Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“Xaricdə attestatla təhsil” tələsi: Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı…

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Ali məktəblərə qəbul olan məzunlar tələbə adını qazanmalarına görə nə qədər sevindilərsə, bu siyahıda yer almayanlar da bir o qədər kədərləndilər. İmtahanlarda kəsilənlərin əksəriyyəti ənənəvi olaraq “xaricdə attestatla təhsil” almaq yolunu seçirlər. Bu seçim get-gedə kütləvi xarakter alır. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına daha ciddi hazırlaşaraq, növbəti ildə istədikləri nəticəni əldə edə biləcəkləri, yəni daha məntiqli addım ata biləcəkləri halda bilərəkdən özlərini tələyə salırlar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu günlərdə abituriyentlərə və onların valideynlərinə müraciəti də gələcəkdə yaranacaq problemlərin qarşısını almağa yönəlib. Çünki onlar diplomun tanınmaması, təhsilin yarımçıq qalması və s. ciddi fəsadlarla üz-üzə qalırlar. Agentliyin müraciəti də valideyn və abituriyentləri ayıq-sayıq olmağa çağırır: “Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır”. Problem millət vəkillərini də, təhsil mütəxəssislərini də narahat edir.

“Təhsil sahəsində də dəllallıqla məşğul olanlar var”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, ümumiyyətlə bu tendensiya illərdir mövcuddur: “Təəssüf ki, bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də dəllallıqla məşğul olanlar var. Onlar davamlı olaraq xaricdə attestatla qəbulla bağlı elanlar yayır, gənclərimizi xaricə oxumaq üçün göndərirlər. Bir sıra hallarda insanları aldadır, onları düzgün məlumatlandırmırlar. Hazırkı dövrdə belə universitetlərin sayı artıb. Nəticədə gənclərin bir hissəsi sonrakı dönəmlərdə ciddi problemlərlə üzləşirlər. Bizim də tövsiyəmiz ondan ibarətdir ki, valideynlər və gənclər belə elanlara aldanmamalı, ehtiyatlı olmalı, bu cür dəllalların qurbanı olmamalıdırlar”. Millət vəkili bildirir ki, xaricdə bu yolla təhsil alan gənclərin əksəriyyəti ölkəyə qayıtdıqdan sonra ciddi problemlə üzləşirlər. Bəziləri Azərbaycan universitetlərinə transfer olunmaq istəsələr də, bu, alınmır. Gələcəkdə onların diplomlarının tanınması ilə bağlı da ciddi problemlər yaranır: “Gənclər Azərbaycanda həm diplomlarını tanıda, həm də iş tapa bilmirlər. Onların bir hissəsi də universitetdə təhsillərini bitirib qayıda bimirlər”.

“Biz ciddi şəkildə valideynlərə tövsiyə edirik ki, tələsməsinlər”

Deputatın fikrincə, bəzən valideynlər övladlarını hərbi xidmətdən yayındırmaq üçün, bəzən də həddən artıq ali təhsilə meyl etdiklərindən bu addımı atırlar: “Təbii ki, ali təhsil almaq yaxşıdır, amma əgər uşağın potensialı yoxdursa, ali təhsilə yönəlməsi gələcəkdə valideynlər üçün problem yaradacaq. Artıq ali məktəblərə qəbul bitmək üzrədir. Xaricdə təhsilə yönləndirənlər bilirlər ki, Azərbaycan universitetlərinə qəbul ola bilməyən gənclərin bir qismi öz istəkləri və ya valideynlərinin təkidi və təşviqi ilə xaricdə oxumağa yönəlirlər. Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı gənc təhsil alır. Bu, kifayət qədər böyük rəqəmdir. Onların çoxu da diplomla təhsil alanlardır və əksəriyyəti sonrakı dövrdə ciddi çətinliklər yaşayırlar. Ona görə biz ciddi şəkildə valideynlərə tövsiyə edirik ki, tələsməsinlər. Əgər uşaq ali təhsil ala bilmirsə, peşə təhsili ala bilər. Valideynlər dövlət qurumlarının çağırışlarına əməl etməlidirlər. Onlar övladlarını göndərdikləri universitetləri ciddi şəkildə araşdırıb bu ali məktəblərin gələcəkdə nə dərəcədə övladlarına faydalı ola biləcəyinə əmin olmalıdırlar. Valideynlər çalışmalıdırlar ki, bu cür tələlərə düşməsinlər. Əgər tələbələr qayıdıb ölkədə işləmək istəyirlərsə, bu məqamlara diqqət yetirməlidirlər”. Millət vəkili bildirir ki, həmin gənclər ölkəyə döndükdən sonra diplomlarını təsdiqlədə bilmirlər və ondan sonra dövlətdən narazı qalırlar: “Əslində bu məsələdə günah dövlətdə deyil. Hesab edirəm ki, vətəndaşlarımız maksimal dərəcədə diqqətli olmalıdırlar. Hər ali məktəbdə təhsil almaq olmaz. Öz ölkəmizdə də yaxşı universitetlər var. Gənclər peşə təhsilinə üz tutsalar, bu, onların gələcəkdə uğur qazanması üçün də önəmli seçim olar”.

Tələbə dolayı yollarla qiymət alarsa…

ADA Universitetinin professoru Gülməmməd Məmmədov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xəbərdarlığını vacib hesab edir: “Xaricdə akkreditasiyadan keçməmiş, öz ölkələrində tanınmayan universitetlər tələbələri qəbul edir, onlara diplomlar verirlər. Bizim dövlətin də müəyyən şərtləri var. Diplomlar müəyyən çərçivələr daxilində tanınmalıdır”.

G.Məmmədovun fikrincə, bizim cəmiyyətdə attestatla qəbula mənfi baxılır, amma xaricdə kifayət qədər nüfuzlu universitetlər də var ki, tələbələri bu sənədlə qəbul edirlər: “Bu, “Açıq qapı” prinsipi ilə həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə ödəniş edərək, dərslərə davam edirlər. Dərslərdən müvəffəqiyyətlə keçəndə kreditlər toplayıb sonda o şərtlərə cavab versələr, diplom alırlar. Amma bunu edən universitetlər əslində yüksək etik standartlarla fəaliyyət göstərən ali məktəblər olmalıdır ki, onların tədris prosesinə etibar edəsən. Bütün universitetlər isə belə deyil. Tələbə hansısa dolayı yollarla qiymət ala bilərsə, universitetin belə tələbə qəbul etməsi yaxşı hal deyil. Ona görə valideyn və abituriyentlər diqqətli olmalıdırlar”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda hər şey bahalaşacaq: Səbəbi açıqlandı

Next

Ən yüksək keçid balını o topladı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv