Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Putin Zatulinin ağzını niyə yummur? – müəmmalı susqunluq

By Vüsal Rafiqoğlu
15.05.2025 4 Min Read

Hakim partiyanın deputatı Bakıya qarşı çərənləməkdən əl çəkmir, Kreml isə Duma üzvünün payını vermir – reaksiya

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə qərəzli açıqlamaları ilə diqqət çəkib. O, ölkəmiz əleyhinə absurd ifadələr işlədib: “Azərbaycanda rusofobiya yaranıb, bizim “Rus evi”mizin fəaliyyəti də qadağan edilib”.

Zatulin sərsəm fikirlərini belə yekunlaşdırıb: “Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir. Qarabağdakı erməni əhalisini oranı tərk etməyə məcbur edən Azərbaycan haqqında başqa cür danışa bilmirəm”.

Göründüyü kimi, Zatulin yenə də öz ritorikasından əl çəkmir. O, hər fürsətdə cəfəng fikirlər səsləndirir. Lakin onun özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil. Üstəlik, Azərbaycanın işğal faktına son qoymasının onu necə yandırdığı çıxışında hiss olunur.

Zatulin hakim “Vahid Rusiya” partiyasının deputatıdır. Yəni Kreml lideri Putinin rəhbəri olduğu partiyadan Dumaya deputat seçilib. Deməli, onu hər nə qədər ermənipərəst, Rusiyadakı anti-Azərbaycan dairələrinə bağlı adlandırsalar da, mahiyyət ondan ibarətdir ki, Zatulin başıpozuq bəyanatları Kremlin sifarişi ilə səsləndirir, yaxud icazə almadan belə danışa bilməz.

Bəs Rusiya rəhbərliyi niyə onun ağzını yummur? Bu çıxışlar Moskva bəyannaməsinin ruhuna zidd deyilmi? Hakim partiya Zatulinə nə üçün töhmət vermir ki, Azərbaycanla münasibətləri korlayan mövqedən çıxış edir?

Onu da deyək ki, növbəti dəfə Azərbaycana qarşı nifrətini gizlədə bilməyən Zatulin hələ 2010-cu ildən Azərbaycana gedə bilmədiyini və bunun Azərbaycan tərəfindən ona qoyulan qadağa ilə bağlı olduğunu deyib. O həmçinin, bir neçə gün əvvəl Rusiyaya buraxılmayan Azərbaycan parlamentinin üzvü Azər Badamova qarşı bu addımın guya onun Rusiya xalqını və Duma üzvünü təhqir etdiyi üçün atıldığını iddia edib. Hansı ki, Badamov yalnız deputat Valuyevin xalqımızı təhqir etməsinə cavab verib…

Zatulin Prezident İlham Əliyevin Moskvaya nədən getmədiyi barədə tam məlumata malik olmadığını desə də, bunu, sadəcə, Azərbaycanın “Rusiyanın Cənubi Qafqazda ən yaxşı dostu olmaması” ilə izah edib: “Sadəcə, arzu olunanı reallıq kimi göstərmək lazım deyil. Azərbaycan Cənubi Qafqazda Rusiyanın müttəfiqi deyil. Azərbaycan Türkiyənin müttəfiqidir, özü də təkcə Cənubi Qafqazda yox… Azərbaycanın Qafqazda Rusiyanın ən yaxşı dostu olduğunu bizə deməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyənin Qafqazdakı ən yaxşı dostudur. Bax bu, daha dəqiq olar. Qalan şeylərisə Rusiya-Azərbaycan münasibətlərində ola da bilər, olmaya da bilər”.

Qabil Hüseynli: Britaniya hökuməti öhdəliklərini yerinə yetirməli idi

 Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında təklif etdi ki, Rusiyanın hakim partiyasına etiraz məktubu göndərmək lazımdır. Onun sözlərinə görə, azərbaycanlı deputatı deportasiya edən dövlətin iqtidarda olan partiyasının deputatları isə Azərbaycana böhtan atmaqdan əl çəkmirlər. Q. Hüseynli qeyd etdi ki, Zatulinin çıxışlarının özfəaliyyət olduğuna inanmır: “Rusiya bir əldən idarə olunur. Demokratik ölkə olsaydı, bunu bir deputatın çərənləməsi kimi qəbul etmək olardı. Amma biz sadəlövh deyilik və rusiyalı siyasətçilərin Kremlin tapşırıqları ilə danışdığını yaxşı bilirik. Ona görə də Zatulini danışdıranlar var. Əgər belə olmasaydı, ona bir dəfə hakim partiya, yaxud Duma sədri Volodin irad tutardı ki, Azərbaycanla müttəfiqlik əlaqələrinə zərbə vurursan. Amma onun ağzından vuran olmayıbsa, deməli, təlimatlandırılır”.

Professor əlavə etdi ki, Zatulin zatıqırıq adamdır və həmişə olduğu kimi yenə ağzına gələni danışıb: “Əvvəla, Azərbaycanda rusofobiya yoxdur, Rusiyanın imperalist, qaba, təcavüzkar siyasətinə nifrət var. İkincisi, bu ölkədə 300-dən çox məktəbdə rus bölmələrində dərs keçirilir. Rus millətindən olan vətəndaşlarımız azad həyat yaşayır. Ona görə Zatulin boşboğazlıq etməməlidir. O ki qaldı Qarabağ məsələsinə, Paşinyanın tutduğu mövqe Moskvanı yandırıb-töküb. Bu səbəbdən belə qəzəblidirlər. Zatulinin yiyələri istəmirdi ki, bu problem tam həll olsun. Putin özü də çıxışlarında açıq deyib”.

Asif Şəkərli - VHP

Asif Şəkərli

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərlinin fikrincə, Rusiya hakimiyyəti Zatulinin Azərbaycana qarşı müntəzəm olaraq çıxış etməsində maraqlıdır. Onun sözlərinə görə, Moskva bununla həm ermənilərin könlünü alır, həm də Bakıya qarşı təzyiq kimi istifadə etdiyini düşünür: “Ancaq Zatulin kimi yaramaz siyasətçilərin nə deməsindən narahat olmağa dəyməz. Bu, Rusiyanın ənənəvi siyasətidir. Azərbaycan belə deputatların sözlərinə baxaraq siyasət yürütmür. Bizim çoxşaxəli əməkdaşlığa dayanan xarici siyasət kursumuz var, regional proseslərdə bir oyunçu olaraq iştiraka başlamışıq.

Yəni Azərbaycan bu gün geosiyasi hadisələrdə barışdırıcı mövqedən çıxış edən dövlətdir, sayılan-seçilən, hörməti olan ölkədir. Təsadüfi deyil ki, İsrail və Türkiyə arasında barış üçün vasitəçilik edirik. Yəni biz daha qlobal məsələlərdə iştirak edirik, Zatulin haranın deputatıdır ki, onun sözlərindən narahat olaq?”

A.Şəkərli hesab edir ki, Zatulin kimilərin atdığı böhtanlara baxmayaraq, Azərbaycan Rusiya ilə münasibətlərdə səmimi siyasət aparır: “Qoy, Rusiya bizimlə əməkdaşlıqda həqiqi səmimiyyət nümayiş etdirsin. Fakt budur ki, Azərbaycan Rusiyadan qeyri-dost hərəkətlər görməkdədir. Bura həm Zatulin, Valuyev kimi deputatların açıqlamaları, həm kiberhücum, həm də təyyarəmizin vurulması ilə bağlı məsələ daxildir. Əgər Rusiya müttəfiqlikdən danışırsa, bu addımların heç biri onun ruhuna uyğun deyil. Təbii ki, Rusiyadan müttəfiq olmaz. Sadəcə, Azərbaycan şimal qonşusu ilə əlaqələrində kifayət qədər praqmatikdir və bu səbəbdən məlum bəyannamə imzalanıb”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Dedi ki, qocalar ərizə yazıb getsin”

Next

Talaçaydan və Damarçın çayından sel keçir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv