Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Getdin, gördün quzu…” – Antrekot həvəskarları üçün qanqaraldıcı köşə

By Vüsal Rafiqoğlu
27.03.2025 3 Min Read

Qardaş Türkiyədə quzu ətinin 1835 lirəyə, bizim pulla 82 manata satılması duyğusal camaatımızın həm təəssüf və təəccübünə, həm də şükranlığına səbəb olub.

Bir yandan üzülürük ki, niyə qardaş ölkədə adi quzu əti bizdəkinin dörd qatına satılır, o biri yandan da sevinirik ki, nə yaxşı, bizdə quzu əti qardaş ölkədəkindən dörd qat ucuzdur. Yəni ikili hisslər yaşayırıq. Çünki hələ 30 il öncədən belə bir söhbət var: “Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir”. Onlar da elə deyir. İndi işə bax ki, quzu əti məsələsində kədər və sevinc hisslərini bölüşə bilmirik.

Əslində burada “quzu əti” söhbəti nisbi anlayışdır. Hər iki qardaş ölkənin qəssabları 400 kiloluq kələnin ətini “dana əti” kimi bazarladıqları kimi, yeddi illik qoçun və ya yeddi qarın doğmuş qoyunun ətini də alıcılara “quzu əti” kimi sırıyırlar. Bilməyənlər üçün deyim ki, qoyunun balası qısa ömrünün 6-cı ayını tamam edən kimi, erkəkdirsə, toğlu, dişidirsə, şişək olur və quzuluqdan çıxır.

Əmin olun ki, dükanda, bazarda təklif edilən “quzu əti”nin böyük hissəsi həddi-büluğa, cinsi yetkinlik yaşına çatmış toğlu-şişək, qoç-qoyun ətidir. Hələm-hələm qəssab 5-6 kilo ətdən ötrü məsum quzunun boğazına bıçaq çəkməz. Əsl quzu əti sağlıq durumu səbəbindən buna ehtiyacı olan pullu adamların təamıdır, sifariş edirlər və onlara əsl quzu əti gətirirlər.

Elə qardaş Türkiyədə də alıcılara baha qiymətə təklif olunan “quzu əti”nin yayılmış fotosundan görünür ki, kəsilmiş heyvan o qədər də körpə olmayıb.

Üstəlik, burada söhbət “quzunun qabırğası”dan gedir. O isə delikates sayılır və çox yerdə bahalıdır. Bəlkə də “quzu”nun digər yerləri – qol və bud əti daha ucuzdur. Amma nə qədər ucuz ola bilər? Olsun bizim pulla 50 manata. Yenə bahadır.

İqtisadçılar belə yerlərdə deyirlər ki, bir əmtəənin qiyməti ona tələb artdıqda və əmtəənin özü qıt olduqda artır. Buradan o nəticəyə gəlmək olar ki, həm qardaş ölkədə xırdabuynuzlu heyvanların yetişdirilməsi və artırılması sahəsində problem var, həm də camaat “quzu əti”nin yeyənidir. Ona görə də istehsal istehlaka cavab vermir.

Bizdə isə, belə görünür ki, vəziyyət hələ nəzarət altındadır. Düzdür, bizdə də “quzu əti”nə canavaryana yanaşma var və hətta arterial təzyiqi olanlar da toyda-nişanda, sair qonaqlıqlarda kababdan vaz keçmirlər, deyirlər, közdə bişən ətin təzyiqə zərəli (belə deyirlər) yoxdur, amma nə qədər olmasa da, biz “quzu əti”nin istehsalı ilə istehlakı arasında həssas tarazlığı qoruyuruq.

O gün deputatlardan biri çox düzgün qeyd etmişdi ki, quzunun ətini yemək üçün böyüməsini gözləmək lazımdır. Yəni yetkinlik yaşına çatmamış, döl kampaniyasında iştirak etməmiş xırdabaş heyvanın kəsilib yeyilməsi onun baş sayının azalmasına səbəb olacaq hadisədir.

Kişinin sözünü qəribçiliyə saldılar, hətta sosial şəbəkədə “Allah bilir, özü hər gün dişinə quzu antrekotu çəkir” deyə hoydu-hoyduya götürdülər, amma müəllim hipotetik olaraq düz deyirdi. Onun özünün isə antrekot aludəçisi olub-olmaması şəxsi işidir, öz seçimidir, ictimai-siyasi əhəmiyyət kəsb etmir.

Ancaq açığı, Türkiyədə quzu ətinin qiymətinə dair yayılan şəkilli xəbər əndişə doğurmaya bilməz. Əmin ola bilərsiniz ki, yaxın günlərdə bizdə də “quzu əti”nin qiyməti yerində durmayacaq, yuxarıya doğru meyl edəcək. Ona görə ki, bizim milli kəmfüsət möhtəkirlərə bir bəhanə, hay, siqnal lazımdır. Ələ fürsət düşdüsə, mütləq 3-4 qat artıq pul qazanmaq istəyəcəklər.

Yerə 1 millimetr qar düşəndə taksi xidmətinin qiymətini 4 manatdan 15 manata qaldıran adamların olduğu ölkədə gül kimi “quzu əti”ni niyə 20 manata satmalıdırlar? Odey, Türkiyədə 80 (səksən) manatdır.
Hələ indicə yadıma bir şey də düşdü, o vaxt pandemiya təzə başlayanda kimsə duy vurmuşdu ki, zəncəfil koronovirusun dərmanıdır, getdik, gördük, marketlərdə 6 manatlıq zəncəfilin kilosunu 56 manata qoyublar. Yaxşı ki, həkimlər və jurnalistlər səsləşərək zəncəfilin koronavirusun dərmanı olmadığını isbat etdilər, qiymət düşdü, yoxsa eləcə də qalacaqdı.

Ona görə də oturub arzulayaq ki, Türkiyədə quzu antrekotunun qiyməti tezliklə düşsün, yoxsa o qiymət bizə də gələcək və şadlıq evləri, “palace”lər toyun qiymətini bir az da qaldıracaqlar – saat 8-dən sonra adam başına bir dişdəm antrekot verirlər axı.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xəzər dənizində suyun çəkilməsi daha da aktivləşib

Next

Azərbaycanın sement istehsalı və ixracı artıb

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv