Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj – sülh, inkişaf və strateji liderliyin zirvəsi

By Vüsal Rafiqoğlu
03.07.2025 3 Min Read

3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Təsadüfi deyil ki, bu mövzu Qarabağ reallıqları ilə üst-üstə düşür. Azərbaycanın regionda apardığı bərpa-quruculuq işləri, yaşıl enerji zonası yaratmaq planları, “ağıllı şəhər” layihələri və yaşıl diplomatiya təşəbbüsləri həm bu zirvənin mahiyyətinə, həm də bölgənin yeni strategiyasına uyğundur.

Zirvə görüşündə təşkilata üzv 13 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Təbii ki, belə miqyaslı beynəlxalq toplantının Xankəndidə baş tutması təkcə coğrafi deyil, həm də siyasi, iqtisadi və strateji baxımdan ciddi əhəmiyyət kəsb edir. İllərlə separatizm və işğalın qaranlığında qalan bu şəhər artıq inkişaf, əməkdaşlıq və sabitlik gündəminin mərkəzinə çevrilir.

Əsas məqsəd təkcə regional əlaqələrin inkişafı deyil, həm də İƏT-ə üzv ölkələrin Qarabağda baş verən müsbət dəyişikliklərə daha sıx cəlb olunmasıdır. Hazırda Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu prosesə artıq öz töhfələrini veriblər. Zirvə görüşü isə bu iştirakçılığı daha da genişləndirmək üçün əlverişli platforma rolunu oynayır.

Ərsin Tatar Azərbaycana gəldi | KONKRET

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ərsin Tatar zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. 2012-ci ildən İƏT-də müşahidəçi statusuna malik olan KKTC son illərdə beynəlxalq təşkilatlarda – o cümlədən Türk Dövlətləri Təşkilatında (TDT) – təmsilçiliyini gücləndirib. Bu səfər bir tərəfdən Azərbaycanın KKTC-yə verdiyi dəstəyi göstərir, digər tərəfdən isə təşkilat daxilində yeni güc balanslarının yaranmasından xəbər verir.

Ərsin Tatarın səfər proqramına fəxri doktorluq diplomunun təqdim edilməsi, ikitərəfli görüşlər və müxtəlif tədbirlər daxildir. Bu addımlar KKTC-nin beynəlxalq hüquqi statusunun tanınması prosesində mühüm mərhələlərdən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat  Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB/FOTO - "İki sahil"

İyulun 2-də zirvə toplantısı çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də ölkəmizə səfər edib.  Azərbaycan Prezidenti İlham Əliyev ali qonağı şəxsən qarşılayıb və liderlərin təkbətək görüşləri baş tutub. Təkcə paytaxtda deyil, Şavkat Mirziyoyevin Xankəndi, Şuşa və Ağdama səfər planları da onun səfərinin strateji mahiyyətini göstərir.

Prezidentlərin birgə tədbirlər çərçivəsində “Özbəkistan” parkının təməlini qoyması, Ali Dövlətlərarası Şuranın iclası və iqtisadi əməkdaşlıq üzrə sənədlərin imzalanması regional inteqrasiyanın real nəticələrindən xəbər verir. Bu səfər eyni zamanda Qarabağın nəinki Azərbaycanın daxili inkişaf gündəminin, həm də beynəlxalq əməkdaşlıq strategiyasının əsas həlqəsinə çevrildiyini göstərir.

Zirvədə iştirak edəcək daha bir mühüm lider – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Türkiyənin İƏT-in qurucu üzvlərindən biri olaraq tədbirə qatılması təkcə diplomatik deyil, həm də simvolik önəm daşıyır. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən əsası qoyulmuş İqtisadi Əməkdaşlıq Təşkilatı (o dövrdə İRƏ kimi tanınırdı), 1985-ci ildən bəri ECO adı ilə fəaliyyətini genişləndirib.

Azərbaycan 1992-ci ildən bu təşkilatın tamhüquqlu üzvüdür. Hazırda İƏT-ə 10 dövlət daxildir: Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Bu ölkələrdə ümumilikdə 550 milyondan çox insan yaşayır ki, bu da təşkilatın potensialını iqtisadi, demoqrafik və strateji baxımdan son dərəcə cəlbedici edir.

Zirvənin Xankəndidə keçirilməsi İƏT-in həm Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin, həm də Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir. Bu, həm də dünyanın diqqətini bölgədə gedən dəyişikliklərə yönəltmək, yanlış təəssüratları dağıtmaq baxımından mühüm addımdır. Qarabağ artıq münaqişə yox, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır.

Xankəndidə iqtisadi diplomatiyanın səsi - Məqalə ətraflı

Bu toplantıda qəbul olunacaq qərarlar, başlanacaq layihələr və veriləcək mesajlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji nəticələr doğura bilər. Zirvə həm də Azərbaycanın beynəlxalq diplomatiyada fəal və müəyyənedici aktor kimi rolunun daha da möhkəmləndiyini nümayiş etdirəcək.

Xankəndi sammiti yalnız İƏT-in illik forumu deyil. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə irəli sürdüyü yeni strategiyanın canlı nümunəsidir. Bu strategiyanın əsas xəttini sülh vasitəsilə inkişaf, infrastrukturla diplomatiya və dayanıqlı gələcəklə kimlik quruculuğu təşkil edir.

Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir. Bu sammit sübut edir ki, Azərbaycan artıq yalnız münaqişə sonrası bərpa edən ölkə deyil, həm də əməkdaşlıq qurucu, liderlik daşıyıcısı və diplomatik balans yaradan gücdür.

Bir sözlə, Xankəndi sammiti regionda yeni bir dövrün başlanğıcıdır – sülh, rifah və məsuliyyətli liderliyin dövrü.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təyyarə olayında daşdan keçən sübut – Bakının onsuz da şübhəsi yox idi

Next

“Onlar rus pasportludur, sən sus!” – Kreml Bakıdan bunu tələb edir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv