Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyanın “siçan-pişik” oyunu – səbrimizi sınağa çəkir

By Vüsal Rafiqoğlu
14.06.2025 3 Min Read

Erməni baş nazir səmimidirsə, kilsəyə qarşı mübarizəsini “artsax ofisi”nə də adekvat şəkildə başlamalıdır

2025-ci ilin yarısı bitmək üzrədir. Bu il Azərbaycan-Ermənistan barışığı yönündə yeganə müsbət hadisə hələ ki, mart ayında sülh sənədi mətninin tam razılaşdırılması sayılır. Təəssüf ki, daha da qabağa gedib iki qonşu xalq arasında düşmənçilik səhifəsini çevirmək, iqtisadi-ticari əlaqələrin və diplomatik münasibətlərin qurulmasını yaxınlaşdırmaq mümkün olmayıb.

Səbəb məlum: erməni tərəfinin qeyri-konstruktivliyi, davam edən söz oyunu və sülh oyunbazlığı, sənədin imzalanması üçün Bakının iki məlum şərtini təmin etməyə tələsməməsidir. Bu azmış kimi İrəvanda “artsax” tamaşası davam edir. Həm də Nikol və komandasının seyrçi münasibəti fonunda.

Qeyd edək ki, separatçıların Qarabağda qurduğu xunta rejiminin sonuncu “rəhbəri” Samvel Şahramanyanın mayın 21-də “səlahiyyətləri” bitəndən sonra özlərinə yeni “lider” seçməsələr də uydurma “artsax parlamenti”nə təzə “sədr” seçiblər. İki gün öncə isə separatçı ünsürlər üstəlik, sanki paralel dünyada yaşayırmışlar kimi, Njde İskəndəryan ad-soyadlı zatı “artsax”ın yeni “dövlət katibi” təyin ediblər.

Bəs ərazi bütövlüyümüzə qarşı bu kimi demarşlara sülhpərvər və “real Ermənistan” tərəfdarı Paşinyan niyə sərt reaksiya vermir? Separatçı ünsürlərin ipini niyə yığmır? Nədən hələ də Minsk Qrupunun rəsmən buraxılmasının sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir? İrəvanın sülh bəyanatlarının səmimiliyinə inanmaq mümkündürmü? Paşinyan doğrudanmı Azərbaycan və Türkiyə ilə barışıq xətti tutub?

Aydın Hüseynov: "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir"

Aydın Hüseynov

Bu mövzuda deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə barışıq xətti tutduğunun səmimi olub-olmadığını bir neçə addımla təsdiqləməlidir: “Nikol Paşinyan və Ermənistan hakimiyyətinin bir sıra yüksək vəzifəli şəxsləri az qala hər gün sülh sazişinə hazır olduqlarından danışırlar. Ancaq sülh sazişinin imzalanmasına maneələrin aradan qaldırılması üçün addım atmırlar. Sülh sazişinin imzalanmasına, Azərbaycan və Türkiyə ilə barışın yaranmasına, əlaqələrin qurulmasına bir nömrəli əngəl Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasının olmasıdır. Həmçinin Ermənistanın ana qanununda, dövlət gerbində Türkiyəyə də qarşı ərazi iddiası əksini tapır. Bakı dəfələrlə bəyan və tələb edib ki, Ermənistan bunları aradan qaldırsın. Ancaq İrəvan hələ də bu məsələni həll etməyib və vaxtı uzatmaqda davam edir”.

Deputat qeyd etdi ki, Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi üçün Azərbaycanla birlikdə rəsmi müraciət etməyi də qəsdən yubadır. “Bu məsələ barədə verdiyi açıqlamalarda da qeyri-səmimi olduğunu ortaya qoyur. Bundan başqa, 10 noyabr üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi – Zəngəzur dəhlizinin açılması məsələsini də Ermənistan rəhbəri yerinə yetirmir. Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına, sülhə manelərdən biri də budur”,_ deyə deputat vurğuladı.

Onun fikrincə, Paşinyan Qarabağdan köçmüş quldur dəstəsinin  İrəvanda yuva qurmasına faktiki olaraq şərait yaradır. Deputat onu da qeyd etdi ki, həmin cinayətkar quldur dəstəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanatlar verir, müxtəlif qondarma tədbirlər keçirirlər, “seçki” tamaşaları qururlar: “Onlar bu anti-Azərbaycan fəaliyyəti Paşinyanın gözünün qarşısında İrəvanda qurduqları və ”artsax respublikasının nümayəndəliyi” adlandırdıqları ofisdə həyata keçirirlər. Hətta hərdən bir daha da irəli gedərək kütləvi aksiyalar təşkil edirlər. Azərbaycanla sülhə hazır olmaqdan danışan Paşinyan və onun yaxın ətrafı isə həmin tör-töküntülərə qarşı tədbir görmürlər, əksinə, onlara fəaliyyət imkanı yaradırlar. Məqsədlərdən biri Azərbaycan guya öz aləmlərində təzyiq göstərmək, digər məqsəd isə “artsax dəstək” adı altında xaricdən, erməni diasporundan maliyyə yardımı qoparmaqdır. Paşinyan kilsə ilə mübarizə apardığı kimi Qarabağdan Ermənistana köçən və orada “artsax” oyununa davam edən və son vaxtlar fəallaşan separatçılara qarşı da aparmalıdır. Nə qədər ki, həmin quldur dəstəsinə İrəvanda fəaliyyət göstərmələri üçün şərait yaradılır və onlara qarşı heç bir tədbir görülmür, Paşinyanın guya sülh sazişi imzalamağa, Azərbaycanla əlaqələr qurmağa hazır olduğu barədə dediklərinin səmimiliyinə inanmaq mümkün deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Böyük xilaskarın qayıdışı

Next

Moskvanın Bakı ilə İrəvandan israrı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv