Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Travmatoloq: Sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır

By Vüsal Rafiqoğlu
11.08.2025 3 Min Read

Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindən biridir. O, təkcə bədəni formada saxlamaq üçün deyil, həm də ümumi rifahı yaxşılaşdırmaq, enerji potensialını yüksəltmək və daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır. Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır. Məsələn, uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemləri müşahidə oluna bilər. Bundan əlavə, idman etmək həm də zehni sağlamlıq üçün faydalıdır. Hərəkət zamanı bədəndə xoşbəxtlik hormonları ifraz olunur, özünüzü daha pozitiv hiss etmənizə kömək edir, stres azalır, yuxu rejimi normallaşır və ümumi həyat keyfiyyəti artır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov səsləndirib.

O deyib ki, hərəkət etmək sağlam qalmaq üçün vacibdir. Lakin hər kəsin bədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fərqli fəaliyyət növləri daha uyğun ola bilər. Gəzmək hər yaşda olan insanlar üçün ən əlçatan, daha yüngül və təhlükəsiz məşq növüdür, xüsusilə oynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal seçimdir. Bundan əlavə, gəzintini uzun müddət davam etdirmək daha əlverişlidir. Bu zaman yorğunluq və zədələnmə riski azdır. Ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşı təmin olunur və qan dövranı normallaşır. Qaçmaq isə daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tez yandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaq və sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısı seçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd sadəcə sağlam qalmaqdırsa, gündəlik gəzinti kifayət edər. Yox, əgər məqsəd bədəni daha dözümlü etməkdirsə, o zaman qaçmaq daha faydalı ola bilər.

Mütəxəssis fiziki aktivliyin bir çox xəstəliklərin qarşısını almağa kömək etdiyini bildirib: “Məsələn, ürək-damar problemləri hərəkətsiz həyat tərzi ilə birbaşa bağlıdır. İnsan nə qədər az hərəkət edirsə, damarlarında qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qan təzyiqinə, infarkt və insult kimi problemlərə səbəb ola bilir. Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıq çəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır. Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu da yaşlandıqca sağlamlıq problemləri yarada bilər. Fiziki aktivlik yalnız fiziki xəstəliklərin deyil, həmçinin psixoloji problemlərin də qarşısını alır. Davamlı şəkildə idman edən insanlarda depressiya və stres daha az olur. Hərəkət azaldıqca isə bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur. Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər problemlər ortaya çıxa bilər”.

Onun sözlərinə görə, uşaqların enerjisi çox olduğu üçün gün ərzində hərəkətdə olmaları həm fiziki, həm də zehni inkişafları üçün önəmlidir. Açıq havada qaçmaq, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətlər uşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir. Eyni zamanda, komanda oyunları onların ünsiyyət bacarıqlarını və birlikdə işləmə vərdişlərini inkişaf etdirir. Valideynlər uşaqlarını passiv həyat tərzindən uzaq tutmalı, açıq havada oynamağa, idmana təşviq etməlidirlər. “Yaşlı insanlar isə idmanı daha diqqətlə seçməlidirlər. Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fiziki fəaliyyətlər riskli ola bilər. Buna görə də, yaşlılar üçün ən uyğun idman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədəni gücləndirən məşqlərdir. Gəzinti ən yaxşı seçimlərdən biridir, çünki təhlükəsiz və effektivdir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa kömək edir. Suda edilən hərəkətlər də çox faydalıdır, çünki suyun dəstəyi ilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük, bədənə əlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyini qoruyur. Həmçinin yüngül dartınma hərəkətləri və ya sadə gimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrah qalmasına kömək edə bilər. Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir. Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də gündəlik az da olsa, fiziki aktiv olmaq çox vacibdir”,- deyə V.Novruzov əlavə edib.

İdman saatlarının fərdi seçim olduğuna diqqət çəkən travmatoloq bildirib ki, bu insanın gündəlik rejimindən asılıdır. “Səhər idmanı maddələr mübadiləsini sürətləndirir və günə enerjili başlamağa kömək edir. Səhər fiziki fəaliyyət göstərən insanlar gün ərzində daha aktiv və məhsuldar ola bilirlər. Axşam saatlarında idman isə gün ərzində yığılan stresi azaltmağa kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss edir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşq etmək bəzi insanların yuxu rejimini poza bilər. Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstər səhər, istərsə də axşam idman etmək insanın sağlamlığına müsbət təsir göstərəcək. Vacib olan bədəni passiv saxlamamaqdır. Hər kəs öz bədəninə uyğun fəaliyyət növünü seçməli və bunu vərdiş halına gətirməlidir. Bilmək vacibdir ki, sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır”, – deyə mütəxəssis əlavə edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Orqanizmdə protein çatışmazlığının əlamətləri. Həkimlər nələri tövsiyə edirlər?

Next

Oğlu Anar Nağılbazla arxiv FOTOlarını paylaşdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv