Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Ayravani, ayravani, Avropa…”

By Vüsal Rafiqoğlu
29.08.2025 4 Min Read

Ekspertlərə görə, iqtisadiyyata və logistikaya nəzər saldıqda İrəvanın Aİ-yə üzvlüyü hətta yaxın illərdə belə mümkünsüzdür

Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirələri son aylar xeyli səngiyib. Erməni ekspertlərə görə, necə deyərlər  “ayravani, ayravani, Avropa…” deməklə möcüzə baş verməsi – İrəvanın Aİ-yə üzvlüyü iqtisadiyyata və logistikaya nəzər saldıqda hətta yaxın illərdə belə mümkünsüzdür.

Belə ki, 2024-cü ildə Ermənistan ixracatının yalnız 4,7%-i Avropa İttifaqına gedib, Aİ ilə ümumi ticarət dövriyyəsi isə cəmi 7,5% təşkil edib. Müqayisə üçün Moldova ixracının demək olar ki, 65%-ni Aİ-yə, Ukrayna isə 64%-ni ixrac edir. Ona görə də bu ölkələr üzvlüklə bağlı rəsmi danışıqlara başlayıblar. Ermənistanın göstəriciləri 10-15 dəfə aşağıdır. Güclü iqtisadi əlaqələr olmadan isə Brüssel üzvlük məsələsini belə müzakirə etməyəcək. 

Ermənistan hazırda Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu, Aİ qaydalarına uyğun gəlməyən vahid gömrük tarifi deməkdir. Avropa bazarına çıxmaq üçün İrəvan Aİİ-dən tamamilə çıxmalı, yüzlərlə texniki standartı yenidən yazmalı, vergi və gömrük sistemini dəyişdirməlidir.  Praktikada bu, illər çəkəcək və çox böyük xərclər tələb edəcək.

Ekspertlər Ermənistanın dənizə çıxışının olmamasına da diqqət çəkir. Yəni Ermənistan faktiki olaraq qapalı sərhədlərlə əhatə olunub. Avropaya bütün ticarət müntəzəm qar uçqunlarının və kilometrlərlə tıxacların olduğu Gürcüstandan (Yuxarı Lars) və ya Poti və Batumi limanlarından keçir. Bu, nəqliyyatı bahalı və riskli edir. Aİ bir qərarla Ermənistanı “aça” bilməyəcək. Gürcüstan hələ 2014-cü ildə Aİ ilə azad ticarət sazişi imzalayıb, lakin orada da Avropaya ixracın payı ciddi şəkildə artmayıb – 12-16% arasında dəyişir. Səbəb sadədir: logistika Şərqi Avropa ilə müqayisədə daha bahadır. Əgər hətta Gürcüstan Aİ-yə ixracı kəskin şəkildə artıra bilməsəydi, o zaman Ermənistan üçün daha çətin olacaq. Bəli, Şimal-Cənub dəhlizi tikilir, Sünikdə çox kilometrlik tunellər planlaşdırılır, Avropa İnvestisiya Bankı bu yaxınlarda 236 milyon avro ayırıb. Amma bunlar onilliyin sonu üçün nəzərdə tutulan layihələrdir. Onlar başa çatana qədər Ermənistan mallarının Avropaya daşınması Rumıniya, Bolqarıstan və hətta Gürcüstandan həmişə baha olacaq.

Ermənistan ilk növbədə Avropaya ixracı ən azı 20-25%-ə çatdırmalı, yol və tunellərin tikintisini başa çatdırmalı, bir bazardan asılılığı azaltmalıdır. Yalnız bundan sonra üzvlük haqqında danışmaq üçün real ilkin şərtlər yaranacaq. Hələlik Aİ-yə üzvlüklə bağlı söhbətlər iqtisadi reallıqdan daha çox siyasi blef olaraq qalır.

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir? » Azxeber.com

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Ermənistanın Aİ-yə üzv olması siyasi motivlər üzərində qurulmuş yuxudur: “Çünki Avropa İttifaqına daxil olmaq üçün Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmalı və ticari-iqtisadi əlaqələrin istiqamətini dəyişdirməlidir. AİB-dən Ermənistanın uzaqlaşması real görünmür. Çünki bu iqtisadi təşkilatdan uzaqlaşarsa, Ermənistanın iqtisadiyyatı çökəcəkdir. Bu təşkilatdan ayrılması üçün Ermənistan ilk növbədə Avropa İttifaqı ilə ticarət dövriyyəsini kifayət qədər artırmalıdır. Bunun üçün isə logistika nəqliyyat əlaqələri qurulmalıdır. Bu əlaqələri qurmaq üçün isə mütləq şəkildə Zəngəzur dəhlizi fəaliyyət göstərməli və Türkiyə üzərindən yollar açılmalıdır. Biz 5 il əvvəl Zəngəzur dəhlizi terminini gündəmə gətirəndə Ermənistanda bundan çox narahat olurdular. İndi isə görürlər ki, Zəngəzur dəhlizi təkcə yolumuzun Naxçıvana açılması deyil. Bu həm də Ermənistanı tranzit ölkəyə çevirəcək yeganə layihədir. Həm də Avropa ilə ticarəti səmərəli qurmaq üçün bir imkandır”.

Deputat dedi ki, Ermənistanı Avropa İttifaqında gözləyən də yoxdur: “Avropa İttifaqı siyasi maraqlar üzərində vədlər verir. Amma reallıq isə vədlərdən tamamilə uzaqdır.  Aİ Türkiyəni müxtəlif bəhanələrlə illərdir ki, təşkilata üzvlüyə qəbul etmir. Bu baxımdan Ermənistanın yaxın gələcəkdə Aİ-yə üzv olması, bu təşkilatla ticarət balansının artırılması ancaq xəyaldan başqa bir şey kimi görünmür”.

Qızılı qəbul edən müəllim və valideynlər barədə dəhşətlər üzə çıxdı - Günay  Hüseynova | Tribunainfo.Az

 Günay Hüseynova

İqtisadçı-ekspert Günay Hüseynova isə bildirdi ki, Ermənistanın Avropa İttifaqı arzusu növbəti 10 il üçün real görünmür: “Aİ təkcə iqtisadi deyil, hüquqi və siyasi islahatlar da tələb edir. Hazırda Ermənistan büdcəsi iqtisadi islahatların icrası baxımdan kifayət deyil. Bununla belə, ölkənin ixrac potensialı, məhsullarının Avropa bazarına ucuz və səmərəli çıxması baxımından da coğrafi mövqeyi əlverişli deyil. Belə ki, Azərbaycanın Türkiyə ilə quru sərhədləri bağlıdır. Gürcüstan vasitəsilə xarici bazara çıxarır, məhsulların bunun nəticəsində də logistika və daşınma xərcləri yüksək və nəticədə məhsul baha ərsəyə gəlmiş olur. Bu da iqtisadi şərtlərə uyğun deyil. Bundan əlavə Ermənistanın Sünik vilayətindən logistika və daşınma ilə bağlı tunel tikintisi planlaşdırılır və bu layihənin icrası üçün 236 milyon avroya yaxın vəsait tələb olunur. İqtisadi büdcə yetərli olmadığı üçün bu iş də icra olunmadı. Bu da onu deməyə əsas verir ki, iqtisadi büdcəsi yetərli olmayan ölkənin Avropa İttifaqı istəyi əsassızdır. Bundan əlavə, Avropa ittifaqı üzvlüyü üçün Ermənistan ixracı standartlara uyğun deyil: çünki həm texnoloji avadanlıq istehsalı yoxdur, həmçinin də istehsal etdikləri məhsul Avropa standartlarına tam olaraq uyğun deyil. Aİ standartlarını qarşılamaq üçün həmçinin kənd təsərrüfatı məhsulu tamamilə organik olmalıdır. Həmçinin Ermənistan idxaldan asılılığı azaltmalı, geoiqtisadi şərait nəzərə alınaraq Rusiya ilə ticari tərəfdaşlıqda geri addım atmalıdır. Bu da təbii ki, mümkünsüzdür.

Bundan əlavə, Ermənistan Avrasiya ittifaqının üzvüdür, buna əsasən də bəzi şərtlər Avropa İttifaqının şərtləri ilə uyğun gəlmir. Bunun üçün də Aİİ dən çıxması lazımdır. Aİ-yə üzvlük həm zaman tələb edir, həm də bütün iqtisadi, siyasi, hüquqi şərtləri yerinə yetirmək lazım gəlir. Düşünürəm ki, Ermənistanın Avropa İttifaqı xəyalları Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır. Lakin qeyd etdiyim bir çox səbəblərin də icrası baxımdan yaxın zamanda real görünmür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əməliyyat etdirən qızlar niyə bir-birinə oxşayır? – Adil Qeybulla SİRLƏRİ AÇDI

Next

Sabah saat 12:00-dən qaz olmayacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv