Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İnsanlıq – dünyada yeganə, həqiqi xəzinədir

By Vüsal Rafiqoğlu
01.06.2025 4 Min Read

Ən böyük qələbələrin, tarixi zəfərlərin taleyi döyüş meydanlarından əvvəl insanların ürəklərində həll olunur. Çünki ən böyük qüdrət fəzilətdən doğur. İnsanlığı düzgün qiymətləndirmək heç də asan deyil. Hər bir cəmiyyətdə əxlaq tərbiyəsinin müvəffəqiyyəti, fəzilətin qəbahətdən düzgün ayırd edilməsindən asılıdır.

İnsanların mədəniyyət, təhsil, ictimai şüur, daxili yetkinlik səviyyəsi yüksək olmasa, xeyirxahlıqdan, humanistlikdən danışmağa dəyməz. Təsadüfi deyil ki, qədim yunan filosofu Sokrat insanlara insanlıq fəlsəfəsini öyrətməyi ən çətin, ən ali məktəb adlandırmış və bu yolda sərf etdiyi bütün səy və əməyini bəşəriyyətə ən böyük xidmət kimi qiymətləndirmişdir.

“İnsanlıq fəlsəfəsi” dedikdə nə başa düşürük? Gəlin əvvəlcə bu suala cavab tapaq. Əxlaq nəzəriyyəçiləri hər bir insanın həyatını ömrü boyu yazılmaqda olan bir kitaba bənzətmişlər. Bu kitabın hər səhifəsi ömrün müxtəlif anlarını əks etdirir. Burada insanın acılı, şirinli günləri, etdiyi xeyirxahlıqlar, yaxşılıqlar və yaxud da pisliklər öz əksini tapır. Bir çox elə həqiqətlər var ki, biz onları hər gün görürük, şahidi oluruq, lakin lazımınca əhəmiyyət vermirik, duyuruq – lakin mənasına varmırıq, ibrət götürmürük. Zaman bizi gözləmədən su kimi axıb gedir. Görülən işləri, əməlləri geri qaytarmaq mümkün olmur. İnsan bu dünyadan köçüb getdikdə yalnız xeyirxah əməlləri, insanlıq xüsusiyyətləri, fəzilətləri ilə yadda qalır. Xoş əməllər də bir növ əsərlər kimi həyatda silinməz iz buraxır. Bu düşüncələrdən belə bir nəticə çıxarmaq olar: insan gücü çatdıqca xeyirxahlıq etməyə, ömür boyu fəzilətlər qazanmağa çalışmalıdır. Universitetdə oxuduğum illəri xatırlayıram. Yüksək, ali insanlıq xüsusiyyətləri ilə müəllimlərim gözlərim qarşısında canlanır. Səslərindəki emosiya, etik davranış, səsin tonu ilə auditoriyanı özünə cəlb etmə metodları… daha nələr…

Çox böyük zaman keçməsinə baxmayaraq Təhsin müəllimin səsi hələ də qulaqlarımdadır. Professor, görkəmli alim, tənqidçi, əsl müəllim Təhsin Mütəllimov. Bir gün söhbət müəllimin xeyirxahlığından , səmimiliyindən, fədakarlığından düşdü. Təhsin müəllim qürurla, gözləri dolmuş halda öz müəllimindən – görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayevdən danışmağa başladı. “Müəllim üçün vacib keyfiyyətlərdən biri öz sənətinə, fənninə və tələbələrə məhəbbətin olmasıdır”, – dedi. Belə məhəbbətdən məhrum olan şəxslərdən yaxşı müəllim olmaz. Əsl müəllim öz fənninin vurğunu olmalı, bu sevgini yetirmələrinə də aşılamağı bacarmalıdır. Yəni özü alışmayan, başqalarını da alışdıra bilməz. Təhsin müəllim bizim gözlərimiz önündə sanki əsl müəllim obrazının portretini çəkirdi: imkansız tələbələrə maddi yardım göstərən, tələbələri evə dəvət edib onlarla maraqlanan, tələbə üçün hər fədakarlığa gedən müəllim…

Mir Cəlal müəllim üçün insaniyyət insanlar arasında həqiqi bərabərlik demək idi, – deyirdi, Təhsin müəllim. Xeyirxahlıq və mərhəmətdən, xəlqilik və dünyəvilikdən, səmimilik və insanlıq duyğularından əbədi bir abidə qurmuşdu Mir Cəlal Paşayev tələbələrinin qəlbində. Biz sevə-sevə ədibin “insanlıq fəlsəfəsi” hekayəsini oxumuşduq, Baxışın timsalında insanlığın nə olduğunu anlamışdıq, Ağcanın simasında Azərbaycan qadının qürurunun şahidi olmuşduq.

Mənim yaddaşımda, qəlbimdə həkk olunan müəllimlərimdən biri də Nərgiz Paşayevadır. Həqiqi mənada müəllim olan bu nəcib qadın nur çeşməsi kimi təmizlik, büllurluq timsalı kimi bizim qəlbimizdə özünə əbədi heykəl ucaldıb. Atalar yaxşı deyib ki, “ot kökü üstə bitər”. Nərgiz müəllim Mir Cəlal Paşayevin nəvəsidir. Nəsildən, ailədən gələn tərbiyə, ədəb-ərkan öz sözünü deyirdi. Mən indi də sevimli müəllimlərimə oxşamağa, həyatda tələbələrimlə münasibətdə onlar kimi olmağa çalışıram.

Mənə elə gəlir ki, müəllim ilk növbədə mənəvi təmizlik timsalı olmalıdır. O, yetişdirmələrinin ağlını, qəlbini, xarakterini, dünyagörüşünü tərbiyə etməlidir. Hər bir müəllim uşaq və yeniyetmələrin vətənə namuslu xidmət etməyə hazırlamalıdır. Hər şey də buradan başlayır. Elm, bilik sonrakı məsələdir. Mən inanmıram ki, yaxşı vətəndaş ola, amma eyni zamanda savadsız ola: vətən sevgisi mütləq onu öz biliyini artırmağa gətirib çıxaracaqdır. Humanistliyi olmayan müəllim işıqsız lampa, quruyan bulaq kimidir.

Gənc nəslin həyata və əməyə daha yaxşı hazırlanması məsələsinə gəlincə, qeyd edim ki, bu məsələ təkcə məktəbi və ailəni yox, hamını ciddi düşündürməlidir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının başlıca ideyası məhz uşaq və yeniyetmələrə şüurlu həyat yolu seçməkdə köməklik göstərməkdir. Şagird bilməlidir ki, savadsız olub ən ali mərtəbəyə yüksəlmək mümkündür. Əsas məsələ insanın həyatda düzgün mövqe tutmasından asılıdır. Müəllim tərbiyə edir, sözləri vasitəsilə şagird şüuruna təsir göstərir. Ətraf aləmi, siyasi və mənəvi ideyaları ağılla və ürəklə dərk etmək isə tərbiyə işində çox mühüm şərtdir: hiss və ağıl birləşəndə ideyalar daha yaxşı dərk olunur, daha tez inama və əqidəyə çevrilir. Müəllim insan qəlbinə və ağlına qida verməlidir, onu düşündürməyi, həm də həyəcanlandırmağı bacarmalıdır. İyirmi doqquz illik müəllimlik təcrübəmdə mən, yalnız bu əqidəyə sadiq qalmışam. Sirr deyil ki, şəxsiyyət və istedad müəllim xarakterinin iki əsas komponentidir. İstedad və şəxsiyyət qoşalaşanda “əzəmətli müəllim” birləşməsi ərsəyə gəlir. Fikrimi ümumiləşdirərək deyə bilərəm ki, insan əqidəsi ilə qiymətləndirilir. İnam, əqidə, məslək – müəllimi yetişdirən mühüm göstəricidir. Məsləkli adam – cəsarətlidir, cürətlidir, fədakardır. İnsan – inam deməkdir. Müəllimim xalq şairi B. Vahabzadənin sözləri ilə desəm: İnsan inam övladıdır:

Məslək varsa –

                             O bilir ki, yaşamağın mənası nə,

Məslək yoxsa –

                   O bir yükdür həm dünyaya

həm özünə… .

Deyirlər ki, insanlıq böyük sənətdir. Əgər bu həqiqətdirsə, kaş ki, bu sənətə lap uşaqlıqdan yiyələnə biləydik. Mən insanpərvərliyə belə bir tərif vermək istəyirəm: “İnsanpərvərlik bütün insanları qəlbdən sevmək hissidir. Bu hiss bizi insanlara bacardığımız qədər yaxşılıq etməyə sövq edir”. Yaşadığımız cəmiyyətdə – vətənə məhəbbət, valideynlik və övladlıq sevgisi, dostluq, ailəyə sədaqət kimi fəzilətlər də öz başlanğıcını insaniyyətdən götürür və mən hesab edirəm ki, insanpərvərlik mühüm əxlaqi borcdur və bu borc siyahısına sözsüz ki, vəzifə məsuliyyəti və vicdan da daxildir.

Bir dəfə dövrünün “əxlaq peyğəmbəri” hesab edilən Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətləndirirsən? Filosof cavab verir: “İnsaniyyəti” Bunu necə başa düşək? –sualına isə mütəfəkkir, “insana layiq keyfiyyətləri”, – deyə cavab verir.

Müəllim üçün insaniyyətə tam sahib olmaq ən böyük səadət, ən böyük şərəfdir! Qoy bu səadət və şərəf bütün müəllimlərə nəsib olsun!

Sədaqət Əsgərova,

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ana dili ədəbiyyat müəllimi, N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin dissertantı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Next

Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT – VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv