Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Keçmiş dostu Paşinyanı devirmək istəyir

By Vüsal Rafiqoğlu
20.05.2025 3 Min Read

Marukyan baş nazirə “əlcək” atdı; Kreml Köçəryanı “xərcləyir”?

Ermənistanda hakimiyyət uğrunda mübarizə yavaş-yavaş yeni və daha kəskin fazaya keçir. Belə ki, az öncə hakim “Mülki Müqavilə” Partiyasından xaric edilən deputatlar – Akop Aslanyan və Ovik Ağazaryan Ermənistan baş naziri vəzifəsinə Paşinyanın sabiq silahdaşı, ötən il xüsusi səfir vəzifəsindən istefa vermiş Edmon Marukyanın namizədliyini irəli sürüblər. Bu barədə Ağazaryan öz Facebook səhifəsində yazıb.

“Birləşmiş Milli Sosialist Partiyasının İdarə Heyətinin üzvü kimi bəyan etməyə səlahiyyətliyəm ki, idarə heyətinin qərarına əsasən, Ermənistan Respublikasının Baş nazirinə etimadsızlıq ifadə olunması haqqında qərar layihəsi hazırlanıb. Bundan başqa, deputatlar Akop Aslanyan və Ovik Ağazaryan tərəfindən Ermənistan Respublikasının 5-ci, 6-cı və 7-ci çağırış Milli Məclisinin deputatı olmuş, xüsusi tapşırıqlar üzrə keçmiş səfir, “Aydın Ermənistan” Partiyasının sədri Edmon Marukyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Marukyan iqtidarın Azərbaycanla “sülh strategiyasına” etiraz olaraq, xüsusi səfir vəzifəsini tərk etdiyini bildirib və az sonra yeni partiya yaradıb. O, Azərbaycana münasibətdə yetərincə sərt mövqeyi ilə tanınır. Marukyanın rusiyameylli olması haqda iddialar da var. Qismən “yumşaq müxalifət” təmsilçisi sayılan Marukyanın ölkədə ənənəvi radikal müxalifətin nüfuzu aşağı olması fonunda önə çıxması maraq doğurur. Yeri gəlmişkən, onun Rusiyaya bağlı qüvvələrdən, özəlliklə Köçəryan – Sərkisyan cütlüyündən baş nazirlik üçün dəstək istədiyi də gələn informasiyalar arasındadır.

Marukyanın qarşıdakı seçkilərdə uğur qazanmaq şansı varmı? Rusiya ona dəstək verərmi? Nikol Paşinyan onun atdığı “əlcəyi” götürəcəkmi? Seçkilərədək baş nazir dəyişikliyi necə, mümkünmü?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirib ki, Ermənistanda, ümumiyyətlə, maraqlı hadisələr baş verməkdədir: “Müxtəlif siyasi qüvvələr hakimiyyətin devrilməsi üçün hərəkətə keçiblər. Onların arasında Paşinyanın keçmiş partiyadaşları olan siyasətçilər də yer almaqdadır. Onlar seçkiyə hazırlaşdıqlarını və baş nazirliyə namizədlərini elan etsələr də, əslində çevrilişə hazırlaşırlar. Marukyan uzun müddət Ermənistan parlamentində təmsil olunmuş siyasi qüvvənin lideri kimi qəbul olunur. Əsasən yumşaq müxalifətçilik anlayışını mənimsəmiş siyasətçi imicini özü üçün formalaşdırmış Avropaya yaxınlığı ilə seçilən şəxs sayılır. Paşinyandan ayrılmasının isə səbəbi baş nazirin Azərbaycanla sülh sazişi imzalamaq istəyinə qarşı olmasıdır”.

Onun sözlərinə görə, bu hərəkəti onun haqqında yaranmış yumşaq müxalifətçilik imici ilə uyğun gəlmir və daha çox revanşist mövqeyə yaxındır: “Ermənistanda indiyə qədər siyasi meydanda uğur qazanmağın şərtlərindən biri radikal çıxışlar etmək, Azərbaycanla düşmənçiliyi, müharibəni davam etdirmək mövqeyindən çıxış etməkdir. Marukyan da, görünür, bu “ənənəni” davam etdirməyə başlayır. Lakin 2020-ci ildən sonra keçirilən seçkilərdə xalqın böyük hissəsinin revanşist qüvvələrə səs vermədiyi faktı da mövcuddur. Əgər Ermənistan əhalisinin böyük hissəsi bundan sonra dinc, müharibəsiz, itkilərsiz yaşamaq istəyirsə, o zaman yenə də revanşist mövqedə olan siyasi qüvvələrə səs verməyəcək. Belə olduğu halda, Marukyanın da seçki ilə hakimiyyəti qazanması mümkün olmayacaq”.

Politoloq qeyd edib ki, Marukyan Robert Köçəryan və Serj Sərkisyandan dəstək almağa çalışa bilər: “Amma onların Marukyana dəstək verəcəyi şübhə altındadır. Marukyan uzun müddət Paşinyan komandasında olmuş bir şəxsdir və müxtəlif dövrlərdə məhz Köçəryan-Sərkisyan hakimiyyətləri haqqında kəskin fikirlər səsləndirib. Bundan başqa, Marukyanın Paşinyana qalib gələ biləcək rəqib ola biləcəyi ciddi sual altındadır. Onun lider kimi xarizmatik keyfiyyətləri çox zəifdir. Bu zəif tərəfləri onun Ermənistanda bütün müxalifətin lideri statusunu qazanmasına maneədir. Bu amil də Xocalı canilərini ona dəstək verməkdən çəkindirə bilər. Odur ki, Marukyanın Paşinyan üçün ciddi başağrısına çevrilib təhlükəli alternativ olacağını düşünmürəm”.

O.Qasımov vurğulayıb ki, Ermənistanda növbəti parlament seçkilərinin necə nəticələnəcəyi və bu seçkilərdə hakimiyyət dəyişikliyinin baş verəcəyi barədə qəti fikir söyləmək bu gün mümkün deyil: “Seçkiyə hələ 1 ildən artıq müddət var. Bu gün keçirilən rəy sorğuları göstərir ki, Paşinyana və onun komandasına etimad əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Amma bu, heç də o demək deyil ki, Paşinyanın reytinqinin aşağı düşməsi onun rəqiblərinin nüfuzunun artmasına gətirib çıxarıb. Rəy sorğuları onu göstərir ki, Ermənistan cəmiyyəti siyasi qüvvələrə inamını, xüsusilə də “Qarabağ klanı” kimi tanınan revanşist qüvvələrə inamını ciddi şəkildə itirib. Seçkilərin nəticələrini hesab edirəm ki, daxili faktorlardan daha çox xarici faktorlar həll edəcək. Bu seçkilərə qədər Ermənistanda Rusiya-Qərb rəqabətinin hansı səviyyədə olacağı da seçkiyə təsirini göstərəcək. Rusiyanın planı Gürcüstanda olduğu kimi, Ermənistanda yumşaq keçidə nail olmaq idi. Məhz buna görə də milyarder Ruben Vardanyan Ermənistana göndərilmişdi. Ancaq nəticəsi olmadı. Ruben Vardanyan Ermənistan cəmiyyətində dəstək qazana bilmədi və Moskvanın planı suya düşdü”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tezliklə BU BÜRCLƏRİN bəxti gətirəcək – Pul, şans, möcüzələr!

Next

İrandan İrəvana “solaxay” zərbə – Azad Qarabağda…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv