Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Nə yaşı vardı ki…” – gənc yaşda qəfil ölümlərin sirri

By Vüsal Rafiqoğlu
23.07.2025 4 Min Read

Son illərdə gənclərin qəfildən vəfat etməsinə dair xəbərlər çoxalıb. Əksəriyyəti tələbələr olan bu gənclərin 18-21 yaşda gözlənilmədən dünyasını dəyişdikləri bildirilir.

İyulun 18-də UNEC-in I kurs tələbəsi, 2006-cı il təvəllüdlü Elmir Musayevin qəflətən vəfat etdiyi, 19 yaşlı gəncin qanın laxtalanması səbəbindən həyatını itirdiyi məlum olub. Xalq arasında bu xüsusda geniş yayılmış rəy bundan ibarətdir ki, belə gənc yaşda ölümlərin çoxu 2020-ci ildə tüğyan etmiş, 2 il boyunca səngiməmiş, təhlükəsi hələ də davam edən koronavirus pandemiyasının fəsadlarıdır.

Bəs mütəxəssislər nə deyir, 19-20 yaşlı gənclərin qəfil ölümlərinin səbəb(lər)i nədir? Onların arasında yanlış qidalanma da varmı? Son illərin statistikası nə deyir?

Həkim-terapevtlər və kardioloqlar son zamanlar bu yaş qrupunda ani ölüm hallarının artdığını təsdiqləyirlər. Onların sözlərinə görə, bu cür ölümlərin səbəbləri çoxşaxəlidir və bir sıra amillərlə bağlı ola bilər. İnfeksionistlər bildirir ki, koronavirus infeksiyası bədəndə damar sistemi, ürək və sinir sistemində dərin fəsadlar buraxa bilər. Bəzi hallarda xəstəliyi simptomsuz və ya yüngül keçirən gənclərdə belə, bir neçə ay və ya il sonra tromboz, infarkt və ya beyin damarlarında tıxanma müşahidə oluna bilir. Bu hallar təəssüf ki, qəfil ölümə səbəb ola bilir.

Diyetoloqlar isə qeyd edir ki, sürətli və nizamsız qidalanma, fast-food, enerji içkiləri, həmçinin aşağı fiziki aktivlik damar və ürək sağlamlığını zəiflədir. Qeyd edilir ki, gənclər arasında tez-tez səhər yeməyinin buraxılması, karbohidrat və şəkərlə zəngin pəhrizlər, susuzluq və yuxusuzluq müşahidə olunur. Bu isə orqanizmin stressə və xəstəliklərə qarşı müqavimətini zəiflədir.

Mütəxəssislər onu da bildirirlər ki, pandemiyadan sonra gənclər arasında psixoloji gərginlik, təlaşlanma, yuxu pozuntusu və depressiya artıb. Bu hallar da dolayısı ilə fiziki sağlamlığa təsir edir. Bəzi hallarda isə gənc yaşda ürək çatışmazlığı və ya laxtalanma pozğunluqları kimi halların arxasında genetik meyllər dayanır. Amma bu hallar çox zaman əvvəlcədən aşkarlanmadığı üçün qəfil nəticələrlə başa çatır.

Dövlət Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin rəsmi hesabatlarında son illərdə 15-24 yaş arası şəxslərin ölüm hallarının az da olsa artım göstərdiyi qeyd olunur. Lakin bu artımın səbəbləri ilə bağlı təhlillər açıqlanmır. Müstəqil araşdırmaçıların fikrincə, COVİD-19-dan sonra bu yaş aralığında ani ölüm hallarının artması təsadüfi deyil və əlavə araşdırmalara ehtiyac var.

Adil Qeybulla istefa verdi Pravda.az

Adil Qeybulla

Cərrah-alim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə bölüşüb: “Əslində gənclər arasında qəfil ölüm halları hər zaman müşahidə olunub. Bu qəfləti ölümlərin müxtəlif səbəbləri ola bilər. Məsələn, ürəkdə elektrik mübadiləsinin pozulması – yəni ion keçiriciliyinin pozulması, ventrikulyar ekstrasistoliyalar, ümumilikdə ürək ritminin pozulması bu qəbildəndir. Bundan əlavə, trombemboliya hallarına da rast gəlinir. Bəzi gənclərdə laxtalanma sistemində problemlər olur, aşağı ətrafların dərin venalarında üzən tromblar formalaşır. Bu cür tromblar asanlıqla qoparaq trombemboliya yarada və qəfil ölümə səbəb ola bilər.

Digər səbəblərdən biri də koronar spazmlardır. Bəzən ürək arteriyalarında selektiv spazmlar baş verir ki, bu da infarkta və nəticə etibarilə ölümə gətirib çıxara bilər. Çünki gənc insanların ürəyi bu tip streslərə hazır olmur. Onların ürək kolateral sistemi hələ tam inkişaf etmədiyi üçün əsas arteriyalardan asılılıq yüksəkdir və bu arteriyalarda baş verən təlatümlər çox vaxt fatal nəticə verir.

Eyni zamanda ürək ritm pozuntuları da qəfil ölüm hallarına səbəb ola bilər. Buna görə də mütəmadi “check-up” müayinələri olduqca vacibdir. Təəssüf ki, bəzən insanlar 20 yaşına qədər bir dəfə belə həkim müayinəsindən keçmirlər.

Koronavirus məsələsinə gəldikdə isə bu infeksiyanın yaxın və uzaq fəsadları dünyanın aparıcı, nüfuzlu xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən araşdırılır. Yəqin ki, bu tədqiqatların nəticələri açıqlanacaq. Hər halda, pandemiya hələ də tam bitməyib və müəyyən təsirləri davam edir. Bu barədə artıq məlumatlar çox verilmir, insanlar da sanki bu vəziyyətlə barışıblar. Amma unutmamaq lazımdır ki, pandemiya səngisə də, onun yaratdığı epidemik ocaqlar uzun müddət aktiv qala bilər”.

Onu da qeyd edək ki, dünyanın bir çox ölkəsində genetik testlərlə qəfil ölümə səbəb olan sindromların aşkarlanması üzrə proqramlar başlayıb. İngiltərə Milli Sağlamlıq Xidmətindən bildirilir ki, 15-24 yaş arasında qəfil ölüm riski 100.000 nəfərə 1-2 hal təşkil edir. Yaponiyada 2021-ci ildə aparılmış araşdırmaya görə, 20 yaşa qədər qəfil ölüm hallarının 40%-i tibbi olaraq izah edilə bilməyən ürək tutmaları ilə bağlıdır.

Brugada sindromu, Marfan sindromu, Arritmiya sindromları (uzun QT, qısa QT və s.) kimi xəstəliklər irsi ola bilər və çox zaman əvvəldən bilinmir. Tədqiqatlar göstərir ki, 35 yaşdan aşağı insanlarda qəfil ölümlərin ən geniş yayılmış səbəbi ürək ritm pozuntularıdır (aritmiyalar). Xüsusilə hipertrofik kardiyomiyopatiya (ürək əzələsinin qeyri-normal qalınlaşması) və uzun QT sindromu kimi genetik xəstəliklər aşkarlanıb. ABŞ-da 2009-2 018-ci illəri əhatə edən bir tədqiqatda müəyyən olunub ki, gənclər arasında qəfil ürək ölümünün təxminən 72%-i ilk simptom vermədən baş verir.

Koronavirusdan sonrakı dövrdə xüsusilə mikrotromblar, trombemboliya, vaskulit kimi damar pozuntuları gənclər arasında ani ölüm hallarını artırıb. Avropa Kardiologiya Cəmiyyətinin (ESC) 2022-ci ildə yaydığı hesabatda deyilir ki, COVID-19 keçirmiş gənclərdə ilk 6 ay ərzində ürək-damar hadisələri (məsələn, infarkt, insult, miokardit) riski xeyli yüksəkdir. Zəif qidalanma, yüksək şəkər və yağlı qidalar, enerji içkilərinin həddindən artıq qəbulu, vitamin və mineral çatışmazlığı gizli sağlamlıq problemləri yaradır. 2023-cü ildə Türkiyədə aparılmış bir araşdırmada göstərilib ki, yuxu rejimi pozulan, səhər yeməyini buraxan və fast-food qəbul edən gənclərdə ürək ritm pozuntuları 2,5 dəfə çox müşahidə olunur. Gənclər arasında artan stress, yuxusuzluq, depressiya, enerji çatışmazlığı kimi hallar dolayısı ilə fiziki sağlamlığı da zəiflədir. Misal üçün, ani infarkt və ya insult hallarının bir çoxu emosional gərginlik fonunda baş verir. Xüsusilə imtahan dövrləri, ailə problemləri, sosial təzyiqlər bu riski artırır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev misirli həmkarını təbrik etdi

Next

Parlamentdə tətil – deputatlar harada dincələcək?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv