Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Torpağın altındakı təhlükə

By Vüsal Rafiqoğlu
08.04.2025 3 Min Read

Ölkəmizin ərazisinin təxminən 13 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Minalar səbəbindən əksəriyyəti mülki şəxslər olmaqla yüzlərlə insan həyatını itirib və ya ciddi xəsarətlər alıb. Onu da vurğulayaq ki, minalar təkcə birbaşa təhlükə yaratmır, həm də kənd təsərrüfatı, tikinti və infrastruktur layihələrinin qarşısını alır, bölgənin dirçəlişini ləngidir.

Torpaqlarımızda basdırılmış həmin minalar bu gün də fəsadlar törətməkdə davam edir. Yəni, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədirlər. Belə ki, aprelin 6-da isə Ağdam rayonunun Qalayçılar və Cəbrayıl rayonunun Mehdili kəndləri ərazilərində mina hadisəsi baş verib. Baş verən mina partlayışları nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıblar. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə isə xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Bütün bunlar bir daha göstərir ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artmaqda davam edir.  Qeyd edək ki, 2020-ci ilin 10 noyabr tarixindən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsində 400-ə yaxın insan həlak olub və ya yaralanıb. Ümumilikdə, 1991-ci ildən indiyədək 3400 nəfərdən çox soydaşımız minalardan zərər çəkib. Kim bilir, hələ neçə-neçə mina öz qurbanlarının yolunu “gözləyir”. Şübhəsiz, bütün bunlar ermənilərin ərazilərimizdə basdırdıqları minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməmələri ucbatından baş verir.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistandan minalanmış ərazilərin dəqiq mina xəritələrini tələb etdi: “Amma Ermənistan bu istiqamətdə hər hansı bir addım atmadı. Sadəcə, 25 faizi reallığı özündə əks etdirən mina xəritələrini təqdim etməklə kifayətləndi. Ermənistan bu gün də mina sahələrinin tam və etibarlı xəritələrini təqdim etməkdən imtina edir. Halbuki, bu, beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Bununla da təcavüzkar ölkə demək olar ki, Azərbaycana qarşı apardığı müharibəni davam etdirmək niyyətində olduğunu bildirdi”.

Ekspert təəssüflə bildirdi ki, insan haqlarından dəm vuran Qərb təsisatları  hələ də ölkəmizin üzləşdiyi bu faciəvi proseslə bağlı hansısa addım atmayıb: “Özlərini dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bu bəşəri cinayətlə bağlı Ermənistanı sərt şəkildə qınamır, hələ də susurlar. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın ölkəmizə qarşı apardığı mina müharibəsinə reaksiya verməli və bununla bağlı kəskin tələblərini irəli sürməlidir. Başqa sözlə desək, təcavüzkar ölkəni məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməlidirlər”.

R. Məmmədlinin fikrincə, işğal dövründə  haylar tərəfindən ərazilərimizə basdırılmış minalar regionda sülhün bərqərar olmasına, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinin aparılmasına ciddi təhdid yaradır: “Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.  Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin mina terroru ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanatında bu məqamlara bir daha toxunulub. Onu da deyim ki, Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə xərclənmiş vəsaitin yalnız 6 faizə yaxını xarici donorlar vasitəsilə edilib. Amma nə yaxşı ki, bu məsələni həll etmək üçün bizim ölkəmizin iradəsi, həm də maliyyə resursları var. Sadəcə, buna vaxt tələb olunur. Yəni, bu məsələnin bütövlükdə həllinə  onilliklər lazımdır. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi təmizlənib. Görünən odur ki, Ermənistan dəqiq mina xəritələrini verməyəcəyi təqdirdə Azərbaycan bu problemi təkbaşına həll etmək məcburiyyətində qalacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur dəhlizi dünyada qəbul edilmiş termindir

Next

DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verdi

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv