Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Əməliyyat etdirən qızlar niyə bir-birinə oxşayır? – Adil Qeybulla SİRLƏRİ AÇDI

By Vüsal Rafiqoğlu
29.08.2025 6 Min Read

Saxta həkimlər, diplomsuz cərrahlar, əməliyyat qurbanı olan qadınlar son illərin ən böyük sosial problemlərindən birinə çevirilib. Ayda azı 1 dəfə “həkim”lər hansısa neqativ əməlləri ilə gündəmə gəlirlər.

Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Lent.az-a müsahibəsində plastik-estetik əməliyyatların qalıcı fəsadlarından, saxta həkimlərdən və səhiyyənin digər problemləri barədə danışıb.

– Həkim, plastik-estetik əməliyyatlar niyə bu qədər təbliğ olunur? Bu proseslər təkcə bizim ölkədə bu qədər yayılıb?

– Estetik adlandırılan kateqoriyaya daxil edilən əməliyyatlar qrupu sağlam insanlar üzərində aparılır. Düzdür, bu insanların da, müəyyən xəstəlikləri ola bilər, amma ümumilikdə həkim üçün bu xəstələr sağlam şəxslərdir. Bilirsiniz, qəribədir ki, sözügedən əməliyyatlar xarici ölkələrdə bu qədər geniş vüsət almayıb. ABŞ-da, İngiltərədə estetik prosedurların çəkisi Azərbaycanla müqayisədə xeyli aşağıdır. Hətta buna görə cərrahlar da başqa ölkələrə üz tuturlar ki, daha çox əməliyyat edə bilsinlər.

Estetik əməliyyatların mahiyyəti bədənin yenidən şəkillənməsi, formasının dəyişməsi, estetik standartlara uyğunlaşması üçündür. Təbii ki, bu da qadınların cəmiyyətdə, sosial həyatda iştiraklarının və əhəmiyyətlərinin yüksəlməsi ilə bağlıdır. Qadınlar hər zaman istəyirlər ki, gözəl görünsünlər. Amma mənim fikrimcə, gözəllik etalonuna köklənəndə fərdiləşməni də nəzərdən qaçırmamaq lazımdır. Bu dəqiqə bütün qızlar bir-birinə oxşayırlar. Hamısında yəhərvari burun, qalınlaşmış dodaqlar, üz dolğuları… Onlara baxan kimi asanlıqla bilmək olur ki, hansı prosedurları etdiriblər. Hətta bəzən burunlara da baxıb, hansı cərrahın əl işi olduğunu da deyə bilirəm. Ən çox edilən əməliyyatlara daxil olan rinoplastika xarici ölkələrdə lor həkimləri tərəfindən aparılır. Çünki burada məsələ təkcə burunun estetikası deyil. Bu cür burunlarda həm də tənəffüs funksiyası normallaşmalı, orta çəpər düzləşməlidir. İstənilən cərrahi əməliyyatın əsas hədəfi funksianallıqdır. Əgər xəstə əməliyyat nəticəsində hansısa diskomfort vəziyyətdən xilas ola bilmirsə, deməli bu əməliyyatın insana faydası yoxdur.

– Bəlkə bu gün də hansısa şəxs həkim adı altında fəaliyyət göstərir. Yalnız bir bədbəxt hadisə olanda və ictimailəşəndə onun barəsində inzibati tədbirlər görülür. Diplomunun olmadığı aşkara çıxır və s. Amma iş-işdən keçəndən sonra. Bu həkimləri necə əvvəldən müəyyənləşdirmək olar?

– Lisenziyasız, sənədsiz həkimlik fəaliyyəti ilə məşğul olmaq cinayətdir və bunun cəzası olmalıdır. Konkret cəza olarsa, insanlar bu yoldan çəkinəcəklər.

– Cəzalar inzibatidir…

– Cəzalar daha ağır olmalıdır. Bir insanın həkimlik diplomu, bu fəaliyyət üçün tələb olunan bütün sənədləri tam deyilsə, onun xəstə üzərində hansısa əməliyyatlar, müalicələr etməsi qadağandır. Bu hallar insanlar üzərində klinik eksperimentlər anlamına gəlir və cinayət tərkibi yaradır. Mütləq həmin şəxslər həbs olunmalıdırlar.

– Bəs hansı estetik əməliyyat orqanizm üçün daha ciddi fəsadlara yol aça bilər?

– Bu kateqoriyaya abdominoplastika (qarnın bütün piylərinin götürülməsi), böyük həcimli liposaksiya (qarında kiçik piylərin götürülməsi) və bədənin ümumi konturplastikası (bədən şəkilləndirmə) daxildir. Həmin əməliyyatlar zamanı orqanizm ekstremal vəziyyətə düşür. Böyük sahələrdə piy toxuması dağıdılır. Bu toxumalarda çoxsaylı həm enerji materialları, həm də toksiki maddələr ola bilir. Sözügedən əməliyyatlar zamanı həmin toxumalar bədənə yayıldığı üçün sonradan çox ciddi fəsadlarla üzləşmək mümkündür. Məhz bu səbəbdən xəstələr əməliyyatdan sonra bir neçə gün klinikada qalmalı, intensiv həkim nəzarətində olmalıdırlar. Yalnız xəstə tam özünə gəldikdən sonra evə buraxıla bilər, amma təəssüf ki, xəstəni 1-2 günə evə yazırlar, nəticədə də onun vəziyyəti ağırlaşır. Çox vaxt xəstələrdə dehidrasiya yaranır, su-elektrolit mübadiləsi pozulur və yekunda xəstələr dünyasını dəyişirlər. Bəzən də böyrək, ürək çatışmazlığı olanlar da, bu cür bədən şəkilləndirmə əməliyyatlarına üz tuturlar. Əməliyyatdan sonra həmin cüzi görünən problemlər də böyük fəsadlara yol açır. Bu kimi problemləri olan xəstələr əməliyyatdan əvvəl çox detallı analizlərdən, yoxlanışlardan keçməlidirlər. Bəzən cərrahlar əməliyyatı müvafiq olmayan şəraitdə, sterilliyi gözləmədən, aseptikanın pozulduğu situasiyada icra edirlər ki, bu da həyat üçün çox təhlükəlidir. Xəstələr bunun fərqində olmalıdırlar.

– Əməliyyatın nəticəsi uğurlu olsa belə, onu ömür boyu nəzarətdə saxlamaq lazımdır? Yoxsa tamamilə əvvəlki həyat tərzinə qayıtmaq olar?

– Çəki ilə bağlı aparılan bütün estetik əməliyyatlardan öncə xəstə dietoloqla məsləhətləşməlidir. Həmin həkim-dietoloqlar ilk növbədə çəki artıqlığının səbəbini müəyyən etməlidir. Bəzən bu, insulin dirənci ilə bağlı ola bilir. Xəstələr doyma hissini itirdikləri üçün daim nələrsə yeyirlər, yaxud stress, hormonal pozuntular artıq çəki yarada bilər. Bunun səbəbi araşdırılmamış nə özbaşına dieta, pəhrizlə məşğul olmaq, nə də ki, əməliyyata girmək olar. İlk növbədə bu əməliyyat mənasız olacaq, ona görə ki, sağaldıqdan sonra eyni qaydada təkrarlanan həyat tərzi ilə götürülən piylər tez bir zamanda yerinə bərpa olunacaq.

– Yəni xəstə liposaksiyadan sonra yenə də əvvəlki kimi qidalansa, əməliyyat faydasız olacaq?

– Əlbəttə, piylər bədəndə depolanır. Əgər həyat tərzi düzgün deyilsə, heç bir əməliyyatın nəticəsi olmur. İnsulin dirənci olan adamlarda mədə böyüyür, qida dərhal 12 barmaq bağırsağa yollanır və tez-tez aclıq hissi formalaşır, şəkər aşağı düşür, yenidən yemək yeyirlər.

– Bəs bu vəziyyətə çatmamaq üçün nə etmək olar?

– Düşünürəm ki, bu vəziyyətə çatmamaq üçün az yemək lazımdır. Bu yaxınlarda demişdim ki, bizim xanımların bədəni fiziki cəhətdən formasını tez itirir. Bu sözə görə məni tənqid də etdilər, amma mən onun sağlamlıq tərəfini düşünüb demişdim. Gənc xanımlar 1-2 pilləkən düşüb yorulurlar, qaça, yeriyə bilmirlər. İlk növbədə fit bədən sağlamlıq göstəricisidir. İnsan niyə fizioloji ömrünü normal yaşamamalıdır? Az yemək, çox hərəkət etmək lazımdır. Süfrədən doymadan durmaq mütləqdir. Bunlar həm də qida mədəniyyətidir.

– Adil bəy, xəstələrin əməliyyatdan sonrakı ağırlaşmasında həkimlərin səhlənkarlığından da bəhs edirsiniz. Bu, eləcə də diplomsuz kimi tanınıb, hər dəfə gündəmi zəbt edən “həkim”lərlə bağlı problemləri necə həll etmək olar?

– Ayrı-ayrı işbazlar həkim adı altında pərdələnərək, bu fəaliyyətlə məşğul olurlar. Əlbəttə ki, onların arxasında durub dəstək verən, klinika açan, avadanlıqlarla təmin edən şəxslər var. Belə olduğu halda da vəziyyətdən sui-istifadə edib, istədikləri işlərlə məşğul olurlar.

Birinci növbədə həkimlər üçün nəzərdə tutulan sertifikasiya imtahanları ləğv edilməlidir. Dünyanın heç bir ölkəsində həkimlər sertifikasiya olunmurlar. Bir insan imtahan verib, universitetə daxil olur, sonra oradan məzun da olur. Amma hər 5 ildən bir imtahan verir. Bu proses həkimlərə heç bir bilik gətirmir. Neçə illik təcrübədən də görürük ki, sertifikasiyadan sonra heç bir pozitiv dəyişiklik baş vermədi. Əksinə neqativ halların çəkisi artır.

Bundan əlavə akkreditasiya sistemi yaradılmalı, həkimin bütün sənədləri yoxlanılmalıdır. Xəstələr də həkimin yanına gələndə onun lisenziyasına baxaraq, qərar verir ki, bu həkim filan əməliyyatı icra edə biləcək hüquqa sahibdir, ya yox.

Üzə fillerlərin (dolğuların) vurulması İngiltərədə ancaq həkimlər tərəfindən icra olunur. Ancaq bizdə 3-6 aylıq kurslara gedib, tibb bacısı adı ilə birbaşa kosmetoloji prosedurlar icra edirlər. Dəfələrlə bildirilib ki, tibb bacısı ixtisasına yiyələnmək üçün tibb kolleclərində təhsil almaq lazımdır. Orta ixtisas təhsili olmayanların iynə vurmaq kimi fəaliyyətləri olmamalıdır. Hələ nəzərə almaq lazımdır ki, kollec məzunlarının da bilikləri çox aşağıdır. Bəzən də olur ki, kimsə tibb bacısıdır, yaxşı qabiliyyəti var, amma sənədi yoxdur, kimdənsə iynə vurmağı öyrənib.

Düşünürəm ki, tibb bacıları ilə yanaşı estetik cərrahlar da ilk növbədə ümumi cərrahlıq praktikasına sahib olmalıdırlar. Ondan sonra plastik cərrahiyə üzrə rezidentura təhsili almalıdırlar. Bizdə bu məsələlər pozulub. Estetik əməliyyatlarda korporativ maraq var. Hamı da o mağara qaçır.

– Səhiyyədəki problemlərdən biri də həkimlərin daha bahalı dərman yazmalarıdır. 100 manatlıq dərman varkən, nəyə görə 300 manatlıq resept yazılır? Məqsəd nədir?

– Bu cür neqativ tendensiyaların qarşısını almaq üçün ilk növbədə klinik protokollar tətbiq edilməlidir. Mühüm müayinələr, skrininqlər, dinamik müşahidələr icbari tibbi sığorta paketinə daxil olduğu halda xəstə bu yükdən azad olur. Bundan sui-istifadə halları da avtomatik olaraq aradan qalxır. Həkim klinik protokoldan kənara çıxmadığı, situasiyadan sui-istifadə etmədiyi zaman problem həll olur. Çünki xəstəyə təyinat vermək həkimə aiddir. Həkim də ona vicdanla yanaşmalıdır.

– Eyni anda bir neçə proseduru etmək daha risklidir, yoxsa ayrı-ayrılıqda hər biri üçün anesteziya almaq?

– Həkim hər bir xəstəni fərdi dəyərləndirməlidir. Onun yaşı, başqa xəstəliklərinin olub-olmaması, sağlamlıq parametrlərinin yetəri qədər olması əməliyyatın həcmini genişləndirməyə imkan verir, amma elə xəstələr var ki, həkimlər onların problemlərinin fərqində olmurlar. Məhz ağırlaşmaların böyük əksəriyyəti bu səbəbdən – həkim səhlənkarlığından qaynaqlanır.

– Estetika deyəndə adətən qadınlar canlanır gözümüzdə. Amma, artıq kişilər də gözlərini dartdırır, burunlarına forma verir, üz-çənə xətlərini dəyişdirir, dodaq-burun məsafələri ilə bağlı çoxsaylı əməliyyatlar icra etdirirlər. Gözəllik şkalası kişilər arasında da yayğınlaşıb. Bu bizi hara aparır?

– Azərbaycanda istər qadınlar, istər kişilər arasında estetik əməliyyatlara bu qədər meyl cəmiyyətdə dəyərlərin dəyişməsi ilə bağlıdır. İnkişaf etmiş xarici ölkələrdə siz estetik əməliyyatla heç kimi təəccübləndirə bilməzsiniz. Yalnız intellektlə insanları heyrətləndirmək mümkündür. Onlar heç vaxt saçınızın rənginə, geyiminizə baxmırlar. Əksinə, orada hansısa xanıma ayaqqabınız sizə çox yaraşır, desəniz, o, bunu tamamilə fərqli qavrayacaq. Amma bizdə dəyərlər başqadır.

Hesab edirəm ki, biz müsəlman kişisi kimi ata-babalarımızın ənənələrini qoruyub-saxlamalıyıq. Kişinin saçını rəngləməsi, üzünə hansısa estetik əməliyyatlar etdirməsi, lazer epilyasiya etdirməsini eşidəndə insan təəccüblənir. Bunlar Azərbaycanda transgenderlərin fəaliyyəti, kifayət qədər ciddi mənbələrdən maliyyələşən qruplaşmaların tendensiyası ilə bağlıdır.

Dünyada ailə institunun dağılması və bu cür məsələlərlə bağlı ciddi işlər gedir. Biz də çox istəyərdik ki, bu hallar Azərbaycan məişətinə daxil olmasın, amma faktlar bunu demir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yeniyetmə oğlan hoteldə anasını buna görə öldürübmüş… – VİDEO

Next

“Ayravani, ayravani, Avropa…”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv