Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır

By Vüsal Rafiqoğlu
15.09.2025 3 Min Read

Mediadan məlum olduğu kimi, Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq elan edib.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin iki ölkə arasında münasibətlərin statusunun yüksəldilməsi barədə yaydığı press-relizdə deyilir ki, Avropa naziri Stiven Doti Azərbaycanın paytaxtına səfər edib və burada dövlət başçısı İlham Əliyevlə görüşüb. Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini, Rusiya-Ukrayna münaqişəsini və regional təhlükəsizliyi müzakirə ediblər.

Bildirilir ki, səfər nəticəsində münasibətlərin səviyyəsinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılıq əldə olunub və bu da hər iki ölkəyə “əsas strateji prioritetlər üzərində daha da sıx işləməyə” imkan verəcək.

Bu xəbərə reaksiya verən erməni Teleqrm kanalı qeyd edir ki, iyunun əvvəlində London Qazaxıstanla da hərbi əməkdaşlıq sazişi imzaladığını elan edib.

Ermənilər yazır: “Ölkələr sülhməramlılıq, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Krallığın ali hərbi təhsil müəssisələrində təhsili ilə bağlı iş aparacaqlarına söz veriblər. Bundan əlavə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri növbəti üç il ərzində Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin inkişafı üçün layihələrə 50 milyon funt-sterlinq maliyyə ayrılacağını açıqlayıb”.

Xəbər və şərhin sonunda erməni kanalı öz aləmində belə bir sarkastik qeyd edir: “Yeganə sual budur ki, növbəti “xüsusi hərbi əməliyyat” harada başlayacaq – Azərbaycanda, yoxsa Qazaxıstanda?”

Bu, onların arzusudur. Belə olmasını istəyirlər. Eyni zamanda düşünürlər ki, Rusiya Avrasiya məkanının qoçusudur və sözünə baxmayan dövlətləri növbə ilə “şillələyə” bilər.

Elə də “növbəti SVO (“xüsusi hərbi əməliyyat”)” deyirlər, sanki Rusiya Ukraynaya qarşı SVO-ya başlarkən əli bala batıb, fəth ardınca fəthlər edib. 3-4 gün davam etməli və bitməli olan SVO, budur, 3 il 8 aydır davam edir və Ukrayna ilə yanaşı, Rusiya da böyük itkilərə məruz qalıb. Canlı qüvvə itkisi ilə bağlı dəqiq rəqəm olmasa da, Rusiyanın itkisi yüz minlərlədir. Bunu Kremlin Şimali Koreyadan müharibəyə nizami hərbi hissələr gətirməsi, postsovet məkanından və dünyanın hər tərəfindən muzdlu döyüşçülər cəlb etməsi də göstərir. Ölkə xirtdəyə qədər problemin, qan bataqlığının içində ola-ola Moskva hələ bir Qazaxıstanda və Azərbaycanda yeni bir SVO başlayacaq? Ağılsızlığın da bir limiti, həddi olmazmı?

Erməni kanalları bu mövzuda tək deyil, bəzi rus Teleqram kanalları da Böyük Britaniya-Azərbaycan tərəfdaşlığına öz aləmlərində ironiya edirlər. Onlardan biri yazır:
“İndi Britaniya iqtisadiyyatının iri sahələri Azərbaycan oliqarxlarına veriləcək, bütün qraflıqlarda azərbaycanlı MCD-diasporaları (MCD -mütəşəkkil cinayətkarlıq dəstələri – AA) açılacaq, sıravi azərbaycanlı döyüşçülər ingilisləri qarət edəcək, zorlayacaq və doğrayacaqlar, Azərbaycan deputatları isə fasiləsiz şəkildə İngiltərəni və ingilisləri təhqir edəcək, Azərbaycan KİV-i konyveyer üsulu ilə anti-britaniya materialları buraxacaqlar, Azərbaycan prezidenti isə ingilisləri “işğalçılar” adlandıracaq.

Buna cavab olaraq Britaniya serləri və perləri “strateji tərəfdaşlıq” və “ümumi dəyərlər” haqqında acizcə mızıldanacaqlar. London kral orkestri Azərbaycan musiqisi konsertləri təşkil edəcək. Liverpulda, Birmingemdə və Mançesterdə Heydər Əliyevin abidələri açılacaq. Azərbaycan kriminal başçıları kütləvi şəkildə İngiltərə şəhərlərinin bələdiyyə şuralarına namizəd olacaqlar.

Bakıda isə britaniyalı turistlər kütləvi şəkildə həbs ediləcək, qəddarlıqla döyüləcək və MI6 üçün işləməkdə ittiham olunacaqlar. Ardınca məlum olacaq ki, şahzadə Çarlzın azərbaycanlı kurs yoldaşı varmış və o, Britaniya adalarında bütün Azərbaycan biznesini “krışavat” edəcək, bütün azərbaycanlı “abu-banditlər” üçün canfəşanlıqla ayağa qalxacaq, hətta birbaşa Skotland-Yard rəhbərinə zəng etməkdən belə çəkinməyəcək.

Strateji tərəfdaşlıq — belə bir şeydir”.

Göründüyü kimi, cılız içli biriləri tərəfindən yazılmış bu cızma-qarada Rusiya-Azərbaycan münasibətlərinə göndərmələr var, Yekaterinburq hadisələri, azərbaycanlıların Rusiyadakı iş həyatı, bəzi rus emissarların Bakıda saxlanması və sair xatırladılır.

Bu, son 9 ayda Azərbaycanla Rusiya arasında olub-bitənlərdə ölkəmizi haqsız çıxarmaq cəhdidir. Sanki bütün baş verənlərə görə Azərbaycan tərəfi günahkardır. Halbuki Bakının Rusiyadan tələbləri aydındır: “Sərnişin təyyarəmizi vurmuşunuz, etiraf edin, təzminat ödəyin”; “Diaspor üzvlərimiz cinayətkardırsa, mühakimə edin, işgəncə ilə, mühakiməsiz öldürməyin”; “Adi işlərdə çalışan azərbaycanlıları sırf azərbaycanlı olduqları üçün təqib etməyin”; “Məhkəmənin yekun qərarı olmadan, 2 ay öncə saxlanılmış rus turistləri “məsum-müqəddəs” elan etməyin”; “Azərbaycana qara yaxmağa hazır olan kütləvi təbliğat vasitələrinizə qaralayıcı tezislər ötürüb “qara piar” kampaniyası aparmayın” və s. və i.a.

İndi işə baxın, təyyarəni vuran, azərbaycanlı diaspor üzvlərini öldürən, azərbaycanlı iş adamlarını, miqrantları kütləvi şəkildə təqib, mühakimə və deportasiya edən, ölkəmizdə 5-ci kolonu fəallaşdırmağa çalışan özləri ola-ola, hələ bizi borclu çıxarırlar.

Fəqət maskaların düşdüyü, əsl simanın göründüyü durumda köhnə fəndlərin xeyri yoxdur. Bir milləti tovlamaq, hansısa cazibədar ideyalarla aldatmaq cəhdi 105 il əvvəl effektiv ola bilərdi. İndi olmur. Heç kəs çörəyi qulağına yemir, hamı hər şeyi bilir.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Next

Partlayış səsləri eşidiləcək – XƏBƏRDARLIQ

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv