Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır” EKSPERT AÇIQLADI

By Vüsal Rafiqoğlu
10.06.2025 3 Min Read

Azərbaycanda 2025-ci ildə dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsaitin ayrılması bir tərəfdən dövlətin təhsilə diqqətini göstərsə də, digər tərəfdən bu vəsaitin məntiqsiz, qeyri-effektiv və nəticəsiz xərcləndiyini sübut edən təkrar olunan struktur problemlər mövcuddur. Dərs vəsaitlərinə hər il milyonlarla manat pul ayrılmasına baxmayaraq, onların elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiq imkanları ciddi şəkildə şübhə altındadır. Əgər bu qədər böyük vəsait ayrılırsa, nəticə də müvafiq olaraq təhsil alanın inkişafına, müəllimin işini asanlaşdırmağa və məktəbdə təlim prosesinin effektivliyinə töhfə verməlidir. Lakin real mənzərə tam əksini göstərir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır. Birincisi, şagirdlərin yaş xüsusiyyətləri və psixoloji inkişaf mərhələləri nəzərə alınmadan mətnlərin və tapşırıqların tərtib olunmasıdır. Məsələn, ibtidai sinif “Azərbaycan dili” dərsliyində I və II sinif şagirdləri üçün nəzərdə tutulan mətnlərin lüğət tərkibi ağır, cümlə quruluşu mürəkkəb və informativ yükü olduqca yüklənmişdir. Bu, inkişaf psixologiyasında Jean Piaget və Lev Vıqotski kimi tanınmış nəzəriyyəçilərin təklif etdiyi “şagirdin proksimal inkişaf zonası” prinsipinə ziddir. Şagird öz psixoloji və zehni yaşına uyğun olmayan bilgilərlə qarşılaşdıqda, öyrənmə prosesi travmaya və öyrənmədən soyumağa çevrilir:
"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır" EKSPERT AÇIQLADI“İkincisi, dərsliklərin çoxunda məzmunun ardıcıllığı və inteqrativliyi pozulub. Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr qeyri-kafi şəkildə qurulub. Bu isə şagirdin düşünmə, nəticə çıxarma və tətbiqetmə bacarıqlarının formalaşmasına əngəl törədir. Üçüncüsü, dərsliklərdə şəkil, diaqram, cədvəl və vizual materialların ya keyfiyyətsiz, ya da qavrama gücünə uyğun olmayan şəkildə təqdim edilməsi dəfələrlə müşahidə olunub. Belə vizual təhriflər isə sinifdə müəllimin təlimini çətinləşdirir, şagirdin mövzunu qavramasını zəiflədir.

Bundan əlavə, faktoloji və terminoloji səhvlər, sual və tapşırıqlarda uyğunsuzluqlar, təkrarçılıq, ədəbi və tarixi mənbələrin yanlış interpretasiyası, ideoloji və sosial yanaşmalardakı qeyri-obyektivlik və müəllim üçün metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini ortaya qoyur. Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarında dərsliklərə istinadla qeydə aldığı illik 100-dən çox sual xətası buna bariz nümunədir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18.2-ci maddəsində göstərilir ki, təhsil proqramları və dərs vəsaitləri şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmalı, pedaqoji tələbləri və tədris məqsədlərini ödəməlidir. Lakin bu norma yalnız formal olaraq tətbiq edilir və təcrübədə onun icrasına nəzarət çox zəifdir. Əgər dərslik elmi, metodiki və psixoloji cəhətdən zəruri olan standartlara cavab vermirsə, ayrılan büdcə vəsaiti təkcə səmərəsiz xərclənmiş resurs deyil, həm də şagirdin inkişafına vurulan zərbə kimi dəyərləndirilməlidir.
"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır" EKSPERT AÇIQLADIDünya təcrübəsində dərsliklərin hazırlanması açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə tənzimlənir. Məsələn, Finlandiyada dərsliklər dövlət tərəfindən yazılmır, müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dərsliklərdəki dəyişikliklər yalnız 3 ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə həyata keçirilir, müəlliflər, rəy verən ekspertlər və qərarvericilər təkrar-təkrar eyni simalardır, bu isə təkrarçılıq, yaradıcılıq çatışmazlığı və məhdud pedaqoji baxış deməkdir.

Əgər bu sahədə ciddi dəyişikliklər həyata keçirilməzsə, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, məktəbdə isə müəllim və şagirdlər bu sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində islahatlar aparılmalı, açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq artırılmalı və hər bir dərslik mütləq şəkildə psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə tərtib olunmalıdır.

Dərslik sadəcə kağızda bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini, şəxsiyyətini formalaşdıran əsas vasitədir. Əgər bu vasitə keyfiyyətsizdirsə, təhsil sisteminin bütövlükdə keyfiyyətindən danışmaq mənasızdır. Mövcud vəziyyət dərhal dəyişməli və dövlət tərəfindən ayrılan milyonlar təhsilin məzmununa çevrilməlidir, yoxsa bu vəsaitlərin nəticəsi cəmiyyət üçün sıfıra yaxın olacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

Next

“Neftçi” kimi transfer edib? Xəbəriniz olsun ki… FOTOLAR

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv