Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Təyyarə olayında daşdan keçən sübut – Bakının onsuz da şübhəsi yox idi

By Vüsal Rafiqoğlu
03.07.2025 3 Min Read

Çingiz Qənizadə: “Bu cinayətlərin baş verməsində Rusiya hakimiyyətinin əli var”

Xəbər verdiyimiz kimi, Minval.az redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus “Embraer E190” təyyarəsi ilə bağlı sensasiyalı materiallar daxil olub. Məlumatlar anonim məktub vasitəsilə təqdim edilib. Məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı yer alır. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirir.

Bundan əlavə, məktuba video və audioyazılar, habelə texnikanın yararsız vəziyyətdə olması ilə bağlı ətraflı məlumatlar əlavə olunub.

Bu sübut istintaq üçün nə dərəcədə mühüm önəm kəsb edir?

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də, “Embraer E190” tipli AZAL təyyarəsi Bakıdan havaya qalxdıqdan sonra Rusiyanın Çeçenistan bölgəsi üzərində uçarkən gözlənilmədən hərbi raket zərbəsinə məruz qalıb. Hadisə nəticəsində təyyarə zədələnsə də, pilotların peşəkarlığı və möcüzəvi manevr nəticəsində təyyarə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə eniş edə bilib. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

Rusiya tərəfi israrla hadisəni ilk baxışda texniki yanlışlıq və ya yanlış hədəf tanınması kimi izah etməyə çalışsa da, zamanla ortaya çıxan sübutlar və sızan sənədlər bu versiyanı alt-üst etmişdi.

Azərbaycan tərəfi bu məsələ ilə bağlı Rusiya hökumətindən hələ də nə rəsmi üzr, nə də kompensasiya ala bilməyib. Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidentinə yalnız “zəng edib başsağlığı verdiyini” bildirib, lakin bu, hüquqi baxımdan heç bir nəticə doğurmayan jest xarakterli addım olub.

Hadisədən dərhal sonra Azərbaycan rəsmiləri məsələni diplomatik kanallarla müzakirə etməyə cəhd göstərdi. Amma ötən vaxt ərzində Rusiyanın hər hansı istintaq başlatması və ya məsul şəxsləri müəyyən etməsi ilə bağlı heç bir ciddi addım müşahidə olunmadı. Bu isə Bakının səbr kasasını doldurmuş kimi görünür. Hələ də bu sual açıq qalır: Rusiya nədən qorxur və niyə bu hadisəni ört-basdır etməyə çalışır?

Çingiz Qənizadə təltif edildi - FOTO - Globalinfo.az

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:  “Mən mətbuatda yayılan səs yazısını, hansı əmrın verilməsi ilə bağlı rus hərbçilərinin danışığını eşitdim. Təbii ki, bu, bir materialdır və bizim hüquq-mühafizə orqanları bu materialın araşdırılması ilə məşğul ola bilərlər. Yəni hələlik bir hüquqşünas kimi bu səs yazısının məhz bizim təyyarəyə atəş açılması ilə bağlı verilən əmr olub-olmadığını qeyd edə bilmərəm. Lakin onu deyə bilərəm ki, bu cinayət hadisəsi ilə bağlı, yəni Azərbaycan mülki təyyarəsinin Qroznı ətrafında vurulması ilə bağlı  istənilən material hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır və bu materialların dəqiqliyi, həqiqiliyi sübuta yetirilməlidir.

Hətta bu səs yazısı olmasa da, biz artıq bilirik ki, təyyarəmiz hansı raketlə, harada vurulub. Təəssüf ki, bu günə qədər Rusiya İstintaq Komitəsi bunun xüsusi nəzarətdə olduğuna baxmayaraq, nə əmri verənləri, nə də onu icra edənləri saxlamayıb, adlarını çəkməyib. Ümumiyyətlə, hər hansı istintaq hərəkəti nəticəsində onların müəyyən məhdudlaşdırıcı tədbirlərə məruz qaldığı barədə heç bir məlumat yoxdur. Ən azı ev dustaqlığı, həbs və sair tədbirlər görülməli idi”.

Ç.Qənizadə onu da qeyd edir ki,  hələ indiyə qədər Rusiya tərəfindən nə rəsmi üzr istənilib, nə də vurulan təyyarəyə görə kompensasiya ödənilməsi ilə bağlı danışıqlara başlanılıb: “Bu, onu göstərir ki, Rusiya bütün hallarda bu cinayətin izini itirməyə çalışacaq. Necə ki, təyyarəmizin yaxın aeroportlara enişinə icazə verilmədi, Xəzər üzərindən uçaraq Aktauya – Qazaxıstan ərazisinə keçdi, indi də Yekaterinburqda baş verən hadisələri ört-basdır etməyə çalışırlar. Görünən budur ki, Rusiyada hüquq-mühafizə orqanları, dövlət strukturları tərəfindən törədilən bütün cinayətləri RF hökuməti maksimum dərəcədə gizlətməyə çalışır. Bu da təəssüfdoğurucudur və ondan irəli gəlir ki, belə halların baş verməsində Rusiyanın yuxarı strukturlarının, hakimiyyətin digər qollarının da əli var”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu üç ayda doğulmusunuzsa… iyul ayı çox uğurlu olacaq

Next

Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj – sülh, inkişaf və strateji liderliyin zirvəsi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv