Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakıya “Qırmızı Xaç” böhtanı

By Vüsal Rafiqoğlu
02.08.2025 4 Min Read

Deputat Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinə heç bir əsas görmür; separatçılar şikayətçi deyillər, bəs o zaman…

Ermənistanın “Joqovurd” qəzeti yazıb ki, guya Azərbaycan hakimiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisini bağlamaq və heç bir nümayəndəsinin hərbi cinayətlərdə təqsirləndirilən erməni məhbuslara baş çəkməsinə icazə verməmək qərarına gəlib. Nəşr erməni məhkumların ailə üzvlərindən öyrənib ki, “Azərbaycan onlara baş çəkməyi qadağan edib”.

Amma o da bir gerçəkdir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac duymur və bunu bir neçə ay əvvəldən bəyan edib. Hökumət hesab edir ki, BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında keçmişdə də bəzi problemlər yaşanıb.

Komitə 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndidə ofis açmışdı. Həmin vaxt Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini bağlamadı. Hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra belə Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidəki ofisini bağlamaqdan imtina etdi.

Bundan başqa, Azərbaycan tərəfində BQXK-nin humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olması barədə faktlar var. 2023-cü ildə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdi aşkarlanmışdı. Həmin dövrdə DSX əvvəllər də BQXK-ya bu barədə xəbərdarlıq etdiyini məlumatda vurğulamışdı.

DSX-nin məlumatında qeyd olunurdu ki, xəstələrin təxliyəsini həyata keçirən təcili tibbi yardım maşınlarından qaçaqmalçılıq məqsədilə istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də BQXK-ya olan etimaddan sui-istifadə cəhdidir. Bununla bağlı Azərbaycan tərəfi cinayət işi açmışdı.

Daha bir məlumat isə Azərbaycan Ordusunun Füzuli istiqamətində əməliyyatlarını dayandırmağa cəhd göstərmək üçün Ermənistana komitə əməkdaşları tərəfindən casusluq edilməsi ilə bağlıdır.

Erməni nəşrinin iddiaları isə əlbəttə ki, yalandır.  Araik və digərlərinə həm ailələri ilə telefon əlaqəsinə şərait yaradılır, həm də onlarla sovqat gətirilir, saxlanma şəraiti öyrənilir. Həmçinin Azərbaycan Ombudsman Aparatı da onları diqqətdə saxlayır. Komitənin Bakı ofisi rəsmən bağlanarsa, onun Gürcüstandakı nümayəndəliyi ermənilərlə bağlı məsələləri diqqətdə saxlaya bilər. Bunu əlbəttə ki, ermənilər də yaxşı bilir, sadəcə Bakıda mühakimə olunanları gündəmə gətirmək və Azərbaycanı şərləmək üçün növbəti dezinformasiyadan başqa bir şey deyil.

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

Aydın Mirzəzadə

Azərbaycan Parlamentinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”dakı çıxışında diqqətlərə çatdırdı ki, erməni millətçiləri və Ermənistanın müəyyən dairələri Azərbaycan haqqında dünya birliyində mənfi rəy yaratmaq üçün vaxtaşırı cəhdlər edirlər: “Son ortaya atılan böhtan isə, guya ki, Bakıda məhkəmələri gedən erməni separatçılarının məhkəmə iclaslarına kənar təşkilatların nümayəndələrinin buraxılmaması ilə bağlıdır. Öncəliklə qeyd edim ki, hazırda Bakıda tarixin ikinci Nürnberq məhkəməsi gedir. Azərbaycan ərazisində separatçı qurum yaradıb yerli əhaliyə qarşı genosid, vəhşilik hərəkətləri edən, nəzarət altında saxladıqları ərazinin bütün maddi-mənəvi resurslarını məhv edən insanlar üzərində tarixi bir məhkəmə gedir. Məhkəmə açıq şəkildə aparılır. Məhkəmədə ittiham və çıxışlar ictimaiyyətin diqqətində olur. Bu məsələdə erməni böhtançıları bir fikir bildirə bilmirlər. Ortaya Beynəlxalq Qırmızı Xaç Komitəsi məsələsini atmağa çalışırlar. Qeyd edim ki, xoş məramlar üçün yaradılsa da, çox təəssüf ki, həmin komitə son dövrlərdə Azərbaycan dövlətçiliyinin əleyhinə işləyən hərəkətlər edir. Komitənin bayrağı altında separatçılara dəstək verilirdi. Ərazi bütövlüyümüzü təmin etməyə maneçilik törədilirdi. Bu baxımdan Azərbaycan komitənin fəaliyyətinə öz etirazını bildirdi. Eyni zamanda, artıq torpaqlar işğaldan azad olunub, məcburi köçkünlər bərpa edilmiş məskənlərinə geri qayıdırlar. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinə heç bir əsas yoxdur. Onlar ancaq böhran olan, humanitar olan yerlərdə fəaliyyət göstərirlər. Bunlar isə artıq Azərbaycanda yoxdur. Dövlətimiz özü öz problemini həll edə bilər. Onların bu gün məhkəmələri gedən erməni cinayətkarları ziyarət etmək təklifləri əlbəttə ki, Azərbaycan tərəfindən sualla qarşılanır. Nədən bu gün Azərbaycanda gedən quruculuq işlərinə heç bir töhfə verməyən, dövlətçiliyimizə qarşı mübarizə aparmış bu struktur birdən-birə humanitar fəaliyyət göstərmək istədi? Məhkəməsi gedən həmin şəxslər bu gün açıq şəkildə öz yaxınları ilə telefon əlaqəsi saxlayır, onların göndərdikləri sovqatları alırlar, vəkil müdafiəsi ilə təmin olunublar. Çıxışlarında heç bir zaman hüquqlarının pozulmasına dair şikayət etməyiblər, narazılıqlarını bildirməyiblər. Eyni zamanda, məsələ Azərbaycan Ombudsmanının nəzarəti altındadır. Hesab edirəm ki, bu məsələdə hər hansı bir narahatçılıq ola bilməz. Erməni millətçilərinin ölkəmizə qarşı başladıqları yeni böhtan, iftira kampaniyasının məqsədi Azərbaycanın işğaldan azad etdiyi torpaqları üzərində suverenliyini şübhə altına almaqdır. Bununla ölkəmiz haqqında beynəlxalq birlikdə mənfi rəy yaratmaq istəyirlər. Ancaq onu unudurlar ki, Azərbaycan bu gün özünün suverenliyini qorumaq gücündədir və heç bir xarici qüvvə Azərbaycana nəyi necə etməyi öyrətmək hüququnda deyil”.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu rəsmi Bakının nə addım atdığını çox yaxşı bildiyini söylədi: “Mən də onu təsdiqləyirəm ki, Azərbaycan tərəfi  Bakı həbsxanasında saxlanılan ermənilər haqqında hər zaman məlumatlıdır. İmkanımız var ki, hər an onlardan xəbər tutaq. Bu məsələyə Ombudsman Aparatı daim xüsusi diqqət ayırır. Cinayətkar emrənilərə də hər zaman öz ailələri ilə əlaqə saxlamaq imkanları yaradılıb. Bir sual verim: görəsən, Qırmızı Xaç Komitəsi bizim Qarabağda müharibə zamanı əsir düşən əsgərlərimizə, mülki əhaliyə işgəncələr veriləndə, faşist genosidi törədiləndə harada idi? Ermənilərdən bir sorğu-sual edən oldumu?

Ermənilər nə qədər bizlərə qarşı vəhşiliklər törətsələr də, biz mədəniyyətimizlə, alicənablılığımızla onlara qarşı bunun cavabını verməmişik. Onlara qarşı həbsxanalarımızda heç bir vəhşilik olmayıb, ola da bilməz. Çünki, biz azərbaycanlıyıq. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, bu hal baş verə bilməz. Amma unutmayaq ki, istər bundan sonra bir əsr də keçsin, onların qanı belədir, çıxıb nəsə mütləq şəkildə uyduracaqlar. Onlar haqqında hər gün çəkiliş etməliyik. Bizim işimizə heç kəs qarışmasın. Biz bilirik nə edirik, hansı addımları atırıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda iki savaşan ölkə nazirlərinin görüşü

Next

Məktəbli formaları bu il neçəyədir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv