Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Attestatda “5″ alanlar qəbulda az bal toplayır – səbəb

By Vüsal Rafiqoğlu
26.08.2025 3 Min Read

Təhsil qurumlarının haçalanan qərarlarına görə zərər abituriyentə dəyir – mütəxəssis rəyi

Azərbaycanda illərdir təhsil sisteminin ən çox müzakirə olunan problemlərindən biri məktəb qiymətləndirməsi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış və qəbul imtahanlarının nəticələri arasındakı uçurumdur. Bir tərəfdə sinif jurnallarında və attestatlarda parlayan “5″lər, digər tərəfdə isə imtahan zalında cəmi 10 sualı cavablandıra bilən yüzlərlə şagird və ya tam əksinə, buraxılış və qəbul imtahanlarında yüksək nəticə, lakin müəllimlərin uşaqları həmin fənlər üzrə daha aşağı balla qiymətləndirməsi halları ilə qarşılaşırıq. 

Təhsil eksperti haqqında nə bilirik? - Kamran Əsədov... » Aztehsil.com

Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanları ilə məktəb daxili qiymətləndirmə arasında kəskin uyğunsuzluq olması pedaqoji problem olmaqla yanaşı, həm də sosial ədalətsizlik, korrupsiya və etimad böhranı yaradan məsələdir: “Əgər yüksək nəticə göstərən şagirdlərin attestatlarında aşağı qiymət yazılırsa və ya zəif nəticə göstərənlərdə süni şəkildə “5” rəqəmi qeyd olunursa, bu, birbaşa olaraq qiymətləndirmə sisteminin natamamlığını və müəllimlərin peşə məsuliyyətinə yanaşmasında ciddi boşluqları təsdiqləyir”.

Statistik göstəricilər də bu ziddiyyətin miqyasını ortaya qoyur. Məsələn, 2024-cü ildə keçirilən buraxılış imtahanlarında bəzi rayonlarda şagirdlərin 60 faizdən çoxu 30 sualdan 10-dan azına doğru cavab vermiş, lakin həmin məktəblərin illik hesabatlarında həmin şagirdlərin attestat qiymətlərinin 4 və 5 olduğu açıqlanmışdır: “Bu, “Ümumi təhsil haqqında” Qanunun 14.2-ci maddəsində göstərilən “qiymətləndirmənin obyektivliyi və şəffaflığı” prinsipinin açıq şəkildə pozulmasıdır. Belə hallara göz yuman məktəb rəhbərləri isə qanunun 26.1-ci maddəsinə görə məsuliyyət daşıyır, çünki direktorun vəzifəsi məktəbdə tədrisin keyfiyyətinə və qiymətləndirmənin obyektivliyinə nəzarət etməkdir”.

Bəs necə olur ki, attestatda “5” alanlar qəbul imtahanlarında zəif nəticə göstərir, az bal yığırlar? Bu, məktəblərin nöqsanıdır, yoxsa?

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 min 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 min 222 nəfər şagird məzun olub. Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərin buraxılış siniflərindən isə 80 061 şagird məzun olub.

İlham Əhmədov: “Təhsil sistemində adlar yox, yanaşmalar dəyişməlidir” |  Icma.az

 İlham Əhmədov 

Dosent İlham Əhmədov “Yeni Müsavat”a deyib ki, orta məktəb qiymətləndirməsi ilə DİM imtahanlarının nəticələri arasındakı bu cür fərq əvvəllər də olub: “Son illərdə isə bu kəskin fərq daha çox hiss olunur. Məktəbdə verilən qiymətlərə etimad bir qədər azdır. Çünki uşaq məktəbə gəlmir axı. Son iki-üç ildə yuxarı siniflərdə şagirdlər məktəbə demək olar ki, gəlmirlər. Belə bir vəziyyətdə onlar dərslərdə iştirak etmədən gəlib summativ qiymətləndirmələrdə (KSQ, BSQ) iştirak edirlər. Həmin qiymətləndirmələrdə isə hansı fəndən repetitor yanına gedirlərsə, o fənlərdən yaxşı bal toplayırlar. Hansı fənlərdən hazırlığa getmirlərsə, zəif nəticə göstərirlər. Görünür ki, sonradan attestatlarda bu qiymətlər hansısa formada şişirdilir”.

Dosent əlavə edib ki, ikinci bir səbəb də məktəbin qiymətləndirmə alətləri ilə DİM-in qiymətləndirmə alətləri arasında olan fərqlə bağlıdır: “Məktəblər bildirirlər ki, sualları məktəb proqramları əsasında hazırlayırlar. Amma DİM proqramda olmayan əlavə mövzular da daxil edir. DİM isə buna etiraz edir və bildirir ki, onlar da məktəb proqramından kənara çıxmır, sualları həmin proqram əsasında tərtib edirlər. Beləliklə, bu məsələdə qurumlar arasında illərdir ki, mübahisə davam edir. Hesab edirəm ki, qiymət fərqində əsas günah məktəb rəhbərlərindədir. Məktəblərdə şişirdilmiş qiymətlər yazılır. Ümumiyyətlə, təhsildə çox ciddi problemlər var. Bu problemləri köklü şəkildə həll etmək lazımdır. Təəssüf ki, biz təhsilin idarə olunmasında ciddi və məsuliyyətli yanaşmanı görmürük”.

Ekspertin vurğuladığı kimi, problemin əsas səbəblərindən biri ölkədə təhsil sisteminin iki əsas qurum tərəfindən ayrı-ayrı idarə olunmasıdır. Bu bölünmə nəticəsində qiymətləndirmə yanaşmaları arasında uyğunsuzluq yaranır. Məktəbdə daha yumşaq və subyektiv qiymətləndirmə tətbiq olunur, DİM isə standartlaşdırılmış və obyektiv test üsulları ilə nəticə çıxarır. Bu fərq nəticələrin bir-birini təsdiqləməməsinə gətirib çıxarır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vilayəti əl çəkmir – “Qurani-Kərimdə Qafqaz…”

Next

Daha bir ölkə dördgünlük iş rejiminə keçir – bəs bizdə?

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv