Hadisə Bakıda külək işıq dirəyini aşırdı – avtomobilə ziyan dəydi By Vüsal Rafiqoğlu 11.09.2025 1 Min Read Paytaxtın Nizami rayonunda güclü külək nəticəsində işıq dirəyi aşıb. Musavat.com-un məlumatına görə, hadisə Kamil Balakişiyev küçəsində baş verib. Küləyin təsirindən aşan dirək ərazidə dayanan avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.