlərlə zənginləşdirmək, silah tədarükünü şaxələndirmək imkanı həmişə olub, indi də var.

Hindistan silahları İsrail, Türkiyə, Pakistan silahlarından keyfiyyətcə üstün deyil. Əksinə, onların bir çoxunun – Ermənistana tədarük edilənlərin döyüş sınaqlarından uğurla çıxmadığı deyilir. Bakı üstəlik, bir sıra silahları və PUA-ları özü istehsal edir. Qənimətlər Parkını zənginləşdirəcək silahlar Azərbaycanın nəyinə gərək ki?

Nəhayət, Hindistan yaxşı olar Ermənistanın Qərbdəki bəzi himayədarlarının səhvlərini təkrarlamaq yolu tutmasın və yadda saxlasın ki, İkinci Qarabağ savaşından sonra (2020) Güney Qafqazda Azərbaycanın yaratdığı və dəyişməyəcək təzə reallıq, yeni status-kvo var. Bölgədə Azərbaycanla hesablaşmayan, onunla tərəfdaş-dost ola bilməyənlərin bölgədə “dib tutması” mümkünsüzdür, o ki ola bizə rəqib olanların…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğandan SENSASİON AÇIQLAMA: Tükənmiş ölkə ilə qarşı-qarşıyayıq, 13 ildir ki…

Next

“Onların maaşı çox azdır” – Polad Bülbüloğlu

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv