Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda hər şey bahalaşacaq: Səbəbi açıqlandı

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb. Belə ki, 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən, inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Xatırladaq ki, Mərkəzi Bankın iyul proqnozlarına görə ölkədə illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı proqnozlaşdırılır. Bəs inflyasiya proqnozunun artırılmasına təsir edən amillər hansılardır?

“Əsas səbəb xarici təsirlərdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, proqnozun artırılmasının əsas səbəblərindən biri idxal inflyasiyasıdır: “Xüsusən də region bazarlarında müşahidə edilən qiymət artımları və Azərbaycana idxal edilən məhsullar üzrə qeydə alınan inflyasiya proqnoza yenidən baxılmasını zəruri edib. Əsas səbəb xarici təsirlərdir. Xarici amillər içərisində daha çox logistika və idxal edilən məhsulların qiymətləri əsas səbəblərdəndir. Çünki qlobal enerji bazarında stabillik var. Hətta qiymətlər proqnozlaşdırılandan daha aşağıdır. Ona görə də enerji məhsullarının qiymətlərindəki dəyişikliklər praktik olaraq inflyasiya səviyyəsinə indiki halda təsir göstərməyib”.

“Daxili amilləri də nəzərə almalıyıq”

V.Bayramovun fikrincə, daxili amilləri də nəzərə almalıyıq: “Çünki büdcə xərclərinin artması nəticə etibarilə tələb yaradır. Tələb yaratdığı üçün də qiymət artımlarına səbəb olur. Digər tərəfdən nəzərə alaq ki, 2025-ci ildə əməkhaqqı, pensiya, sosial müavinətlərdə də artımlar qeydə alındı. Bu da istehlak bazarında tələbə təsir göstərdi. Daxili amillər içərisində tələbin artması, xüsusən də istehlaka yönəldilən vəsaitin həcminin yüksəlməsidir. Çünki biz inflyasiyaya diqqət yetirsək görərik ki, burada tariflərin təsirləri elə də yüksək deyil. Amma istehlak və büdcə xərclərindəki artımlar inflyasiya proqnozuna təsir göstərir”.

“İqtisadiyyat üçün ciddi risklər formalaşdırmır”

Millət vəkili bildirdi ki, bütün hallarda proqnozun artırılmasına baxmayaraq, inflyasiya ilə bağlı proqnoz birrəqəmlidir. Birrəqəmli olduğu üçün iqtisadiyyat üçün ciddi risklər formalaşdırmır: “Qiymətlərin aşağı olması vətəndaşların xərcləri baxımından vacibdir. Ailə büdcəsi aspektindən inflyasiya səviyyəsi aşağı olmalıdır. Amma nəzərə almaq lazımdır ki, əsas hədəf inflyasiyanı proqnozlaşdırılan səviyyədə saxlamaqdır. Bunun üçün idxaldan asılılığın azaldılması vacibdir. Çünki idxal inflyasiyası əsas faktordur. 2025-ci ildə təxminən altı faizə yaxın qiymət artımları proqnozlaşdırılır. 2026-cı ildə 5,3 faiz proqnoz edilir. Növbəti ildə də inflyasiya proqnozu 5-6 faiz intervalında dəyişəcək”.

Dünyada baş verən proseslərin təsiri

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli isə düşünür ki, rəqəmlərin dəyişməsinə səbəb dünyada baş verən proseslərdir: “Keçən il proqnoz 4,6 faiz nəzərdə tutulmuşdu. İndi isə yüksəlib. Proqnoz ilə real göstəricilər fərqlənə bilər. Bunun da səbəbi bəzi xidmət tariflərinin artması, qlobal bazarlarda müəyyən logistika kanallarının və məhsulların qiymətində artım baş verməsidir. Bəzi ölkələrdə ixraca məhdudiyyətlər qoyulub ki, bura ət, taxıl məhsulları daxildir. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Digər ölkələr arasında münaqişələr olması da məsələyə öz təsirini göstərdi”.

İnflyasiyanı azaltmağın yolları

E.Kərimli inflyasiyanı azaltmağın yollarından da bəhs etdi: “Daxili amillərə gəldikdə, tənzimlənən tariflərin, tələbatın artması baş verdi ki, bu da inflyasiyanı tətikləyən hallardan biridir. Əhalinin gəlirləri ilin əvvəlində artırıldı. Əsasən də təqaüdlərdə, sosial müavinətlərdə artım baş verdi. İnvestisiya qoyuluşu da inflyasiyaya təsir edir. İnflyasiyanın azaldılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir. Öncə idxaldan asılılığın azaldılması gələcək riskləri minimuma endirəcək. Həm də ərzaq məhsullarının böyük hissəsi idxaldır. Kənd təsərrüfatı və qeyri-neft sektorunu inkişaf etdirməliyik. İnflyasiyanın artımı əhalinin gəlirlərinə mənfi təsir göstərir. Çünki bu hər 100 manata bir manat itki deməkdir. Bütün bunlar gələcək riskləri də artırır və əhalinin büdcəsinə mənfi təsir göstərə bilər. İnflyasiyanın 2026-cı ildən sabitləşmə ehtimalı var. Amma bu proqnoz tam reallığı əks etdirməyə də bilər”.

“İdxaldan asılılığı tam azalda bilməyəcəyik”

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişimin səbəblərindən biri yanvar ayından kommunal xidmətlərin bahalaşmasıdır: “İkinci məqam bu ilin əvvəlindən başlayaraq dolların digər valyutalar qarşısında dəyər itirməsidir. Bu da idxalın bahalaşmasına səbəb oldu. İnflyasiyanın əsas səbəbi idxaldır. Daxili proseslərdən Tarif Şurasının və hökumətin qərarları inflyasiyaya təsir edir”.

X.Kərimlinin fikrincə, inflyasiya əhalinin aşağı təbəqəsinin gəlirini daha da azaldır: “İdxaldan asılılığı tam azalda bilməyəcəyik. Çünki özümüzü hər şeylə təmin etmək üçün resursumuz çatmır. İnflyasiyanın çox sürətli olması yaxşı deyil. Çünki inflyasiya əhalinin qazancını azaldır. Ərzaq inflyasiyası yeddi faiz üzərindədir. Əhalinin çoxu məhz qidaya pul xərcləyir. İnflyasiya bu təbəqənin gəlirini daha da aşağı salır”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həbsxanadan görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama

Next

“Xaricdə attestatla təhsil” tələsi: Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv