Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rusiyadakı azərbaycanlıların göndərdikləri pulda rekord azlma – SƏBƏBLƏR

By Vüsal Rafiqoğlu
11.03.2025 3 Min Read

2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcminin kəskin şəkildə azalması regional maliyyə axınlarında ciddi dəyişikliklərə səbəb olub. Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər bu ölkədə vətəndaşların maliyyə vəziyyətinə mənfi yöndə təsir edib. Nəticədə Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkəsinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.

Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb.

2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da ötən ilin sonuna olan göstəricilər ciddi azalma olduğunu göstərir. Belə ki, 2024-cü ildə Azərbaycana 410,7 milyon dollar göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır.

Qeyd edək ki, Azərbaycana göndərilən pul baratlarının həcminə görə Rusiya birinci yerdədir. 2023-cü illə müqayisədə Rusiyanın payı 65 faizdən 48 faizə ensə də liderliyini qoruyur. Əvəzindən ikinci yerdə olan Türkiyənin payı 9 faizdən 15,4 faizə, üçüncü yerdə olan ABŞ-dan göndərişlərin xüsusi çəkisi 4,5 faizdən 5,7 faizə yüksəlib.

Ümumilikdə ötən ilin 9 ayında xarici ölkələrdən göndərilən pul köçürmələri 848 milyon dollar olub. Bu bir il əvvəllə müqayisədə 34 faiz azdır.
Azalmaya Rusiyadan göndərilən vəsaitin az olması səbəb olub. Bəs, bu Azərbaycanda hansı çətinliklər yarada bilər?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında deyib ki, bu hal bir neçə ildir ki, davam edir. Onun sözlərinə görə, Rusiyadan Azərbaycana pul axını 2011-2012-ci ildə ən maksimum həddə çatıb:

1720780333_na.jpg (119 KB)

“Həmin illərdə Rusiyadan Azərbaycana təqribən 4 milyarda yaxın vəsait daxil olub. Ona qədər isə 2,5 milyarda qədər olurdu ki, bu da Azərbaycanda daşınmaz əmlak və avtomobil bazarına, Azərbaycanın bölgələrində sosial rifahın saxlanılmasına kömək olurdu. Bundan ən çox regionlarımız yararlanırdı. Rusiyada çalışan soydaşlarımız ailələrinə pul göndərirdilər. Təqribən 2020-ci ildən bəri bu rəqəm azalmaya doğru gedir, indi isə minimum hədlərə doğru yaxınlaşırıq. Rusiyadan gələn vəsaitin azalmasının səbəbləri çoxdur. Rusiyada iqtisadi problemlər var, valyuta bahalaşıb. Son zamanlar rubl müəyyən dərəcədə möhkəmlənsə də, son 5 illik dövrü götürsək, kifayətə qədər zəifləmiş valyuta olduğunu görərik. Rusiyadakı azərbaycanlılar orada rubulla pul qazanır. Rubulla qazandığı vəsaiti sonradan valyutaya çevirəndə daha az vəsait əldə edir. Nəticədə Azərbaycana daha az vəsait gəlir. Bu daşınmaz əmlak və avtomobil bazarında, regionlardakı insanların sosial vəziyyətində mənfi təsirini göstərir. Biz buna öyrəşməliyik”.

Ekspert bildirir ki, Rusiyadan gələn vəsaitlərin asılılığını azaltmaq lazımdır: ” sosial-iqtisadi vəziyyətlə bağlı problemlərimizi özümüz həll etməliyik ki, xaricdən vəsait gələndə üstünlüyə çevrilsin, iqtisadiyyata daha artıq müsbət təsirləri olsun. Təəssüf ki, həllik vəziyyət elə deyil. Hazırda Rusiyanın iqtisadi vəziyyəti ürək açan deyil. Oradan gələn vəsaitin artması ehtimalı da çox aşağıdır. Onu da qeyd edim ki, orada miqrantlarla bağlı həddindən artıq şovinist siyasət yürüdülür. Yaxın illərdə Rusiyadakı miqrantların qazanclarında kifayət qədər azalmalar olacaq. Buna hazır olmaq lazımdır”.

İqtisadçı Rəşad Həsənov isə Musavat.com-a bildirib ki, Rusiyadan pul axınının azalmasını texniki azalma hesab etmək lazımdır:

varevbergbrthbtr.jpg (47 KB)

“2022-ci ildəki pul baratlarının strukturunun aydınlaşdırılmasına ehtiyac var. Çünki həmin ildə köçürülən pulların Azərbaycan vətəndaşları tərəfindən ailə üzvlərinin saxlanması məqsədi ilə göndərildiyini düşünmürəm. Fikrimcə, pulların əhəmiyyətli hissəsi müharibə fonunda ölkədən çıxarılan pullardır. Müxtəlif alətlərdən istifadə edərək vəsaitlər pul baratları formasında ölkəyə daxil olub. Ola bilsin ki, əksəriyyəti artıq Azərbaycandan çıxarılıb.

Azərbaycanın bir sıra iqtisadi rayonlarında, məsələn, Lənkəranda, Şəmkirdə, Qazaxda, Tovuzda əhalinin gəlirlərinin əhəmiyyətli hissəsi xaricdən göndərilən pul vəsaitlərindən (remitensilər) asılıdır. Rusiyadakı vəziyyət sadaladığımız bölgələrə birbaşa mənfi təsir göstərir. Şirvan, Siyəzən rayonlarında isə bu pay 0,2-dir. Azərbaycandan miqrasiya edən hər 100 nəfərdən 67-nin Rusiyaya getdiyini nəzərə alsaq, oradakı vəziyyətin Azərbaycandakı ailələrin iqtisadi vəziyyətinə təsirini anlamış olaraq. Bu elə prosesdir ki, baş verən dinamika istənilən halda iqtisadiyyatın bütün sahələrinə az və ya çox dərəcədə mənfi təsirlər göstərir”.

İqtisadçı deyir ki, remitensilərin azalmasından ən çox cənub bölgələri əziyyət çəkir: “Növbəti yeri isə Xaçmaz, Qusar rayonları tutur. Siyəzəndə isə çox az hiss olunur. Azərbaycan əslində remitensilərdən çox da asılı ölkə deyil. Digər MDB və sovet ölkələri ilə müqayisə etmiş olsaq, ölkəmizdə bu pay aşağı səviyyədə qiymətləndirilir. Özbəkistan, Ermənistan, Qırğızıstan daha çox vəsait daxil olmasından asılıdır. Remitensilərin tam uçotunu biz görə bilmirik. Bir sıra hallarda vətəndaşların səfərləri zamanı nağd vəsait hesabına ölkəyə daxil olur. Düşünürəm ki, vəziyyət hələlik çox ciddi sosial fəsad yaratmayacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR

Next

DİQQƏT: Bu ixtisaslar üzrə keçid balı artacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv