Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Bakıda iki savaşan ölkə nazirlərinin görüşü

By Vüsal Rafiqoğlu
02.08.2025 4 Min Read

İsrail və Suriya rəsmilərinin paytaxtımızda növbəti konfidensial görüşü keçirilib; “Azərbaycan modeli” Yaxın Şərq üçün yeni əməkdaşlıq platformalarını təşviq edir

Azərbaycan Yaxın Şərq diplomatiyasında tarixi rol oynamağa başladığını nümayiş etdirir. İyulun 31-də Bakıda Suriya və İsrail nümayəndələri arasında görüş olduğu haqda məlumatların hələ ki rəsmi təsdiqi yoxdur. Mümkündür ki, təhlükəsizlik səbəblərindən görüşün zamanı haqda bilgilər məxfi olsun.

Yada salaq ki, belə bir görüş haqda məlumatı Fransanın nüfuzlu AFP xəbər agentliyi diplomatik mənbələrə istinadla yayıb. AFP agentliyinin diplomatik dairələrdən əldə etdiyi məlumata görə, görüşə Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani və İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi qatılacaq. Hər iki tərəf bu görüşə “texniki danışıqlar formatında” baxsa da, əldə ediləcək nəticələr bölgədə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bu görüşün də məhz Bakıda keçirilməsi Azərbaycanın artan diplomatik nüfuzunun və tərəflərin Bakını güvənli tərəf kimi qəbul etməsinin sübutudur.

Görüşün mümkün nəticələri barədə – İsrailin Suriyada mövcudluğu və hərbi əməliyyatları ilə bağlı danışıqlar, Qolan yüksəklikləri ətrafında yeni razılaşma imkanları, əsir mübadiləsi və ya humanitar yardım yollarının açılması olacağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev ötən ay Jewish News Syndicate (JNS) agentliyinə verdiyi müsahibədə Bakıda İsrail və Suriya rəsmiləri arasında birbaşa danışıqların baş tutduğunu rəsmi şəkildə təsdiqləmişdi.  Azərbaycan bir müddətdir ki, həm İsraillə strateji tərəfdaşlıq qurub, həm də ərəb və müsəlman ölkələri ilə sıx əlaqələr saxlayır. Artıq ölkəmizin Suriya ilə ciddi təmasları var. Son mühüm hadisələrdən ikisini qeyd etmək olar: keçid hökumətinin prezidentinin Azərbaycana səfəri və ölkəmizin Suriyaya qaz nəqli. Bu səbəbdən Bakı Yaxın Şərqdə vasitəçi ölkə kimi ciddi siyasi çəkisi olan nadir aktorlardan biri hesab olunur. Bakının bu görüşə ev sahibliyi etməsi Tramp administrasiyasını da məmnun etməmiş olmaz.

Qeyd edək ki, rəsmi Bakı uzun illərdir ki, “sakit diplomatiya” prinsipinə əsaslanaraq gərgin regionlarda münaqişələrin həllinə müəyyən töhfələr verir. Rusiya-Türkiyə, NATO-Rusiya, İsrail-Türkiyə və ən nəhayət, İsrail-Suriya münasibətlərində gərginliyin aradan qaldırılmasında Azərbaycanın xüsusi əməyi olub.

Yaxın Şərq siyasəti üzrə analitik Rüstəm Tağızadənin fikrincə, rəsmi açıqlamaların olmamasına baxmayaraq, bu qarşılıqlı əlaqələr uzun müddətdir düşmənçilikedən iki ölkə arasında dialoqun yenidən alovlanmasından xəbər verir. Politoloqun sözlərinə görə, Azərbaycanın neytral, eyni zamanda, konstruktiv vasitəçilik rolu onun əsas regional sülh vasitəçisi kimi nüfuzunu artırır: “Bu inkişaf təkcə Bakının diplomatik profilini yüksəltmir, həm də onun enerjidən kənar geosiyasi mənzərənin yenidən formalaşdırılmasında əsas oyunçu olmaq niyyətindən xəbər verir”.

qaynarinfo.az

Politoloq hesab edir ki, İsrail və Suriya arasında görünməmiş təmaslar, habelə Azərbaycanın Suriya ilə dərinləşən əlaqələri Yaxın Şərqin geosiyasi xəritəsinin potensial yenidən qurulmasından xəbər verir: “Bu hadisələr onilliklər boyu davam edən status-kvoya meydan oxuyaraq, uzun müddətdir mövcud olan ərazi və güc dinamikasına yenidən baxılmasından xəbər verir”.

R.Tağızadənin təhlilinə görə, son illər Azərbaycan özünü regional sülh və dialoq mərkəzi kimi təsdiqləyib: “Bu rol BMT və digər qlobal institutlarla yanaşı dövlətlərarası münasibətlərin və əməkdaşlıq çərçivələrinin birbaşa asanlaşdırılmasını əhatə edən enerji siyasətindən kənara çıxır. ”Bakı modeli” münaqişələrin həlli üçün siyasi dialoqa üstünlük verir, daha geniş Yaxın Şərq diplomatik mühitini dəyişdirə biləcək yeni əməkdaşlıq platformalarını təşviq edir. Gələcəyə baxsaq, Azərbaycanın genişlənən diplomatik və iqtisadi rolları bir neçə əsas inkişafla regional dinamikanı yenidən formalaşdırmağa hazırlaşır. Yəni Azərbaycan-Türkiyə oxunun gücləndirilməsidir. Dərinləşən tərəfdaşlıq Zəngəzur kimi enerji dəhlizlərindən tutmuş daha geniş Avrasiya infrastruktur layihələrinə qədər regional əlaqə və inteqrasiyanı gücləndirə biləcək türk əməkdaşlığı dövrünə işarə edir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və digər regional aktorlarla balanslaşdırılmış diplomatiyası bu inkişaf edən proseslərin davam etdirilməsi üçün möhkəm zəmin yaradır”.

Politoloqun sözlərinə görə, Azərbaycanın təmkinli danışıqlara ev sahibliyi etməkdə əldə etdiyi uğur onu vasitəçilik üçün əlverişli məkana çevirə, yumşaq gücünü və regional təsirini artıra bilər: “Rusiyanın nüfuzunun azalması, İranın ambisiyaları və ABŞ-ın dəyişən siyasəti arasında tarazlıq strateji diplomatiya tələb edən həm imkanlar, həm də çağırışlar təqdim edir. SOCAR-Suriya sazişi qlobal bazar dəyişiklikləri fonunda Azərbaycanın iqtisadi dayanıqlığını təmin edərək, daha geniş enerji diversifikasiyasına doğru bir addım ola bilər. Azərbaycanın diplomatiyası qonşu dövlətləri müttəfiqliklərə və iqtisadi strategiyalara yenidən baxmağa ruhlandıra bilər, bu da bir-biri ilə daha çox əlaqəli regional nizamı gücləndirir. Nəticə etibarilə, Azərbaycan həlledici nöqtədə dayanır. Geosiyasi mürəkkəblikləri diqqətlə idarə etməklə, o, Yaxın Şərqin və ona bitişik regionların gələcəyini formalaşdıran mərkəzi fiqur kimi özünü təsdiq etmək üçün yaranan imkanlardan istifadə edə bilər. Yanlış addımlar isə bu ümidverici yüksəlişi təhlükə altına qoya bilər”.

“Bu görüş münasibətlərin normallaşması üçün ilkin zəmin yarada bilər, lakin böyük dönüş üçün kifayət deyil”. Bunu isə “qaynarinfo”ya siyasi şərhçi Vüqar Zifəroğlu deyib. Zifəroğlu düşünür ki, bu mərhələdə tam barış və diplomatik normallaşma çətin görünsə də, təmas kanallarının açılması, istiqamət funksiyalarının razılaşdırılması mümkündür: “Suriya danışıqların bir hissəsi kimi 1974-cü il ayrılma razılaşmasına qayıtmaq istədiyini bildirib. Bu razılaşmanın yenidən aktivləşdirilməsi və beynəlxalq zəmanətlərin verilməsi müzakirə mövzusudur. Danışıqlar əsasında tam razılaşma deyil, lakin təhlükəsizlik-zərbə səviyyəsində anlaşmanın konturları və mexanizmləri müəyyən edilə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Emin Ağalarov xanımı ilə Bakıda belə dincəlir – FOTOLAR

Next

Bakıya “Qırmızı Xaç” böhtanı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv